Məhkəmə qərarları › İş №2(001)-5357/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5357/2021

21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5357/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı «ilkin müqavilənin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 46 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binada 1-ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı, ümumi sahəsi 116,67 kv.metr olan 3 otaqlı mənzilin satışı ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 20.05.2016-cı il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından göründüyü kimi, mübahisənin predmetini Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən, tikilməkdə olan 2 saylı binada 1-ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı daşınmaz əmlak təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı «ilkin müqavilənin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar