Məhkəmə qərarları › İş №2(001)-5265/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5265/2024

09.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5265/2024 09.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünüyü kimi, iddiaçı ərizəsində iki cavabdeh qeyd edib: Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1. Göründüyü kimi, cavabdeh qismində notariat ofisi deyil, məhz xüsusi notariusun özü göstərilib. «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan müəyyən edildiyi kimi, cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 ünvan 1 ünvanında; digər Cavabdeh1 isə ünvan 2 ünvanında qeydiyyatdadır. Belə olan halda iddia ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsinin hüquqi əsasları ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən aydın deyil. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə müvafiq olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş qəbzdən dövlət rüsumunun hansı iş üzrə ödənilməsini müəyyən etmək mümkün olmadığınadan, məhkəmə hazırkı qərardadla dövlət rüsumunun qaytarılması məsələsinə münasibət bildirdmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 100 (yüz) manat ödənilmiş dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar