Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5333/2023 20.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsinə 20 dekabr 2023-cü il tarixdə xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1988-ci il tarixli, 10 saylı qərarına əsasən onun mülkiyyətinə verilmiş JN-117A, KOD 40603038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin AZE seriyalı, 0******* nömrəli, xxxxxxx fin nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, yəni ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxx 1960-cı il tarixdə Qəbələ rayonunda doğulmuşdur. 17 aprel 1986-cı il tarixdə Vəndam kənd sovetində X4 ilə rəsmi nikaha daxil olduqdan sonra “Səfərəliyeva” soyadını götürmüşdür. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı Qərarı ilə Qəbələ rayonu, Seyidqışlaq kənd ərazisində JN-117A, KOD 40603038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0,08 ha. fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi onun mülkiyətinə verilmişdir. Hazırda ərizəçi mülkiyyətinə verilmiş torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bu zaman Şəhadətnamədə soyadının “Səfərəliyeva” əvəzinə “Səfərxanova” kimi qeyd olunduğu, ata adının isə ümumiyyətlə qeyd olunmadığını görmüşdür. O, bununla bağlı aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, yanlışlığın aradan qaldırılmasını xahiş etmiş, müvafiq qurum bunun texniki səhv olduğunu bildirmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Tədqiq edilən sübutlar: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx xxxxx 1960cı il tarixdə doğulmuşdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 17 aprel 1986-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu zaman Dünyaxanım Firudin qızı “Səfərəliyeva” soyadını götürmüşdür. - AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1960-cı il tarixdə Qəbələ rayonunda doğulmuşdur. - Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, “Xalqlar Dostluğu” kolxozunda aparılan torpaq islahatı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən işləib hazırlanmış kompleks yerquruluşunun təsdiq edilməsi; Qəbələ rayon “Xalqlar dostluğu” kolxoz X6 Komissiyasının 24 may 1998-ci il tarixli, 7 nömrəli qərarının təsdiq edilməsi; Qəbələ rayon Torpaq Şöbəsinə “Xalqlar dostluğu” kolxozunun ərazisində kompleks yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış kompleks yerquruluşu layihəsinə əsasən layihə institutunun bilavasitə iştirakı ilə “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ının torpaq payı alacaq subyektlərə paylanmasının və qeydə alınmasının təmin edilməsinin tapşırılması qərara alınmışdır. - Qəbələ rayonunun Seyidqışlaq kəndində vətəndaşın xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə xəritədə nömrəsi 115 olan, 0,08 ha. ölçülü torpaq sahəsinin Səfərxanova Dünyaxanım “Fir.” qızına ayrılması göstərilmişdir. - JN-117A, KOD 40603038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il 10 saylı qərarı ilə 0,08 ha. torpaq sahəsi Səfərxanova Dünyaxanımın mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 22 iyun 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “... Hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir... Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilə bilər.” Tətbiq edilən hüquq: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: - 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. - 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. - 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. - 6.3-cü bəndində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. - 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. -307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni: - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Məhkəmənin qənaətinə görə mülkiyyət hüququna dair şəhadətnamə mülkiyyət hüquqlarını həyata keçirilməsində vacib əhəmiyyətə malik olan bir sənəddir. Hazırda ərizəçi bu hüquqlarını orada soyadının “Səfərəliyeva” əvəzinə “Səfərxanova” kimi qeyd olunması ilə əlaqədar həyata keçirə bilmir. Məhkəmənin qənaətinə görə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı Qərarı ilə Qəbələ rayonu, Seyidqışlaq kənd ərazisində JN-117A, KOD 40603038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ərizəçinin mülkiyyət hüquqlarını reallaşdırmaq üçün lazımdır, orada olan səhv sənədləri vermiş orqan tərəfindən aradan qaldırıla bilinmir, sənədin ərizəçiyə məxsus olması ilə bağlı hüquq haqqında mübahisə yoxdur. Məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx xxxxx 1960-cı il tarixdə Qəbələ rayonunda doğulmuş, X4 ilə X1 17 aprel 1986-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu zaman Dünyaxanım Firudin qızı “Səfərəliyeva” soyadını götürmüşdür. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, “Xalqlar Dostluğu” kolxozunda aparılan torpaq islahatı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən işləib hazırlanmış kompleks yerquruluşunun təsdiq edilməsi; Qəbələ rayon “Xalqlar dostluğu” kolxoz X6 Komissiyasının 24 may 1998-ci il tarixli, 7 nömrəli qərarının təsdiq edilməsi; Qəbələ rayon Torpaq Şöbəsinə “Xalqlar dostluğu” kolxozunun ərazisində kompleks yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış kompleks yerquruluşu layihəsinə əsasən layihə institutunun bilavasitə iştirakı ilə “Torpağa mülkiyyət hüququna dair Dövlət akt”ının torpaq payı alacaq subyektlərə paylanmasının və qeydə alınmasının təmin edilməsinin tapşırılması qərara alınmışdır. Qəbələ rayonunun Seyidqışlaq kəndində vətəndaşın xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə xəritədə nömrəsi 115 olan, 0,08 ha. ölçülü torpaq sahəsinin Səfərxanova Dünyaxanıma ayrılması göstərilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı Qərarı ilə Qəbələ rayonu, Seyidqışlaq kənd ərazisində JN-117A, KOD 40603038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də ərizəçinin orada soyadının “Səfərəliyeva” əvəzinə “Səfərxanova” kimi qeyd edilməsi şəhadətnaməni və onun verilməsinə əsas olmuş sənədləri tərtib edən orqanın səhfi nəticəsində baş vermişdir və səhfi hazırda maraqlı şəxs aradan qaldıra bilmir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1988-ci il tarixli, 10 saylı qərarına əsasən JN-117A, KOD 40603038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin AZE seriyalı, 0******* nömrəli, xxxxxxx fin nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1988-ci il tarixli, 10 saylı qərarına əsasən JN-117A, KOD 40603038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin AZE seriyalı, 0******* nömrəli, xxxxxxx fin nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5333/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5333/2023
20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver