Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5454/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, 07 aprel 2006-cı il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 07 aprel 2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, qızı X6 xx.xx.2006-cı ildə anadan olmuşdur. O, anadan gəlmə psixi qüsurlu xəstə olmaqla öz hərəkətini idarə edə bilmir. Tibbi Sosial Ekspert Komissiyası orqanından verilən arayışa əsasən qızında kənar şəxsin köməyinə və qulluğuna ehtiyac olması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən qızı 1-ci dərəcə əlil olmaqla əmək qabiliyyətsizdir. Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən qızı X1 şəxslərin köməyi olmadan olmadan öz hərəkətlərini idarə etmək sərbəst yaşaması mümkün deyil. Ailədə qızına maddi və mənəvi kömək göstərən şəxs anası olaraq özü həyata keçirir. Qızının bütün ehtiyaclarını o, qarşılayır və ona baxır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza mərkəzinin rəyi ilə razı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 07 aprel 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, şəhadətnamənin ata qrafasında – X7, ana qrafasında – Ərizəçi qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Hüquqi Şəxsi “Ə.D.Məlikov adına X9” Publik Hüquqi ,əxsinin 27 nömrəli Şəhər Polinklinikasına ünvanlandığı 9 iyul 2024-cü il tarixli tibbi rəydən görünür ki, xəstə xx.xx.2006-cı il təvəllüdlü X6 27 nömrəli Şəhər Poliklinikasının göndərişinə əsasən tibbi rəy üçün “Ə.D.Məlikov adına X9” publik hüquqi şəxsə müraciət etmişdir. Şikayətləri: xəstə özü şikayətlərini ifadə edə biləcək intellektual və psixi inkişafa sahib deyil. Yaxınının deməsinə görə anadangəlmə olan bu xəstəliyin anadangəlmə əlamətlərinə qoşulan son zamanlar aqressiya və əsəbiliyiniin artmasıdır. Anamnez morbi: Anadangəlmə xəstədir. Status presens: Huşu' aydındır. A/T- 90/60 mm.c.s, Ps-79v. Dəri və görünən selikli gişalar avazıyıb. Defekasiya akti və sidik ifrazı qeyri-iradidir. Qidalanma qənaətbəxşdir. Status nevrosus: Göz yarıqları bərabər D=S. Fotoreaksiya saxlanılmışdır. Göz almalarının hərəkəti tam və sərbəstdir. Baxışı fiksə edə bilmir, izləmir. Burun-dodaq büküşü asimmetrikdir.Yuxarı ətraflarda əzələ tonusu normal, aşağı ətraflarda artmışdır. Vətər və s\ü refleksleri yuxarı ətrafda canlı, D=S. Diz refleksi solda artmışdır. S>D. Klonus müşahidə olunur. Hər dörd ətrafda əzələlər hipotrofikdir.Çanaq orqanlarının funksiyası pozulmuşdur-qabıq nəzarəti yoxdur. Diaqnoz: G80.8 Şerebral iflicin digər növü. G82.4 Spastik tetraparez. R -26.8 Yerişin pozulması. M62.5 Bütün ətraf əzələlərinin hipotrofiyası. R32 Qeyri-iradi sidik, nəcis ifrazı. Z74 Kənar şəxsin köməyinə ehtiyacı var. 2 nömrəli klinik psixiatriya xəsxanasının xx.xx.2024-cü il tarixli, 2147 nömrəli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq, davranış və dayaq-hərəkəti aparatının pozuntuları ilə yanaşı-usi-nin qalıq əlamətləri. İQ20 Bakı şəhəri Baş Səhiyyə İdarəsi X3 xx.xx.2020-ci il tarixli, 977 nömrəli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 uşaq serebral iflici qarışıq forma, spastik tetraparez (G82.4). Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X5 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan ambulator məhkəmə - psixatrik ekspertizasının 01 oktyabr 2024-cü il tarixli, 2854 saylı rəyində qeyd olunmuşdur ki, xx.xx.2006-cı il təvəllüdlü X6 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayn şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə 07 aprel 2006-cı il təvəllüdlü X6 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və X4 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 07 aprel 2006-cı il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X4 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5454/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5454/2024
31.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver