Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5207/2024 11.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, ərizəçinin nümayəndəsi (bacısı) X6 iştirakı ilə, 12 yanvar 2005-ci il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 12 yanvar 2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X10 12 yanvar 2005-ci il tarixdə anadan olmuşdur. Anadan olan gündən 20 nömrəli uşaq poliklinikasında tibbi qeydiyyatda olmuşdur. 14 aprel 2005-ci ildə nevropotoloq tərəfindən müayinə olunaraq “Ensefalopatiya” diaqnozu ilə dispanser müşahidəsinə götürülmüşdür. Bundan başqa 20 nömrəli uşaq poliklinikasının 10 iyun 2024-cü iildə verdiyi 256 saylı məktubda qeyd olunmuşdur ki, 2008-ci ildə Uşaq Ruhi-Əsəb Dispanserində müayinəyə göndərilib. 2010cu ildə oğlum Rusiya Federasiyasında müayinədə olub və “Davranış pozğunluğu”, “Autizm” və “Nitq inkişafının geriliyi”diaqnozu qoyulmuşdur. 12 aprel 2009-cu ildən 20 nömrəli uşaq Poliklinikasında “Yüngül əqli gerilik”, “Davranış və nitq pozuntusu” diaqnozu ilə psixiatrın dispanser müşahidəsində olmuşdur. Bundan başqa 2 nömrəli X1 11 iyul 2024-cü il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair 2503 saylı aktına əsasən uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq, kobud nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Buna görə də sağlamlıq imkanları məhdud olduğu üçün onun daimi qulluğa və nəzarətə ehtiyacı vardır, bu səbəbdən ona qəyyum təyin olunmalıdır.Uşaqlıqdan xəstəliyi səbəbi ilə sağlamlıq imkanlaı məhdud uşaq kimi qiymətləndirilərək müavinət təyin edilmişdir. Qeyd etdiyim faktlara əsasən oğlum X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (bacısı) X11 ərizəni müdafiə edib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza mərkəzinin rəyi ilə razı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. İşə əlavə edilmiş 20 nömrəli uşaq polinklinikasının 10 nömrəli şəhər polinklinikasına ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2005-ci il təvəllüdlü X10 anadan olandan 20 nömrəli uşaq poliklinikasında tibbi qeydiyyatda olmuşdur. xx.xx.2005-ci ildə nevropotoloq tərəfindən müayinə olunaraq “Ensefalopatiya” diaqnozu ilə dispanser müşahidəsinə götürülmüşdür. 2008-ci ildə Uşaq Ruhi- Əsəb Dispanserinə müayinəyə göndərilib. 2010-cu ildə uşaq Rusiya Federasiyasında müayinədə olub. Diaqnoz "Davranış pozğunluğu", “Autizm’ 'Nitq inkişafının geriliyi". xx.xx.2009-cu ildən 20 nömrəli Uşaq Poliklinikasında “Yüngül əqli gerilik, “Davranış və nitq pozuntusu” diaqnozu ilə psixiatrın dispanser müşahidəsində olmuşdur. Uşaqlıqdan xəstəliyi səbəbli sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilərək müavinət təyin edilmişdir. İşə əlavə edilmiş 1 saylı RPX-nin X8 Tibbi Kartasından çıxarışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X7 yüngül dərəcəli əqli gerilik Kanner autizmi diaqnozu qoyulmuşdur. X16 Dispanserinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X2 Ruhi Əsəb Dispanserində qeydiyyatdadır. Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X10 şikayətini təqdim edə bilmir, nitqi yoxdur. İrsiyyəti ruhi əsəb xəstəlikləri ilə ağırlaşmayıb. Ailədə 3 övladdan birincidir. İlkin psixo-fiziki inkişafı ləng olub. Təhsil almır. “Kanner autizmi” diaqnozu ilə RƏXD-də qeydiyyatdadır. 266619 nömrəli vəsiqədən görünür ki, X2lıqdan 4.4 əlildir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X9 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan ambulator məhkəmə - psixatrik ekspertizasının 19 avqust 2024-cü il tarixli, 2423 saylı rəyində qeyd olunmuşdur ki, X5 Autizmli şəxsdə ağır dərəcəli ağıl zəifliyi davranış pozuntuları ilə müəyyən edilir. X10 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 müəyyən edilən Autizmli şəxsdə ağır dərəcəli ağıl zəifliyi, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə 12 yanvar 2005-ci il təvəllüdlü X10 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və X4 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 12 yanvar 2005-ci il tarixdə doğulmuş X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5207/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5207/2024
11.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver