Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5390/2023 07.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 21 saylı dövlət Notariat Kontoru cəlb edilməklə) “müqavilənin etibarsız hesab olunması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 21 saylı dövlət Notariat Kontoru cəlb edilməklə) “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə xx.xx.2022-ci ildə Bakı şəhəri 21 saylı Notariat ofisində bağlanmış 3M-1697 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi və ona qarşı olan qarşılıqlı iddianın rədd edilməsi, X6 cavabdeh qismində işə cəlb edilməsini, cavabdeh X2 130000 ABŞ dolları pulun alınaraq ona ödənilməsi. xx.xx.2022-ci il tarixli, 3M-1697 reyestr nömrəli kredit müqaviləsi qüvvədən düşdüyünə görə 25500 manat borcun cavabdeh X3 aralarında 2/1 hissədə bərabər bölərək qarşılıqlı iddia üzrə iddiaşı – Cavabdeh müştərək qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, vətəndaş X8 və Cavabdeh ilə birgə biznes quraraq minik avtomobili alveri edirdi. Alıcı-müştərilər X5 ABŞ-dan avtomobil sifarişini verirdi və buna görə onlara 300-500-1000 manat nəğd şəkildə ödəyirdi. Belə ki, müştəri internet vasitəsi ilə avtomobili auksionlardan seçir, banka ödəniş edərək alır, avtomobil Gürcüstan Respublikasının Poti limanına, oradan Azərbaycan Respublikasının “Meyvəli” deyilən ərazidə Azərbaycan Respublikasının Dövlət Gömrük Xidmətində və DYP-də qeydə alınır, zədəsi varsa düzəltdirib istifadə etməyə başlayır. BİD GROUP MMCin funksiyası sadəcə olaraq avtomobili almağa kömək etmək idi. MMC-in X9 adlı şəxsdir. Beləliklə, o, avtomobil biznesi ilə məşğul olan X5 ayrı-ayrı tarixlərdə: xx.xx.2022-ci ildə 19.000 ABŞ dolları, xx.xx.2022-ci ildə 21.000 ABŞ dolları, xx.xx.2022-ci ildə 40.000ABŞ dolları, xx.xx.2022-ci ildə 9500 ABŞ dolları, xx.xx.2022-ci ildə 10.000 ABŞ dolları pulu müştərilərdən alıb vermişdir. Ümumilkdə avtomobil alqısı-satqısı üçün Tapdıq Qarayevə bu günkü tarixədək 130.000 ABŞ dolları pul vermişdir. Bu vəsaitin 76.700 ABŞ dolları iş üzrə Cavabdeh məxsusdur. Cavabdeh pulu ona verdiyini qeyd etsə də, əslində bu işlərə Tapdıq Qarayevin rəhbərlik etdiyini çox yaxşı bilirdi. Kovid-19 pandemiyası başladığna və gəmilərin aylarla gecikməsinə görə ABŞ-dan avtomobillərin gətirilməsində problemlər oldu, qurduqları birgə biznes (iş) pozuldu və Tapdıq Qarayevin ona böyük məbləğdə borcu (130.000ABŞ dolları) yarandı. Ona görə o, şəriki T.Qarayevdən ona olan borcunun geri qaytarılmasını tələb etməyə başladı. Digər tərəfdən, T.Qarayevin də qeyd etdiyi kimi ,əvvəllər ayrı-ayrı tarixlərdə ona və T.Qarayevə pul vermiş Cavabdeh işə qoyduğu pullarını geri tələb etməyə başladı. T.Qarayevin Cavabdeh olan borcunu etiraf etmək məqsədilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat ofisinə gələrək həmin kredit müqaviləsini rəsmiləşdirdilər. T.Qarayev notariat ofisinə gəldikdən sonra bildirdi ki, şəxsiyyət vəsiqəsi üstündə yoxdur, ona görə də kredit müqaviləsinin onunla bağlanmasına razılıq vermişdir. Artıq xx.xx.2022-ci il tarixədək Tapdıq Qarayev müqavilədə göstərilən 25.500 manatı Cavabdeh almış və öz problemlərinə xərcləmişdi. Kredit müqaviləsi bağlanan tarixdə - xx.xx.2022-ci ildə o, qarşı tərəfdən-Cavabdeh müqavilədə göstərilən məbləği - 25.500 manatı almamış, pulu Tapdıq Qarayev alıb, gətirdikləri avtomobili isə başqasına satıb. 21 saylı Notariat Ofisinin Notariusu ona heç bir sual vermədən və müqavilənin mahiyyətini izah etmədən kredit müqaviləsini rəsmiləşdirmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə görə borc verən borc alana (ona) 25.500 manat 00 qəpik məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir. xx.xx.2023-cü il tarixədək, yəni, üç ay ərzində 25.500 manat 00 qəpik notariusun Bankda açılmış depozit hesabı vasitəsi ilə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin ondan aldığı 130.000 ABŞ dolları pulu X7 qaytarmadığına və pul sahibləri pullarını geri tələb etdiklərinə, onu sıxışdırdıqlarına görə məcbur olub Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi vermişdir. Onun şikayətindən 20 gün sonra Cavabdeh borcu vaxtında qaytarmadığına görə Bakı şəhər Baş Polis İdarəsinə ondan şikayət etmişdir. xx.xx.2023-cü il Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları və Cavabdeh Turqut adlı dostu vasitəsilə onu Xətai rayonu ərazisində yerləşən “Nəlbəki” restoranına “çay içmək” adı altında aldadaraq gətirmiş, saat 14:30 radələrində BŞBPİ-nin əməkdaşları onun restoranın qarşısında həbs edib, zor tətbiq edərək BŞBPİ-nə gətirərək döyüb iradəsinə zidd izahatlar yazaraq imza etdirmişlər. X13 130.000 ABŞ dolları pul verdiyini, Cavabdeh ilə aralarında kredit müqaviləsinin qüvvədə olduğunu, ondan tələb etdikləri pulun Tapdıq Qarayevdə olduğu barədə izahat yazmağa və izahata əlavə etməyə imkan vermədilər. Göründüyü kimi iş üzrə Cavabdeh aralarında kredit müqaviləsi olduğu və müqavilə şərtlərinə görə mübahisə yarandığı hallarda mübahisənin həlli qaydası göstərilməsinə baxmayaraq heç bir qanuni əsas olmadan müqavilə bağlandığı tarixdən 3 ay sonra Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Halbuki tərəflər arasında mübahisə yaranacağı təqdirdə kredit müqaviləsinin 8-ci bəndinə əsasən mübahisənin məhkəmə qaydasında həll olunması qaydası göstərilmişdir. Bununla belə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları onu xx.xx.2023-cü ildə 9 saat qanunsuz saxladıqdan, Cavabdeh və Tapdıq Qarayevin maraqlarına uyğun “izahat” aldıqdan sonra sərbəst buraxıb, pulun dərhal ödənilməsini tələb etdilər, əks halda həbs edəcəklərini bildirdilər. Dəfələrlə aralarında kerdit müqaviləsinin olduğunu və pulların Tapdıq Qarayevdə olduğunu bildirsə də, əhəmiyyət vermədilər. O, aldığı kredit borcunun yaranmasını və gecikdirmənin nədən baş verməsini bütün dünyada baş vermiş Kovid-19 pandemiyası ilə əlaqədar olduğunu qeyd etmişdir. Ona xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi üzrə borc vermiş Cavabdeh heç bir əsas olmadan BŞBPİ-nə şikayət etməsi nəticəsində ona qarşı edilmiş zorakılıq, döyülmə, hədəqorxu və s. barədə göstərmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdi. Müqavilənin 8-ci bəndinə görə o, 3 ay ərzində (xx.xx.2022-ci il tarixədək) kredit borcunu 21 saylı notariat ofisinin depozit hesabı vasitəsi ilə geri qaytarmalı idi. Şəriki -Tapdıq Qarayaevlə birgə bu kredit borcu (25.500manat) və digər borclar xx.xx.2022-ci il tarixindək qaytarmalı idilər. X10 hərəkətlərindən başa düşmüşdür ki, T.Qarayev baş verənləri nəinki bilir, hətta bu işləri bilavasitə təşkil etmişdir. Mübahisəyə hər iki tərəfin valideyinləri qoşuldular. T.Qarayevin atası - Ulduz kişi 2022-ci ilin aprel ayının 06-da ona oğlu Tapdığın borcuna görə pul göndərəcəyinə söz verdi, lakin heç bir ödəniş etməyib, aradan çıxıb Rusiya Federasiyasının Moskva şəhərinə getdi. Ona görə də Cavabdeh təhdidlərinə və şikayətlərinə görə anası Nümayəndə Bankdan kredit götürərək xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə getmiş və kreditə götürdüyü 8000 manat pulu Cavabdeh ödənilməsi üçün polis əməkdaşlarına vermişdir. Beləliklə, o, aralarında bağlanmış kredit müqaviləsinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdür. Onunla cavabdeh arasında Notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin müddəti bitib, bununla belə 25.500 manat məbləğin 8000 manatı artıq cavabdehə ödənilib. Halbuki, kredit müqaviləsi üzrə vəsait yalnız notariat ofisinin depozit hesabı vasitəsilə ödəniləcəyi göstərilmiş və hər ikisi həmin müqaviləni imzalamışlar. Cavabadehin müqavilənin müddəti bitdikdən sonra ondan pulunu polis vasitəsilə geri tələb etməsi, polisə şikayət etməsi və pulun bir hissəsinin zor tətbiq edilməsilə geri alması aralarında bağlanmış əqdin ləğv edilməsi üçün əsasdır. Çünki kredit müqaviləsinə polis baxmır, qüvvədə olan Qanunvericiliyin tələblərinə görə bu məsələ polisin səlahiyyətləri xaricindədir. Məsələ mülki mübahisədir, rayon məhkəməsi aidiyyətlidir, mülki məhkəmə icraatı qaydasında həll edilməlidir. Göstərilən vəziyyətdə o, cavabdehlərlə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, müəyyən gəlirlər əldə etmişdir. Cavabdehlər və o, sahibkarlıqla məşğul oğlumuşlar, Cavabdeh qısa müddət ərzində 3-4 bahalı avtomobili almış və sataraq xeyli gəlir-qazanc əldə etmişdir. BŞBPİ-in qərarından görünür ki, hətta 30.000 ABŞ dollarına onlardan aldığı Ranc Roveri 66.000 ABŞ dollarına başqasına satmış və 36.000 ABŞ dollar xalis qazanc-gəlir əldə etmişdir. X14 Ranc Rover markalı avtomobilləri ardıcıl olaraq sifariş etməsi, pulunu ödədiyi avtomobili əldə etməmiş, digərlərini sifariş etməsi və dərhal satması onun sahibkarlıqla məşğul olmasına dəlalət edir. BŞBPİ-si xx.xx.2023-cü il tarixdə Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarının 5-ci səhifəsində onun anasının 8000 manat pulun Cavabdeh qaytarılmasını etiraf etmişdir. BŞBPİ-də ondan təzyiq, hədə-qoxu gəlmə, döyülmə yolu ilə izahat alındığına görə yazdığı bütün izahatından imtina edir. Bundan başqa, cavabdeh- Cavabdeh başqaları ilə birgə anasının yaşadığı Mehdiabad qəsəbəsində yaşadığı fərdi evə gəlmiş, ona hədə-qorxu gələrək pulun dərhal ödənilməsini tələb etmişdir. Odur ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 15, mənzil 64-də yaşayan və qeydiyyatda olan X7 cavabdeh qismində işə cəlb edilməklə ona olan 130.000 ABŞ dolları borcunun qaytarılmalıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçı 120860 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddiaçı olaraq İddiaçı Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, aralarında xx.xx.2022-ci ildə bağlanmış "kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair" qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbi əsassız olmaqla yanaşı, Notariai ofisin adına ilkin iddiaçı tərəfindən deyilən yalan və böhtanlardan başqa bir şey deyildir. Çünki, pul vəsaiti Notariusun depozit hesabına vurulduqdan sonra hazırkı iddia üzrə cavabdeh pul vəsaitini Notariusun depozit hesabından çıxartmışdır. Eyni zamanda ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sonradan onun tələbi əsasında həqiqətən ondan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə aldığı 25500 manat pul vəsaitindən 8000 manat hissəsini qaytarmış, digər hissəni, habelə ondan aldığı digər məbləğləri hazırkı vaxta qədər ona qaytarmamışdır. Məhkəməyə bildirir ki, cavabdeh İddiaçı Amerika Birləşmi Ştatlarından avtomaşınların alaraq, Azərbaycanda satılması işi ilə məşğul olduğu üçün o, onunla bu məqsədlə münasibətlər qurduqdan sonra üç dəfəyə avtomaşın gətirmək məqsədilə ona pul vəsaiti vermişdir. Cavabdehə tərəfindən pul vəsaitləri hər üç dəfədə ABŞ dolları ilə hesablanmaqla verilmişdir. Yəni, onlar razılaşmışlar ki, ona pulları ABŞ dolları şəklində və həmin həcmlərdə vermişdir. Avtomaşının gətirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə notarial qaydada "kredit müqaviləsini" onunla rəsmiləşdirmişdir. Əslində cavabdehə 18700 ABŞ dolları həcmində pul vermişdir. Lakin əlində heç olmasa bir sənəd-sübut olsun deyə, onunla 25500 manat pul vəsaiti barədə kredit müqaviləsini bağlamışdır. 25500 manat Notariusun depozit hesabına qoyulduqdan sonra cavabdeh həmin vəsaiti götürdü. 18700 ABŞ dolları məzənnə üzrə 31790 manat təşkil etdiyindən, o, cavabdehə fevral 2023-cü il tarixdə 6290 manat verməklə faktiki olaraq (fərqi ödəməklə) cəmi 31790 manat, yəni 18700 ABŞ dolları vermişdir. İkinci dəfə cavabdehə nağd qaydada 39400 ABŞ dolları (yanvar 2023-cü ildə) və 17700 ABŞ dolları (fevral 2023-cü ildə) (müqavilə və sair sənədləşmə aparılmadan) şəklində pul vəsaitləri təqdim etmişdir. Cavabdeh qeyd olunan məbləğlərdə ondan pul vəsaitləri alarkən vədd vermişdir ki, ABŞ-dan "X15" markalı avtomobilləri gətirib ona təqdim edəcəkdir. Əslində o, cavabdehə 3 dəfəyə cəmi 75800 ABŞ dolları həcmində pul vermişdir. Cavabdeh İstintaq orqanında 18700, 39400 və 17700 ABŞ dollarını etiraf edib (Cəmi 75800 ABŞ dolları). Cavabdeh ondan pul vəsaitlərini götürdükdən sonra müxtəlif üsullarla müxtəlif ziddiyyətli fikirlər söyləməklə, sonda bildirdi ki, guya onun şəriki onu aldadıb, pul vəsaitlərini hansısa formada mənimsəyib. Gah da bildirdi ki, guya avtomaşınlar ölkəyə gətirilib, onun şəriki onun məlumatları olmadan guya şəriki cavabdehin iştirakı olmadan avtomaşınları Gömrükdə müvafiq qaydada rəsmiləşdirməklə başqa şəxslərə satmışdır. Cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh ondan aldığı pul vəsaitləri müqabilində nə avtomaşın gətirib ona təqdim etmədi, nə də aldığı pul vəsaitlərini ona qaytarmaq məqsədilə heç bir hərəkət etmədi. Yalnız vədlər verməklə vaxt qazanırdı. Qeyd olunanları nəzərə alaraq o, AR DİNnin Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Baş Polis İdarəsində o, eyni zamanda izahat verərək Polisə bildirdi ki, cavabdeh ondan əvvəlcə 19300 ABŞ dolları, sonra isə 18000 ABŞ dolları və 39400 ABŞ dolları həcmində pul vəsaiti alaraq Amerikadan ona avtomaşın gətirməyi vəd etmişdir. Cavabdeh onu inandırdı ki, ABŞ-dan ”X18 Rover” avtomaşının ölkəyə gətirmək məqsədilə 38000 ABŞ dolları xərci çıxsa da, hazırda pula ehtiyac olduğundan həmin maşın Gömrükdə 32000 ABŞ dollarına satacaq. Müxtəlif vədlərlə cavabdeh faktiki olaraq onu inandırdı və inamından istifadə edərək onu aldatmışdır. Cavabdeh Baş Polis İdarəsində törətdiyi hərəkətlərlə əlaqədar izahat verərək bildirmişdir ki, ondan 18700 ABŞ dolları, 17700 ABŞ dolları və 39400 ABŞ dolları həcmində pul vəsaitlərini avtomaşın gətirmək məqsədilə aldığını etirat etmişdir. İzahat verdikdən sonra cavabdeh xx.xx.2023-cü il tarixdə ölkəni tərk etmişdir. Eyni zamanda Polis tərəfindən araşdırma aparılan müddətdə cavabdeh ondan kredit müqaviləsi üzrə rəsmiləşdirilmiş məbləğdən 8000 manat vəsaiti ona qaytarmışdır. Beləliklə 25500 manat (kredit müqaviləsi üzrə) məbləğdən 8000 qaytarıldığı üçün, cavabdehin bu müqavilə üzrə ona 17500 manat qalıq borcu ödənilməmişdir. Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda aldığı və özü tərəfindən Baş Polis İdarəsində etiral etdiyi 18700 ABŞ dolları, 39400 ABŞ dolları və 17700 ABŞ dolları vəsaitlərdən (8000 manat istisna olmaqla) heç bir məbləğdə pul ona qaytarılmamışdır. Beləliklə cavabdeh tərəfindən (etiraf üzrə) üç dəfəyə ondan almış olduğu 75800 ABŞ dollar həcmində vəsait Azərbaycan manatı üzrə cəmi 128860 manat təşkil edir. Bu pul vəsaitindən cavabdeh ona 8000 manat qaytardığı üçün, cavabdehin ondan avtomaşını gətirmək məqsədilə aldığı və hazırkı vaxta qədər qaytarmadığı ümumi məbləğ onun öz etirafına uyğun olaraq 120860 manat təşkil edir. Bakı şəhəri Baş Polis İdarəsinin 29 aprel 2023-cü il tarixli "Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarı əsasında cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq qeyd olunan qərarın 6-cı səhifəsində cavabdehin etirafedici fikirləri-izahatı aşağıdakı məzmunda olmuşdur. İlkin araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, həqiqətən Cavabdeh X1 X16 markalı avtomobil gətirmək vədi ilə 15 dekabr 2022-ci il tarixdə notariat ofisdə 18700 ABŞ dolları məbləğində pul almış, lakin avtomobili verməmiş, pulu da geri qaytarmamışdır. Bundan əlavə iki ay müddətinə Cavabdeh "X16'' markalı və "X17" markalı avtomobil gətirmək vədi ildə 39400 ABŞ dolları və 17700 ABŞ dolları məbləğində də pullar almışdır, maşınlar iki ay ərzində ölkə hüdudlarına çatdırıldıqda Cavabdeh verilməsini təmin edəcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 21 saylı notariat ofisində Cavabdeh (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borc verən borcalana 25500 dolları məbləğində borc verir, boralan isə həmin borcu xx.xx.2023cü il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsində vermiş izahatından görünür ki, “verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ABŞ-dan X15 markalı maşın gətirmək üçün 18700 ABŞ dolları pul alaraq maşın gətirməmiş, ona verilən 18700 ABŞ dollarını geri qaytarmamışdır. Əlavə olaraq 2 ədəd avtomobili 17700 ABŞ dolları və 39400 ABŞ dollarını alaraq Cavabdeh ödəyəcəyini qeyd etmişdir. Verilən suallara cavab olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə notarial qaydada Nərimanov rayonunun ərazisində almış və bü günə qədər geri verməmişdir.” xx.xx.2023-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı təqsirliliyini sübuta yetirmək mümkün olmadığına görə əməlində cinayət tərkibi olmadığından Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddiaya gəlincə məhkəmə hesab edir ki, Cavabdeh “pul” tələbinə dair iddiası isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi izahatda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pul götürdüyünü etiraf etmişdir. Cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda aldığı və özü tərəfindən Baş Polis İdarəsində etiral etdiyi 18700 ABŞ dolları, 39400 ABŞ dolları və 17700 ABŞ dolları vəsaitlərdən (8000 manat istisna olmaqla) heç bir məbləğdə pul ona qaytarılmamışdır. Beləliklə cavabdeh tərəfindən (etiraf üzrə) üç dəfəyə ondan almış olduğu 75800 ABŞ dollar həcmində vəsait Azərbaycan manatı üzrə cəmi 120860 manat məbləğində vəsait iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da ilkin iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən də ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 21 saylı dövlət Notariat Kontoru cəlb edilməklə) “müqavilənin etibarsız hesab olunması” tələbinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh İddiaçı 120860 (yüz iyirmi min səkkiz yüz altmış) manat məbləğində vəsait iddiaçı Cavabdeh xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5390/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5390/2023
07.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver