Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5448/2024 10.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhərı̇ 11 saylı Notarı̇ at Ofisinə və Cavabdeh2 Vaqı̇ f oğluna qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh2 Vaqı̇ f oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Cavabdeh2 Vaqı̇ f oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Cavabdeh2 Vaqı̇ f oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında Bakı şəhəri 11 saylı Notarı̇ at Ofisində xx.xx.2023-cü il tarixdə, reyestrdə 8i-7538 nömrə ilə bağlanmaqla, xüsusi notarius X8 tərəfindən təsdiqlənmiş qanunsuz kredit müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 Vaqı̇ f oğlundan əsassız varlanma ilə əldə etdiyi 2000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin fevral ayının sonlarında X3 “Kia Sorento” markalı avtomobil almaq məqsədilə Cavabdeh2 Vaqı̇ f oğlu ondan həyat yoldaşı Gülnar Namazovadan 17000 manat pulu götürərək Fərid Calalova çatdırmağını istəmiş, o isə həmin dövrdə cavabdehin ailə sürücüsü olduğu üçün ona verilən tapşırığı icra etmişdir. Həmin nəqliyyat vasitəsi Cavabdeh2 təhvil verilsə də onun adına qeydiyyata alınmamışdır. Bir müddət sonra sözügedən avtomobil Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün DİN BDYPİ-yə aparıldıqda orada Fərid Calalov avtomobili qaçırmışdır. Daha sonra məlum olmuşdur ki, Fərid Calalov ona və qeyrilərinə qarşı dələduzluq əməli törətmişdir. Bu səbəbdən də onun və X4 barəsində cinayət təqibi başlanılaraq, barələrində həbs qətimkan tədbiri seçilmiş və hazırda onların barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Bundan sonra hazırkı iş üzrə Cavabdeh2 ona bildirmişdir ki, Fərid Calalov onun qonşusudur və o, onun və qeyrilərinin şikayəti əsasında həbs edilmişdir. Buna görə də Fərid Calalovun borcunu onun qaytarmasını tələb etmişdir. O da onun sürücüsü olduğundan, eləcə də zəhmindən çəkinib, ona şahidlərin iştirakı ilə 2000 manat pul qaytarmışdır. Daha sonra Cavabdeh2 Vaqı̇ f oğlu ona inanmadığını bildirərək xx.xx.2023cü il tarixdə ağır vəziyyətə düşməyindən istifadə edib özünə sərf edən, onun üçün isə son dərəcə əlverişsiz şərtlərlə kredit müqaviləsi bağlamağa məcbur etmişdir. Bundan başqa həmin ərəfədə onun evinə dəfələrlə ona qarşı dələduzluq etmiş şəxslər, eləcə də onların qohumları tərəfindən basqın edilmiş, hətta bu barədə Azərbaycan Respublikasının Prezidentinə və hüquq-mühafizə orqanlarına şikayətlər etmişdir. Cavabdeh2 da onun ağır psixoloji durumundan istifadə edərək ona psixoloji təzyiq göstərib onu məcbur etdi ki, Bakı şəhəri 11 saylı notariat ofisində kredit müqaviləsi bağlasın. Eyni zamanda həmin vaxt cavabdeh ona bildirdi ki, bu müqavilə sadəcə olaraq bir qarantiya rolu oynayır və ondan ötrüdür ki, o, hazırda dövlət qulluğunda çalışır və adının həmin cinayət işində hallanmasına razı deyildir. Kredit müqaviləsi bağlanarkən xüsusi notarius X8 məsələnin əsl mahiyyətindən xəbərdar olduğu üçün bildirdi ki, 15000 manat pul notariusun depozitinə köçürüldükdən sonra həmin kredit müqaviləsini rəsmiləşdirəcəkdir. Aydın olur ki, notarius işin mahiyyətini bilərəkdən Cavabdeh2 əsl niyyətini pərdələmək üçün qanunsuz kredit müqaviləsini təsdiqləmişdir. Qeyd olunanlara əsasən o, mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, cavabdehin ailə sürücüsü olmuşdur, onun qonşusu Fərid Calalov isə maşın alqı-satqısı ilə məşğul idi. Onun əmisi oğlu bazarda maşın alqı-satqısı prosesində Cavabdeh2 görmüş və qarşı tərəf ondan maşını haradan gətirdiyini soruşduqda əmisi oğlu “Səbuhinin qonşusu gətirib” demişdir. Cavabdeh2 da ona zəng edərək bildirmişdir ki, maşın gətirəndə ona desin. Fərid Calalov maşını gətirdikdə cavabdeh həyat yoldaşından 17000 manatı götürüb Fərid Calalova verməyini ona tapşırmış, o da pulu Fərid Calalova təhvil vermişdir. Daha sonra maşın qeydiyyat məsələsi ilə bağlı DİN BDYPİ-yə aparılmış və və avtomobil Fərid Calalov və əlbir olduğu Kamil adlı şəxs tərəfindən qaçırılmışdır. Ona da 42500 manat ziyan dəymişdir. Belə ki, Fərid Calalov ondan maşın almaq adı ilə pul almışdır. Bununla bağlı aidiyyəti qurumlara şikayət etdiyinə görə şikayətinin geri götürülməsi üçün uşaqları ilə ona hədə-qorxu gəlirdilər. Cavabdeh2 bütün bu olanlarda onu günahkar bilib ondan 2000 manat pul almış və əlverişsiz şərtlərlə kredit müqaviləsi bağlamağa məcbur etmişdir. Daha sonra iddiaçı bildirdi ki, cavabdeh şəriki ilə pul mübahisəsi olduğundan ona göstərmək üçün onunla yalandan müqavilə bağlamağı təklif etdiyi üçün o da onun dediklərinə aldanaraq müqavilə bağlamağa razı olmuşdur. O, notariat orqanında qəbzə imza etsə də pulu yenidən cavabdehə vermişdir. Eləcə də qeyd etdi ki, iddia ərizəsində cavabdehdən tələb etdiyi 2000 manat pulu qardaşı onu işə düzəltməsi üçün cavabdehə vermişdi. O, cavabdehdən bağlanılan müqaviləyə görə pul almamışdır. Həmin müqavilə başqa bir əqdi pərdələmək üçün bağlanılmışdı, cavabdeh onu aldadaraq müqavilə bağlatdırıb. Qeyd edilənlərə əsasən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Vaqı̇ f oğlu izahat verərək bildirdi ki, cavabdehin söylədikləri reallığı əks etdirmir. Onunla iddiaçı arasında hər hansı bir avtomobillə, o cümlədən “Kia Sorento” markalı avtomobillə əlaqədar münasibət, razılaşma olmayıb və onun həyat yoldaşı iddiaçıya 17000 manat pul verməyib. İddiaçı müəyyən problemlərinin həlli ilə əlaqədar ehtiyacı olduğunu bildirərək ondan 15000 manat borc verməsini xahiş edib. Buna görə də qanuni şəkildə, notarial qaydada borc müqaviləsi bağlanılıb, həmin pul depozitə köçürülüb və iddiaçı tərəfindən qəbzə imza edilməklə götürülüb. Lakin borc vaxtında ödənilməyib. Hətta onun tərəfindən qarşı tərəfə pulun ödənilməsi üçün kifayət qədər vaxt verilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən heç bir ödəniş olmadığından notarius tərəfindən verilmiş icra qeydi icraya yönəldilmişdir. Məhz bundan sonra iddiaçı pulun ödənilməsindən yayınmaq üçün hazırkı iddianı qaldırmışdır. Eləcə də qeyd etdi ki, onun həyat yoldaşı tərəfindən iddiaçıya hər hansı bir məbləğdə pul verilməyib. Pul onun tərəfindən iddiaçıya verilib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında dindirilmiş şahid X9 bildirdi ki, iddiaçı onun doğma qardaşıdır. Qeyd etdi ki, bir neçə dəfə ona avtomobil almaq istədiyini dediyinə görə qardaşı Səbuhi Cavabdeh2 Fərid Calalovun avtomobil satdığını bildirmişdir. Cavabdeh2 maşına baxdıqdan sonra Səbuhiyə onun evinə gedib həyat yoldaşından 17000 manat pul gətirərək Fəridə veməsini demişdir. Ancaq o özü Səbuhinin gedib cavabdehin həyat yoldaşından pulu alıb gətirməsini görməmişdir. Səbuhi sonradan ona demişdir ki, 17000 manat pulu cavabdehin həyat yoldaşından götürmüşdür. Daha sonra maşının “Kia Sorento” markalı olduğunu desə də onun rəngini və neçənci il buraxılışı olduğunu bilmədiyini göstərdi. Sonradan həmin avtomobil Fərid Calalov tərəfindən qaçırıldı. Bundan sonra cavabdeh maşının pulunu iddiaçıdan tələb etdi. Eləcə də bildirdi ki, cavabdehlə qardaşının arasında bağlanan müqavilə cavabdehin şərikinə göstərilməsi üçün bağlanılmışdı. O, müqavilə bağlanan zaman notariat ofisində olmamış, cavabdehin qardaşına pul verib-verməməsindən məlumatı olmamışdır.
7. Məhkəmə iclasında dindirilmiş X2 ifadə verərək bildirdi ki, iddiaçı onun əmisi oğlu, cavabdeh isə qonşusudur. Daha sonra göstərdi ki, iddiaçı ilə cavabdeh “Kia Sorento” markalı abvtomobilin alınması ilə əlaqədar razılaşmış, Səbuhi Elşənin həyat yoldaşından 17000 manat pul götürərək Fərid Calalova vermişdir. O, maşını görsə də dəqiq rəngini xatırlamır. Eləcə də qeyd etdi ki, o, notariat ofisində tərəflərin arasında müqavilə bağlanılmasında, pulun verilməsində iştirak etməyib.
8. X1 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, əri Cavabdeh2 notarial qaydada 15000 manat pulu borc olaraq İddiaçı vermişdir. O, İddiaçı 17000 manat pul verməmişdir.
b) Mülki işin materialları:
8. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 Vaqı̇ f oğlu İddiaçı xx.xx.2024-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 15000 manat məbləğində pul borc vermişdir.
9. Bakı şəhəri 11 saylı (Dövlət) notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M-1144 nömrəli notariat işinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında 15000 manat pula dair kredit müqaviləsi bağlanmış, tərəflər müqaviləni şəxsən imzalamışlar. 15000 manat Cavabdeh2 tərəfindən depozitə ödənilmiş, sonra həmin pul qəbzə imza edilməklə İddiaçı tərəfindən qəbul edilmişdir. Kredit müqaviləsinin arxa hissəsində İddiaçı öz xətti ilə qeyd etmişdir ki, borcun mahiyyəti ona izah olundu, borc qaytarılmadığı təqdirdə notariusun icra qeydi əsasında tutulması ilə bağlı qanuni tələblər ona izah edildi.
10. Bakı şəhəri 11 saylı (Dövlət) notariat ofisinin X.k1627 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müşahidə kameralarının yaddaşda saxlama müddəti 3 ay olduğundan xx.xx.2023-cü il tarixə məxsus görüntülərin yaddaşda qalma müddəti bitmişdir.
11. xx.xx.2023-cü il tarixli X7 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktından görünür ki, İddiaçı zərərçəkmiş şəxs qismində cəlb edilmiş və verdiyi ifadədə iddia ərizəsində qeyd olunmuş “Kia Sorento” markalı avtomobil barədə heç bir izahat verməmişdir.
c) Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
14. 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
15. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
16. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
17. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. 18 .337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
19. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfdli əqd həmin şəxsə qarşı mübahisə edilir.
20. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
21. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
22. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
23. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
24. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
25. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikası MPM-nin:
26. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir
Məhkəmənin mövqeyi:
32. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında 15000 manat pulun borc verilməsinə dair kredit müqaviləsi bağlanmış, tərəflər müqaviləni şəxsən imzalamışlar, 15000 manat Cavabdeh2 tərəfindən depozitə ödənilmiş, sonra həmin pul qəbzə imza edilməklə İddiaçı tərəfindən qəbul edilmişdir. Kredit müqaviləsinin arxa hissəsində İddiaçı öz xətti ilə qeyd etmişdir ki, borcun mahiyyəti ona izah olundu, borc qaytarılmadığı təqdirdə notariusun icra qeydi əsasında tutulması ilə bağlı qanuni tələblər ona izah edilmişdir.
33. Məhkəmə qeyd edir ki, iddiaçının müqaviləni cavabdehin təhriki altında bağlaması, borc pulun onun tərəfindən alınmamasına dair dəlilləri iş materialları ilə təkzib olunur.
34. Belə ki, iş materiallarından görünür ki, iddiaçı könüllü olaraq notariat ofisinə getmiş, müqavilənu şəxsən imzalamış, pul məbləği cavabdeh tərəfindən depozitə köçürülmüş və iddiaçı tərəfindən qəbzə imza olunmaqla qəbul edilmişdir. Yəni onun müqavilədə qeyd olunmuş pulu alması iş materialları ilə sübut olunur. Lakin iddiaçı həmin məbləğin onun tərəfindən cavabdehə verilməsinə dair dəlilini sübuta yetirə bilməmişdir.
35. İş materiallarından görünür ki, kredit müqaviləsi qanunvericiliyin tələblərinə əməl olunmaqla, notiarial qaydada tərtib olunmuşdur. Tərəflər arasında müqavilə qanunvericiliyin tələblərinə uyğun olmaqla, hər iki tərəfin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Yəni, müqavilə bağlanarkən hər iki tərəf könüllü olaraq notariat orqanında müqaviləni rəsmi qaydada bağlamış, şəxsən imzalamış, heç bir qeyd-şərt göstərməmiş, hər hansı bir narazılıqlarını bildirməmişlər. Eləcə də iş materiallarından tərəflərdən hər hansı birinə təsir və ya təzyiq nəticəsində müqavilə bağlanması və imzalanması müəyyən olunmamışdır.
36. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh “Kia Sorento” markalı avtomobilin alınması üçün 17000 manat pul vermiş, nəqliyyat vasitəsi Cavabdeh2 təhvil verilmiş, lakin həmin avtomobil Fərid Calalov tərəfindən qaçırılmış, bundan sonra cavabdeh pulu ondan tələb etmişdir. Bunun müqabilində isə cavabdehin təzyiqi altında müqavilə bağlamağa məcbur olmuşdur.
37. Lakin iş materiallarında olan İddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına edilmiş müraciətlərin heç birində cavabdehdən şikayət etdiyi görünmür.
38. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli X7 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktından görünür ki, İddiaçı zərərçəkmiş şəxs qismində cəlb edilmiş və verdiyi ifadədə iddia ərizəsində qeyd olunmuş “Kia Sorento” markalı avtomobil barədə, eləcə də cavabdeh barəsində heç bir izahat verməmişdir. Halbuki o, iş üzrə bir neçə epizoda görə zərərçəkmiş şəxs qismində tanınmış və ifadə vermişdir.
39. Məhkəmə iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşır. Belə ki, şahid X9 göstərmişdir ki, Cavabdeh2 maşına baxdıqdan sonra Səbuhiyə onun evinə gedib həyat yoldaşından 17000 manat gətirərək Fəridə veməsini demişdir. Ancaq o özü Səbuhinin gedib cavabdehin həyat yoldaşından pulu alıb gətirməsini görməmişdir. Səbuhi sonradan ona demişdir ki, 17000 manat pulu cavabdehin həyat yoldaşından götürmüşdür. Daha sonra maşının “Kia Sorento” markalı olduğunu desə də onun rəngini və neçənci il buraxılışı olduğunu bilmədiyini, tərəflər arasında müqavilə bağlanan zaman notariat ofisində olmadığını, cavabdehin qardaşına pul veribverməməsindən məlumatı olmadığını bildirmişdir.
40. X2 ifadə verərək göstərmişdir ki, iddiaçı onun əmisi oğlu, iddiaçı ilə cavabdeh “Kia Sorento” markalı abvtomobilin alınması ilə əlaqədar razılaşmış, Səbuhi Elşənin həyat yoldaşından 17000 manat pul götürərək Fərid Calalova vermişdir. O, maşını görsə də dəqiq rəngini xatırlamır. Eləcə də göstərdi ki, o, notariat ofisində tərəflərin arasında müqavilə bağlanılmasında, pulun verilməsində iştirak etməyib.
41. Müəyyən edilmişdir ki, şahidlər müqavilənin bağlanılmasında, pulun verilməsində iştirak etməyiblər.
42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi qanunvericiliyin tələblərinə əsasən bağlandığından iddiaçının qeyd etdiyi əsaslara görə etibarsız hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
43. Məhkəmə iddianın 2000 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair hissəsini də əsassız hesab edir.
44. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ondan maşının pulunu tələb etmiş, o da qorxduğundan şahidlərin iştirakı ilə ona 2000 manat qaytarmışdır.
45. Lakin məhkəmə iclasında iddiaçı bildirdi ki, 2000 manat pulu qardaşı onu işə düzəltməsi üçün Cavabdeh2 vermişdir.
46. Yəni məhkəmə qeyd edir ki, iddiaçının dəlilləri ziddiyyətlidir. Bununla yanaşı məhkəmə onun dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehin ona 2000 manat pul verməli olmasını sübuta yetirə bilmədi. Eləcə də qardaşının cavabdehə pul verməsi ehtimal olunsa belə iddiaçının həmin pulu tələb etmək hüququ yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi pul tələbinə dair hissədə də təmin edilməməlidir.
47. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini əsaslandıra bilməmiş buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəmədə dindirilmiş şahidlərin ifadələri isə ziddiyyətli olduğu üçün sübut kimi qəbul edilə bilməz.
48. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.
49. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.
50. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi, tutarlı bir sübut təqdim etməmişdir.
51. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X15 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
52. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X15 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
53. Hazırki işdən isə görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.
54. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
55. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
56. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
57. Beləliklə, məhkəmə hesab edir ki, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.
58. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Cavabdeh2 Vaqı̇ f oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova