Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5275/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xx” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xx” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona əsassız olaraq hesablanmış 100,8 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xx” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı 10.09.2018-ci il tarixdə aşağı sərfiyyat səbəbi ilə dəyişdirilmişdir. Həmin vaxt akt tərtib edilmiş və həmin aktı imzalamamışdır. Digər vaxtlar cavabdehin əməkdaşlarının gəlməsini görməmişdir. Ona 30.11.2018-ci il tarixdə məlum olmuşdur ki, qərəzli və qeyri-qanuni olaraq 20.09.2018, 31.10.2018 və 30.11.2018-ci il tarixlərdə cərimə aktları tərtib edilmiş və aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasının aşkar olunması göstərilmişdir. Bu barədə o, bir neçə dəfə rəsmi şəkildə cavabdehə müraciət etmiş, cavabdeh isə cavabında qanunsuz və qərəzli tərtib olunmuş aktları və cəriməni ödəməyi bildirmişlər. O, cavabdehdən qanunsuz mövcud olan və ona heç bir aidiyyəti olmayan qaz xəttinin olmasını və həmin qaz xəttinin ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən heç bir araşdırma aparılmamış və heç bir tədbir görülməmişdir. Hər üç akt tərtib edilərkən qanunvericiliyə uyğun olaraq onun iştirakı təmin edilməmiş, onun imzası yoxdur, ümumiyyətlə bu aktlardan onun xəbəri olmamışdır. Bu barədə 17 dekabr 2018-ci il tarixdə iddia ərizəsi ilə qanunsuz tərtib olunmuş akt və cərimənin ləğv olunması barədə Binəqədi Rayon Məhkəməsində müraciət etmişdir. 26 fevral 2021-ci il tarixdə məhkəmə iclası keçirilərək ondan aktların birinin olmamasını və təqdim etməyini tələb etdilər və o, onu “Asan” xidmətdən aldığında bildir ki, həmin aktların eyni kopiyası 28.12.2018-ci il tarixdə, iddia qaldırdığı 17.12.2018-ci il tarixdən sonra tərtib olunmuşdur. Məhkəmə onun iddiasını təmin etmişdir. Lakin 28.12.2018-ci il tarixdə qanunsuz aktın ləğv olunması barədə əlavə iddianın qaldırılmasını bildirdilər. Təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, qeyri-qanuni xəttin haradan çəkilməsi, harada istifadə edilməsi, haraya birləşməsi, həmin xəttin ona aid olan yaşayış evinə aid olması müəyyən edilməmiş, birləşmənin kəsilməsi, yenidən qoşulması foto şəkilləri çəkilməmişdir. Həmin aktlar formal tərtib olunduğu kimi 28.12.2018-ci il tarixli akt da formal tərtib olunmuş və ona təqdim edilməmiş, imzalatdırılmamışdır. Onun hasarından keçən qanunsuz qaz xəttinin aradan götürülməsinə dair cavabdehə müraciət etmişdir. Həmin müraciətdən sonra birliyin eyni adlı işçiləri həmin aktların o vaxtkı rəhbərin göstərişi ilə etdiklərini bildirmişlər. Həmin xətti dəfələrlə söküb ləğv etməyə cəhd etmiş, bu barədə Binəqədi RPİ-nin 40-cı polis bölməsinə müraciət etmişdir. Bununla bağlı heç bir tədbir görülməmişdir. İstifadə olunmuş qaz sərfiyyatının məbləği onun tərəfindən hər ay ödənilmişdir. Əlavə qaz sərfiyyatının hesablanması əsassızdır, belə ki, tərəfindən əvvəllər istifadə edilmiş qaz sərfiyyatına üç ay müddətinə uyğun olaraq araşdırılmalı və tutuşdurulmalı idi. Belə olan təqdirdə onun əlavə qaz sərfiyyatında istifadə etmədiyi müəyyən olunacaqdı. Lakin cavabdeh heç bir araşdırma aparmadan qeyri-qanuni tərtib olunmuş akta əsaslanıb borc hesablamışdır. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)-41/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)-41/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xx” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* nömrəli, 28 dekabr 2018-ci il tarixli aktın surətindən görünür ki, xidməti yazıya əsasən dekabr 2018-ci ildə mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur; “xx” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 dekabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı aid ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00000 nömrəli abonent İddiaçı abonentin saldosundan görünür ki, onun 2018-ci ilin dekabr ayı üçün aktlar üzrə borcu 100,8 manat təşkil edir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(001)-41/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı “xx” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış əsassız borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, “xx” İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ İddiaçı barəsində tərtib edilmiş 28.09.2018-ci il, 31.10.2018-ci il və 30.11.2018-ci il tarixli aktların etibarsız hesab edilməsi, qanunsuz qoşulmaya görə hesablanmış 1346,4 manat cərimə borcunun İddiaçı abonent kodu **********00000olan hesabından silinməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2020-ci il tarixli, 10/1886 saylı ekspert rəyinə əsasən İddiaçı yaşadığı Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətindən qonşuya keçən boru xətləri, həyətin daxilində müxtəlif hissələrdə, torpağın, eləcə də onlardan biri sonradan həyətdə olan dəmir beton konstrukiyadan quraşdırılmış pilləkənin altından keçir və baxış zamanı boruların torpağın üzəri ilə keçən, yəni gözlə görünən hissələrində sayğacdan kənar qoşulma halları, o cümlədən də qanunsuz qoşulma üçün nəzərdə tutulan hər-hansı bir texniki dəyişiklik həmçinin kənardan qoşulmasına xarakterik olan müdaxilə izləri aşkar edilməmişdir. İddiaçı yaşadığı Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətindən qonşuya keçən boru xətləri qeyd edildiyi kimi, həyətin daxilində müxtəlif hissələrdə torpağın və borclulardan birinin sonradan həyətdə olan dəmir-beton konstruksiyalardan quraşdırılmış pilləkənin altından keçdiyinə görə qaz xətlərinin yeraltı keçən hissələrində sayğacdan kənar qanunsuz qoşulma üçün nəzərdə tutulan hər hansı bir texniki dəyişiklik və ya kənardan müdaxilənin izlərinin mövcud olmasının, eləcə də sayğacdan kənar qanunsuz qoşulmanın mümkün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan qaz xətlərinin yeraltı hissələrinin üzəri açıldıqdan sonra sadalanan hallar müəyyən edilə bilər. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının qaz sayğacından kənar qanunsuz qoşulma halı sübut edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəfindən iddiaçının barəsində qaz sayğacından kənar qanunsuz qoşulma halı ilə bağlı 28.09.2018-ci il, 31.10.2018-ci il, 30.11.2018-ci il və 28.12.2018-ci il tarixli aktlar tərtib edilmiş, həmin aktlardan üçü məhkəmə tərəfindən etibarsız hesab edilərək onlara görə hesablanmış cərimə borcları silinmişdir. Belə ki, həmin iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, iddiaçının qaz sayğacından kənar qanunsuz qoşulma halı mövcud deyil. Məhkəmə həmçinin nəzərə alır ki, iş üzrə ekspert rəyi cavabdeh tərəfindən 28.12.2018-ci il tarixli akt tərtib edildikdən sonra verilmişdir və əgər iddiaçı tərəfindən qaz sayğacından kənar qanunsuz qoşulma halı mövcud olsaydı, ekspertiza keçirilərkən həmin hal aşkara çıxarıladı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00000) qazdan istifadəyə görə 28 dekabr 2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 100,8 (bir yüz manat, səksən qəpik) manat məbləğində borc cavabdeh “xx” İstehsalat Birliyi tərəfindən silinsin. Cavabdeh “xx” İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5275/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5275/2021
22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver