Məhkəmə qərarları › İş №2(001)-5401/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5401/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5401/2023 27.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı arasında xx.xx.2020-ci ildə Salyan rayonu Qarabağlı kəndində yerləşən 0,765 hektar torpaq sahəsinin alqı-satqısına dair Salyan rayon 2 saylı notariat ofisində təsdiq edilmiş AN-1 № ******* nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə iddiaçı arasında olan razılığa əsasən 2020-ci ilin may ayında mülkiyyətində olan Salyan rayonunun Qarabağlı kəndində yerləşən üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsini onun mülkiyyətinə verməyi, cavabdeh isə özünün faktiki istifadəsindəki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini iki ay müddətində özəlləşdirərək iddiaçının mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüşdür. Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsinə aid iddiaçının mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış olduğu üçün aralarında olan qarşılıqlı inam və etibara əsasən həmin torpaq sahəsini alqı-satqı yolu ilə Salyan rayon 2 saylı notariat ofisində xx.xx.2020-ci illə Cavabdeh adına rəsmiləşdirilmiş və bu barədə həmin tarixdə AN-1 Ne 084800 nömrəli alqı-satqı müqaviləsi tərtib edilmişdir. Lakin həmin vaxtdan artıq iki ildən çox bir müddət keçməsinə baxmayaraq Cavabdeh Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən torpaq sahəsini faktiki olaraq bacısının əri X4 istifadəsinə versə də, həmin torpaq sahəsini rəsmiləşdirib, iddiaçıya məxsus olmasını təsdiq edən mülkiyyət hüququ barədə hüquqi sənədi əldə edə bilməmiş, demək olar ki, bu barədə hər hansı bir fəaliyyət göstərməmişdir. Bununla əlaqədar onların aralarında müxtəlif vaxtlarda dəfələrlə mübahisələr olmuş, cavabdeh isə hər dəfə onlara vədlər versə də, öz üzərinə götürdüyü öhdəliyi bu günə kimi yerinə yetirməmişdir. Sonuncu dəfə, xx.xx.2022-ci ildə Cavabdeh atası X14 aralarındakı torpaq mübahisəsi ilə əlaqədar olaraq Bakı şəhərində olarkən bir daha onları mübahisəli torpağın faktiki mülkiyyətçisi onun bacısının həyat yoldaşı X8 əmin etmişdir ki, iki ayın müddətində Bakı şəhəri, Zirə qəsəbəsindəki torpaq sahəsinə aid mülkiyyət hüququna aid sənədləri əldə edərək, alqı-satqını qanunauyğun şəkildə rəsmiləşdirəcəkdir. Əks halda, 150 000 manat dəyərində olan Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsini yararlı vəziyyətdə X9 qaytaracaqdır. Artıq həmin vaxtdan da bir ay keçməsinə baxmayaraq Cavabdeh və onun atası X14 öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmək üçün heç bir əməli fəaliyyət göstərməmişlər. Əksinə onlarda olan məlumata əsasən cavabdeh onun mülkiyyətinə vermiş olduğu və hazırda mübahisələndirdiyi torpaq sahəsini digər şəxslərə satmaq niyyətindədir. Bu barədə həmin torpaq sahəsinə alıcılar da dəvət olunduğu barədə onlara xəbər çatdırılır. Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsini Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə baş-başa dəyişmək barədə razılığa gəlmişlər. Buna görə də cavabdehin adına rəsmiləşdirdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin notariat orqanında təsdiq olunması üçün həmin sahə formal olaraq 3000 manat məbləğində dəyərləndirilmişdir. Həmin torpaq sahəsi bazar qiyməti ilə 150000 manatdan da çox dəyərləndirilir. Bu bir daha onunla təsdiq olunur ki, 08 aprel 2022-ci il tarixdə cavabdehin atasının iştirakı ilə tərtib edilmiş öhdəlikdə torpağın həmin qiymətə dəyərləndirilməsi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə iddiaçı arasında 20 may 2020-ci il tarixdə Salyan rayonu Qarabağlı kəndində yerləşən 0,765 ha torpaq sahəsinin alqı-satqısına dair Salyan rayon 2 saylı notariat ofisində təsdiq edilmiş AN-1 nömrəli ******* nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə dindirlimiş şahid X2 göstərmişdir ki, iddiaçının yeznəsi Turalın tanışıdır. Bir az hüquqdan xəbəri olduğu üçün ona hüquqi yardım göstərmişdir. Cavabdehi 2022-ci ilin oktyabr, sonuncunun atasını isə həmin ilin aprel ayından tanıyır. 2019-cu iliun ortalarında iddiaçının yeznəsinin atası Əliyarov Həmid ona demişdir ki, cavabdeh oğlu ilə bir birlərinə məxsus torpq sahələrini başa-baş dəyişmək istəyirlər. Bunun üçün cavabdeh onun oğluna söz vermişdir ki, özünə məxsus Zirə qəsəbəsində yerləşən torqar sahəsini adına rəsmiləşdirib onu oğlunun adına keçirəcəkdir. Oğlu ona inanaraq öz torpaq sahəsini cavabdehə alqı-satqı yolu ilə satmış, lakin cavabdeh öz öhdəliyinə əməl etməmişdir. Əslində satılmış torpaq sahəsi iddiaçıya məxsus olmamışdır. Həmin torpaq sahəsinin əsl sahibi Tural Əliyarovdur. Bir gün sonuncu ona zəng edib bildirmişdir ki, cavabdehi DTX həbs edib, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ondan DTX-ə şikayət edəcəkdir. Cavabında ondan səbr etməsini və cavabdehin atası ilə görüşərək həmin mübahisənin həll etməsini təklif etmişdir. Bundan sonra cavabdehin atası ilə Suraxanıda görüşmüş, cavabdehin atası oğluna möhlət, şans verməsini onlardan xahiş etmişdir. Orada, xx.xx.2022-ci il tarixdə əlyazama ilə o, öhdəlik razılaşması yazmış və həmin razıılaşmanı o cümlədən də cavabdehin atası da imzalamışdır. Bundan sonra cavabdeh DTX-dən buraxılmış, lakin cavabdehlə onun atası ilə dəfələrlə əlaqə saxlamaq istəsələr də cavabeh telefon zənglərinə cavab verməmiş, onun atası isə cavabdehin onlarla görüşəcəyini bildirmişdir. Bundan sonra cavabdeh onun yanına gəlmiş və öhdəliyini icrası üçün ondan vaxt istəmiş, lakin öhdəliyinə əməl etməmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının Turalın öz torpaq sahəsinin cavabdehə satmasından xəbəri olmamışdır. Məhkəmədə dindirlimiş şahid X12 göstərmişdir ki, iddiaçı qaynıdır. Üstündə istixana quraşdırılmış və iddiaçı tərəfində cavabdehə satılmış torpaq sahəsi faktiki olaraq ona məxsusdur. O, özünə məxsus istixananı 150 000 manata satmaq istəmiş, cavabdeh isə onu almaq istəmişdir. Lakin cavabdeh ona bildirmişdir ki, onda 150 000 manat nağd pulu yoxdur, hazırda obyektlərini satışa qoymuş, istəyirsə barter edərlər. Cavabdeh bildirmişdir ki, İqtisadiyyat Nazirliytindən ona pul ayırmaq istəyirlər, bunun üçün ona obyekt lazımdır, oradan alacağı pul ilə Zirədəki torpaq sahəsin adına keçirib onu iddiaçının adına rəsmiləşdirəcəkdir. O cavabdehə inanaraq onunla razılaşmış və faktiki olaraq özünə məxsus istixana yerləşən torpaq sahəsini iddiaçı vasitəsilə cavabdehə satmışdır. Əslində həmin istixana ilə birlikdə satılmış torpaq sahəsini real bazar dəyəri 200 000 manatdır. Ona 3000 manat qiymət formal olaraq qoyulmuşdur. Əslində cavabdeh topaqğın alqışına görə real olaraq 3000 manat pul veməmişdir. Bundan sonra cavabdeh min bir bəhanələrlə öhdəlyini icra etməkdən yayınmı^cUfc-Bonradan bilmişdir ki, cavabdeh DTX-də həbs edilib. Bundan sonra cavabdehin onları ctef^tatclığıni başa düşmüşdür. Buna görə də onlara hüquqi yardım göstərən X1 müraciət edərək ona bildirmişdir ki. onlar da DTX-ə şikayət etsinlər. Lakin sonuncu bildir'tnişdir ki, ilk əvvəkl cavabdhin atası ilə görüşüb söhbət ertsinlər. Onlar cavabdehin atası ilə əlaqə saxlamış, cavabdehin atası maklerlərlə birlikdə onların yanına gəlmiş və çayxanada oturub söhbət etdikləri zaman onlar cavabehdən gileyləndikləri zaman, cavabdehin atası bildirmişdir ki, cavabdehin bir neçə belə problemli işləri vardır, oğlu təki DTX-dən, həbsdən çıxsın, özü bütün problemləri həll edəcəkdir. Cavabdehin atası ilə razılaşaraq notariat kontorunda öhdəlik müqaviləsi bağlamaq istəsələr də, notarius belə müqavilənin bağlanılmasının mümkünsüz olduğunu onlara bildirmişdir. Buna görə də, onlar oradan çıxdıqdan sonra Nəsirulla əlyazma ilə öhdəlik razılaşması yazmış, onu o, cavabdehin atası, Nəsirulla və makler imzalamışlar. Həmin razılaşma 2022-ci ilin aprel ayının əvvələrində tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisələndirlən alqı-satqı müqaviləsi cavabdehin təkidi ilə bağlanmışdır. Onun qiyməti barəsində iddiaçının xəbəri olmayıb. İddiaçının bu işdə heç bir marağı olmamış, sadəcə sənədləşmə onun adından aparılmışdır. Məhkəmədə dindirlimiş şahid X13 göstərmişdir ki, tərəfləri tanımır. O, şahid kimi dindirilmiş X5 istixanasında fəhlə kimi işləmişdir. 2019-cu ildə eşitmişdir ki, Tural həmin istixananı Zirədəki bir torpağa dəyişir. Buna görə də, o, 2019-cu ildə istixanadan, işdən çıxdı. Sonradan gördü ki, həmin istixananı cavabdeh işlədir. Məhkəmədə dindirlimiş şahid X11 göstərmişdir ki, iddiaçını tanımır, cavabdehi isə istixanaya gələndən sonra tanıyıb. O, 2017-2019-cu illərdə Turala məxsus istixanada mühafizəçi işləyib. Tərəflər arasında alqı-satqı müqaviləsindən 1-2 ay əvvəl həmin istixanadan çıxıb. Evi istixanaya yaxın yerləşir. Bir gün istixananın sahibi Turalın atası Həmid, ona bildirdi ki, onlar istixananı Ceyhun adlı şəxsə satmaq istəyirlər. Sonradan eşidib ki, Ceyhun həmin istixananı artıq işlədir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və şahidlər X2, X13, X11 və X10 dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AN-İ №0848400 saylı, xx.xx.2020-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı mülkiyyətində ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,765 ha olan torpaq sahəsini 3000 (üç min) manata Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Öhdəlik razılaşması”ndan görünür ki, Cavabdeh atası X14 aralarındakı torpaq mübahisəsi ilə əlaqədar olaraq mübahisəli torpağın faktiki mülkiyyətçisi İddiaçı bacısının həyat yoldaşı X8 əmin etmişdir ki, iki ayın müddətində Bakı şəhəri, Zirə qəsəbəsindəki torpaq sahəsinə aid mülkiyyət hüququna aid sənədləri əldə edərək, alqı-satqını qanunauyğun şəkildə rəsmiləşdirəcəkdir. Əks halda, 150 000 manat dəyərində olan Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsini yararlı vəziyyətdə X9 qaytaracaqdır. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,765 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, ekspert rəyindən görünür ki, Salyan rayonu Qarabağlı kəndində yerləşən istixana kompleksinin yerləşdiyi ərazilərə yaxın ərazilərdə mövcud olan 1,20 ha istixananın 2020-ci ilin may ayına olan orta bazar qiyməti təqribən 130000 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh atası X14 arasında bağlanan 08 aprel 2022-ci il tarixli “Öhdəlik razılşaması” öhdəliklə şərtləşdirildiyindən, İddiaçı tərəfindən öhdəlik icra edilsə də, Cavabdeh tərəfindən öhdəlik şərtləri pozulduğundan iddia tələbi əsaslı olmaqla təmin edilməklə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində göstərilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci ildə Salyan rayonu Qarabağlı kəndində yerləşən 0,765 hektar torpaq sahəsinin alqı-satqısına dair Salyan rayon 2 saylı notariat ofisində təsdiq edilmiş AN-1 № ******* nömrəli müqaviləsi etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənil Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar