Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5462/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirrov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı müqavilənin ləğvi, borcun və lizinq obyektinin qaytarılması barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, xx/xx/0684 saylı Daxili maliyyə lizinqi müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2018-ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 2 ədəd pol oborot vintil 25 mm. cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Lakin, cavabdeh müavilədən irəli gələn öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı tərəfindən təqdm olunmuş maliyyə arayışına əsasən, xx.xx.2020-ci il tarixə iddiaçıya ödənilməmiş lizinq ödənişləri üzrə 487,56 manat, cərimə üzrə 345,74 manat olmaqla ümumilikdə 833,3 manat məbləğində borcu yaranmışdır. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 833,3 manat borcun cavabdehdən MMC-nin xeyrinə tutulması, habelə lizinq obyekti olan 1 ədəd 2018ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 2 ədəd pol oborot vintil 25 mm. zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, xx/xx/0684 saylı lizinq müqaviləsinə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, tərəflər arasında bağlanmış həmin ümqavilə ləğv edilməli, ödənilməmiş lizinq ödənişləri üzrə 487,56 manat məbləğində pul vəsaiti Cavabdehnran iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 487,56 manat məbləğində əsas borca 345,74 manat məbləğində faiz borcunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 345,74 məbləğində dəbbə pulunun məbləği azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, xx/xx/0684 saylı Daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməli, Cavabdeh 487,56 manat əsas, 30 manat cərimə borcu olmaqla ümumilikdə 517,56 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, habelə, lizinq obyekti olan 1 ədəd 2018-ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 2 ədəd pol oborot vintil 25 mm. zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 21 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, xx/xx/0684 saylı Daxili maliyyə lizinqi müqaviləsi ləğv edilsin. Cavabdeh 487,56 manat əsas, 30 manat cərimə borcu olmaqla ümumilikdə 517,56 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Lizinq obyekti olan 1 ədəd 2018-ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 2 ədəd pol oborot vintil 25 mm. zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 21 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5462/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5462/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver