Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-547/2022 11.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı (X13 və X25 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi və 15 yanvar 2007-ci il tarixli, 04 nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin təşəbbüsü ilə X25 və X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdilər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı və qarşılıqlı iddiaya qarşı verilmiş yazılı etirazı müdafiə etmiş və qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı və ilk iddiaya qarşı verilmiş yazılı etirazı müdafiə edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. 03 fevral 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı və ilk iddiaya qarşı verilmiş yazılı etirazı müdafiə edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X9 bildirmişdir ki, 15 yanvar 2007-ci il tarixdə "xxxx" MTK ilə X26 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində inşa edilmiş 18 mərtəbəli yaşayış evinin 3 blok İİ korpusunun 10-cu mərtəbəsində yerləşən 170 nömrəli mənzili 129.450 ABŞ dolları pula "xxxx" MTK tərəfindən X2. Müqavilə üzrə müəyyən edilmiş məbləğ 2008ci ildə X26 tərəfindən "xxxx" MTK-ya ödənilmiş və ona mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı təqdim edilməklə həmin mənzilin müqavilənin şərtlərinə uyğun olaraq ona təhvil verilməsi təmin edilmişdir. Həmin müqavilədə X15 imzası olmasa da, müqavilə "xxxx" MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və kooperativin möhürü ilə təsdiq edilmişdir. Bu qaydada kooperativ tərəfindən xeyli sayda müqavilə bağlanmışdır və onların, o cümlədən bu müqavilənin etibarlılığını kooperativ qəbul və təsdiq edir. Bu müqavilə bağlandıqdan sonra mənzildə təmir işlərinin aparılması, sayğacların quraşdırılması, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair bu kimi məsələlərin həlli müddətini və qaydasını tənzimləmək məqsədi ilə X26 ilə "xxxx" MTK arasında 23 yanvar 2015-ci il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” Müqavilə bağlanmış və bundan sonra həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərcləri də X26 tərəfindən ödənilmişdir. Bu barədə ona müvafiq qəbz verilmişdir. X26 vəfat etdikdən sonra onun vərəsəsi olan oğlu İddiaçı bu halı təsdiq edən aidiyyəti sənədlərlə birlikdə "xxxx" MTK-ya müraciət etmiş və həmin sənədlər yoxlanıldıqdan sonra mənzilə dair mülkiyyət hüququnun əldə edilməsi üçün ona mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı verilmiş və onun kooperativin üzvlüyünə qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar həm iclasın sədri olaraq, həm də ona verilmiş səlahiyyətlərə uyğun olaraq kooperativin sədri olan X7 əvəzindən onun tərəfindən imzalanmışdır. İddiaçı verilmiş maliyyə arayışı da eyni qaydada onun tərəfindən imzalanmışdır. İddiaçı da öz növbəsində kommunal xidmətlərin dəyərini ödəmiş və bu barədə ona müvafiq qəbz verilmişdir. Bununla belə, həmin mənzil X19 məxsus olmuş, hazırda isə onun oğlu İddiaçı məxsusdur. Bu mənzil heç vaxt "xxxx" MTK tərəfindən Cavabdeh2 adlı şəxsə satılmamış və X4 səbəbindən heç satıla da bilməzdi. X25 ilə "xxxx" MTK arasında bu mənzillə bağlı reallıqda hər hansı müqavilə bağlanmamış və onun tərəfindən "xxxx"xxxx"xxxx" MTK-nın sədri olan X11 ilə X25 arasında borc münasibətləri olmuş və X11 ondan faizlə götürdüyü borcun təminatı olaraq "xxxx" MTK tərəfindən başqa-başqa şəxslərə satılmış və artıq başqa şəxslərə məxsus olan mənzillərlə bağlı belə saxta müqavilələr bağlamış və bu yolla həmin mənzilləri, o cümlədən X19 məxsus mənzili girov qoymuşdur. Bu səbəbdən X25 həmin mənzili Cavabdeh2 sata bilməzdi və həmin müqavilə saxtadır. Həmin müqavilənin saxta olması onun nömrəsindən də görünür. Belə ki, "xxxx" MTK tərəfindən mənzillərlə bağlı bağlanmış müqavilələrin qeydiyyatı kitabı olmasa da, bağlanmış müqavilələr üzrə adi qaydada qeydiyyat aparılır və bununla bağlı müvafiq siyahı tərtib edilmişdir. Həmin siyahıda da 170 nömrəli mənzilin 140 saylı müqavilə üzrə məhz İddiaçı satıldığı göstərilmişdir. Cavabdeh2 müqaviləsi isə 300/19 saylıdır. Halbuki, digər müqavilələrdən də göründüyü kimi, "xxxx" MTK tərəfindən müqavilələrin bu qaydada nömrələnməsi aparılmır. Bu hal bir daha həmin müqavilənin saxta olmasını təsdiq edir. Göstərilənlərin nəzərə almasını və ilk iddianın təmin edilməsini xahiş etmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən və 03 fevral 2022-ci il tarixli məhkəmə iclasında iştirakı həmin Xidmət tərəfindən təmin edilmiş ilk iddia üzrə cavabdeh "xxxx" MTK-nın qanuni təmsilçisi X11 bildirmişdir ki, X26 ilə "xxxx" MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” Müqavilə, Cavabdeh2 ilə "xxxx"xxxx"xxxx" MTK tərəfindən 28 noyabr 2016-cı il tarixdə Cavabdeh2 verilmiş maliyyə arayışı onun tərəfindən imzalanmışdır. Lakin İddiaçı verilmiş 31 may 2021-ci il tarixli maliyyə arayışında və "xxxx" MTK-nın üzvlərinin 28 dekabr 2019-cu il tarixdə keçirilmiş ümumi iclasının protokolundan çıxarışda onun adı və soyadı qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. O, Cavabdeh2 və onunla müqavilə bağlamasını xatırlamır. Belə ki, kooperativin sədri olaraq xeyli sayda müqavilə bağlamışdır. X20 tanıyır. Belə ki, ondan bir neçə dəfə müəyyən faiz dərəcəsi ilə borc almış və həmin borcun təminatı olaraq artıq "xxxx" MTK tərəfindən başqa-başqa şəxslərə satılmış mənzillərlə bağlı sonradan onunla da müqavilə bağlanmışdır. Həmin müqavilələr girov kimi, borcun təminatı olaraq və borc qaytarılanadək, yəni müvəqqəti olaraq bağlanırdı və borc qaytarıldıqdan sonra X25 müqavilələri ona qaytarırdı. X25 reallıqda "xxxx" MTK-dan hər hansı mənzil almamış, müqavilələr artıq qeyd etdiyi kimi, borc əvəzi bağlanmışdır. 2016-cı ildə həmin binada satılmamış mənzil də qalmamış, bütün mənzillər satılmışdır. X8 hər hansı məbləğdə borcu da qalmamışdır və bu səbəbdən hazırki müqavilə də ona qaytarılmalı idi. Göstərilənlərin nəzərə alınmasını və qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin onun real sahibinə verilməsini xahiş etmişdir. 03 fevral tarixli məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 2007-ci ildə "xxxx"xxxx"xxxx" MTK ilə X26 arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli müqavilənin və "xxxx" MTK tərəfindən 2008-ci il tarixdə X19 verilmiş maliyyə arayışının, habelə həmin müqavilə üzrə ödənişləri əks etdirən qəbzlərin onun tərəfindən imzalandığını bildirmiş və qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir. 15 yanvar 2007-cı il tarixdə podratçı (icraçı) "xxxx" MTK ilə payçı (sifarişçi) X26 arasında bağlanmış 104 saylı müqaviləyə əsasən icraçı həmin çoxmənzilli yaşayış binasının 3 blok (İİ korpus), 10-cu mərtəbə, ümumi sahəsi 172,6 kv.m. olan 170 saylı, 4 otaqlı mənzilini inşa edib payçı X19 təhvil verməyi, payçı isə həmin mənzilin dəyərini təşkil edən 129.450 ABŞ dolları məbləğində pulu podratçı (icraçı) "xxxx" MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyərini təşkil edən 129.450 ABŞ dolları məbləğində pulun X26 tərəfindən tam ödənilməsi barədə "xxxx" MTK tərəfindən 2008-ci il tarixdə maliyyə arayışı verilmişdir. Eyni zamanda, mənzilin dəyərinin onun tərəfindən ödənilməsini təşkil edən kassa mədaxil orderi qəbzləri də mövcuddur. 12 oktyabr 2013-cü il tarixdə podratçı (icraçı) "xxxx" MTK ilə payçı (sifarişçi) X25 arasında bağlanmış 300/19 saylı müqaviləyə əsasən icraçı həmin mənzili inşa edib bu payçıya da təhvil verməyi, bu payçı isə həmin mənzilin dəyərini təşkil edən 110.000 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə müəyyən edilmiş 110.000 manat məbləğində pulun tam ödənilməsi barədə X21 "xxxx" MTK tərəfindən xx.xx.2013-cü il tarixdə maliyyə arayışı verilmişdir. Bundan sonra həmin mənzildə təmir işlərinin aparılması, sayğacların quraşdırılması, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair bu kimi məsələlərin həlli müddətini və qaydasını tənzimləmək məqsədi ilə X26 ilə "xxxx" MTK arasında 23 yanvar 2015-ci il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” Müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1.200 manat məbləğində pul X26 tərəfindən ödənilmişdir. Bu barədə ona həmin tarixli müvafiq qəbz verilmişdir. 28 noyabr 2016-cı il tarixdə podratçı (icraçı) "xxxx" MTK ilə payçı (sifarişçi) Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən icraçı həmin mənzili bu payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə mənzilin dəyərini təşkil edən 110.000 manat pulun Cavabdeh2 tərəfindən əvvəlki payçı, yəni X21 ödədiyi qeyd edilmiş və ona "xxxx" MTK tərəfindən bu mənzilin dəyərinin tam ödənilməsi barədə 28 noyabr 2016-cı il tarixdə maliyyə arayışı verilmişdir. Həmçinin, 29 noyabr 2016-cı il tarixdə Cavabdeh2 ilə X25 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”yə əsasən X25 bu mənzili gələcəkdə 121.000 manata Cavabdeh2 satmağı, sonuncu isə həmin məbləği gələcəkdə X21 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilkin müqavilədə göstərilən məbləği notariusun depozit hesabına köçürmüş və həmin tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə X25 mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etmədiyini, gələcəkdə həmin mənzillə bağlı "xxxx" MTK-ya qarşı heç bir iddiasının olmayacağını və maddi tələb irəli sürməyəcəyini bildirmişdır. X26 15 fevral 2017-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə birinci dərəcəli vərəsələri kimi tanınmaq hüququnu arvadı X12, oğulları X27 və İddiaçı (iddiaçı) əldə etmişdir. X12 (xx.xx.2021-ci il tarixdə vəfat etmişdir) və X27 notariat kontoruna ərizə ilə müraciət edərək, 15 fevral 2017-ci il tarixdə vəfat etmiş X14 onlara çatası miras payı rəsmi və faktiki olaraq qəbul etmədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişdilər. Bununla belə, X14 miras qalmış əmlakı İddiaçı qəbul etmişdir. Mənzillə bağlı kommunal xərcin 2021-ci il üzrə tam məbləğini təşkil edən 1.920 manat məbləğində pul da 25 may 2021-ci il tarixdə onun tərəfindən ödənilmiş və ona həmin tarixdə bu ödənişi təsdiq edən kassa mədaxil orderi verilmişdir. Hazırda İddiaçı mübahisəli mənzilin 15 yanvar 2007-ci il tarixli müqaviləyə əsasən onun atası X19 təhvil verildiyini, mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin atası tərəfindən tam ödənildiyini, bu barədə "xxxx" MTK tərəfindən onun atasına 2008-ci ildə maliyyə arayışının təqdim edildiyini, habelə ödənişləri əks etdirən kassa mədaxil orderi qəbzlərinin də mövcud olduğunu, mənzillə bağlı atasının 23 yanvar 2015-ci il tarixdə "xxxx" MTK ilə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” Müqavilənin bağlandığını, mənzillə bağlı yaranmış xərclərin atası tərəfindən qarşılandığını, atası 15 fevral 2017-ci il tarixdə vəfat etdikdən sonra digər vərəsələrin ondan miras qalmış əmlakdan imtina etdiklərini və əmlakın vərəsə kimi onun tərəfindən qarşılandığını və mənzillə bağlı kommunal xərclərin onun tərəfindən ödənildiyini, mənzilin ötən dövr ərzində onların istifadə və sahibliyində olduğunu, "xxxx" MTK-nın sədri olan X7 və X16 artıq satılmış mənzilləri sonradan rəsmiləşdirilmiş saxta müqavilələr əsasında başqa-başqa şəxslərə yenidən satıldığını, bu halın Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli Hökmü ilə müəyyən edildiyini, Cavabdeh2 ilə bağlanmış müqavilənin də belə müqavilələrə aid olduğunu, bu səbəbdən həmin mənzilə dair Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış və X11 tərəfindən imzalanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və Cavabdeh2 ilə X25 arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız olduğunu bildirir və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Cavabdeh2 15 yanvar 2007-cı il tarixdə "xxxx" MTK ilə X26 arasında bağlanmış müqavilənin X26 tərəfindən, müqaviləyə uyğun verilmiş cədvəl üzrə borcun hissə-hissə ödənilməsinə dair öhdəçiliyin isə ümumiyyətlə imzalanmadığını, bu halın müqavilənin həqiqətən də 2007-ci il tarixdə bağlanmasını şübhə altına aldığını, həmin müqavilənin müqavilələrin qeydiyyatı kitabında olmadığını, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 28 dekabr 2019-cu il tarixli protokolunun və 31 may 2021-ci il tarixli maliyyə arayışının X11 tərəfindən imzalanmadığını, ümumiyyətlə 15 yanvar 2007-ci il tarixli müqavilədə, 2008-ci il tarixli maliyyə arayışında, 23 yanvar 2015-ci il tarixli müqavilədə, 28 noyabr 2016-cı il tarixli maliyyə arayışında olan imzaların bir-birindən fərqləndiyini, mübahisəli mənzili yerləşdirilmiş elanda gördüyünü və bəyəndiyini, onunla "xxxx" MTK və X25 arasında bağlanmış müqavilələrə uyğun olaraq mənzilin dəyərini ödədiyini, onun vicdanlı alıcı olduğunu, X26 ilə bağlanmış müqavilələrin etibarsız olduğunu bildirir və ilk iddianın rədd, qarşılıqlı iddiasının isə təmin edilməsini xahiş edir. "xxxx" MTK-nın nümayəndəsi X9 mübahisəli mənzilin 15 yanvar 2007-cı il tarixli müqaviləyə əsasən "xxxx" MTK tərəfindən X19 təhvil verildiyini, onun tərəfindən mənzilin dəyərinin, habelə mənzillə bağlı digər xərclərin ödənildiyini və mənzilin həqiqətdə ona, hazırda isə onun vərəsəsi olan İddiaçı məxsus olduğunu, İddiaçı tərəfindən kommunal xərcin ödənildiyini, həmin mənzillə bağlı Cavabdeh2 ilə bağlanmış müqavilələrin saxta olduğunu, mənzilin heç vaxt X1, bu mənzillə bağlı X11 ilə X25 arasında bir neçə, o cümlədən 28 noyabr 2016-cı il tarixli müqavilənin faizlə götürülmüş borcun əvəzi olaraq girov kimi bağlandığını, X25 tərəfindən kooperativə hər hansı məbləğdə pulun ödənilmədiyini, müqavilələrin qeydiyyat kitabının olmadığını, lakin bağlanmış müqavilələrlə bağlı tərtib edilmiş siyahıda da mübahisəli mənzilin X19 məxsus olduğunun göstərildiyi, Cavabdeh2 müqaviləsinin başqa qaydada nömrələndiyini bildirir və ilk iddianın təmin edilməsini xahiş edir. "xxxx" MTK-nın qanuni təmsilçisi X3 Əziz Şapur oğlu ilə "xxxx" MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” Müqavilənin, Cavabdeh2 ilə "xxxx"xxxx"xxxx" MTK tərəfindən 28 noyabr 2016-cı il tarixdə Cavabdeh2 verilmiş maliyyə arayışının onun tərəfindən imzalandığını, İddiaçı verilmiş 31 may 2021-ci il tarixli maliyyə arayışında və "xxxx" MTK-nın üzvlərinin 28 dekabr 2019-cu il tarixdə keçirilmiş ümumi iclasının protokolundan çıxarışda onun adı və soyadı qarşısında olan imzanın onun tərəfindən icra edilmədiyini, X20 tanıdığını, ondan bir neçə dəfə müəyyən faiz dərəcəsi ilə borc aldığını, həmin borcun təminatı olaraq artıq "xxxx" MTK tərəfindən başqa-başqa şəxslərə satılmış mənzillərlə bağlı sonradan onunla da müqavilə bağladığını, həmin müqavilələri girov kimi, borcun təminatı olaraq və borc qaytarılanadək, yəni müvəqqəti olaraq bağlandığını, borc qaytarıldıqdan sonra X16 müqavilələri ona qaytardığını, X16 reallıqda "xxxx" MTK-dan hər hansı mənzil almadığını, 2016-cı ildə həmin binada satılmamış mənzilin qalmadığını, bütün mənzillərin satıldığını, X8 hər hansı məbləğdə borcunun qalmadığını və bu səbəbdən hazırki müqavilənin də ona qaytarılmalı olduğunu bildirir. Üçüncü şəxs X13 2007-ci ildə "xxxx"xxxx"xxxx" MTK ilə X26 arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli müqavilənin və "xxxx" MTK tərəfindən 2008-ci il tarixdə X19 verilmiş maliyyə arayışının, habelə həmin müqavilə üzrə ödənişləri əks etdirən qəbzlərin onun tərəfindən imzalandığını bildirir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 yanvar 2022-ci il tarixli məktubuna əsasən X16 Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə "xxxx" MTK-ya aid qeydiyyat kitabı götürülməmiş, mübahisəli mənzil üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxsin olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə mübahisənin mahiyyətini və tələblərin birinin digərini istisna etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflərin iddialarına eyni zamanda və müqayisəli şəkildə hüquqi qiymət verilməlidir. Məhkəmə vurğulayır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin mülki qanunvericiliyin yuxarıda qeyd edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarının tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş icraçı növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm X26, həm də Cavabdeh2 ilə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. Bu baxımdan həmin mənzilə dair ilk müqavilə tarix etibarı ilə iddiaçının atası X26 ilə bağlanmışdır. Bununla da "xxxx" MTK-nın həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş X19 təhvil verilməsi öhdəliyi yaranmış, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz X15 istifadə və sahiblik hüququ, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Belə olan halda, həmin mənzillə bağlı X25 və Cavabdeh2 ilə "xxxx" MTK arasında yalnız X15 razılığı əsasında hazırda mübahisələndirilən (28 noyabr 2016-cı il tarixli) müqavilə bağlana bilərdi. Lakin göründüyü kimi, belə bir müqavilələrin bağlanmasına onun razılığı olmamışdır. Buna baxmayaraq, "xxxx" MTK (onun sədri X11) bu barədə susmuş və nəticə etibarı ilə ona artıq hər hansı aidiyyəti olmayan və başqasının istifadə və sahibliyində olan mənzillə bağlı ilk öncə X25 ilə sonradan isə Cavabdeh2 ilə müqavilə bağlamış və nəticədə Bayramova X10 Sahil Nizami oğlu və X25 tərəfindən aldadılmışdır. Aldatma olmadan bu müqavilənin bağlanması da mümkün olmazdı. Belə ki, Cavabdeh2 həmin mənzilin təhvil verilməsi barədə "xxxx"xxxx"xxxx" MTK ilə 28 noyabr 2016-cı il tarixdə və X25 ilə 29 noyabr 2016-cı il tarixdə qeyd edilən müqavilələri bağlamazdı və bu azmış kimi mənzilin dəyərini təşkil edən məbləği ödəməzdi. Cavabdeh2 aldadıldığı və onunla bağlanmış 28 noyabr 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin bundan əvəl artıq başqa şəxsə (hazırki vəziyyətdə X19) satıldığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli Hökmündə əks olunmuş X16 və X7 ifadələri ilə də təsdiq edilir. Belə ki, X11 bildirmişdir ki, X25 tikinti materialları, sement alqı-satqısı ilə məşğul olmur və kooperativə heç vaxt sement və ya digər tikinti materialı verməmiş, eləcə də, onun kooperativ tərəfindən ("xxxx" MTK) inşa olunmuş binalarda mənzili olmamışdır. Bu da öz növbəsində "xxxx" MTK ilə X25 arasında bağlanmış 12 oktyabr 2013-cü il tarixli, 300/19 saylı müqavilənin, bu müqaviləyə uyğun olaraq "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və X25 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız olmasını hüquqi baxımdan şərtləndirir. Başqa sözlə, "xxxx" MTK ilə Cavabdeh2 arasında 28 noyabr 2016-cı il tarixdə müqavilənin bağlanmasına hüquqi əsas yaratmış "xxxx" MTK ilə X25 arasında bağlanmış 12 oktyabr 2013-cü il tarixli, 300/19 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur. Məhkəmə o halı da nəzərə alır ki, həm İddiaçı (atasına münasibətdə), həm də Cavabdeh2 mənzilin məhz ona təhvil verildiyini bildirir və hər ikisi ilk olaraq mənzildən istifadə və mənzilə sahiblik etməyə başladığını qeyd edir. Lakin nəzərə alınmalıdır ki, X16, habelə Cavabdeh2 mənzildən müddət etibarı ilə X14 əvvəl istifadə və ona sahiblik etməsi qeyri-mümkündür. Digər tərəfdən X26 ilə "xxxx" MTK arasında 23 yanvar 2015-ci il tarixdə bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” Müqaviləyə uyğun olaraq həmin mənzildə işıq, su və qaz sayğaclarının quraşdırılması xərclərini təşkil edən 1.200 manat məbləğində pul X26 tərəfindən ödənilmişdir. Onun vəfatından sonra onun oğlu (vərəsəsi), yəni iddiaçı mənzillə bağlı xərcləri qarşılamağa davam etmişdir. Bu da öz növbəsində daha əvvəl əmələ gəlmiş öhdəliyə uyğun olaraq mübahisəli mənzil məhz X15 istifadə və sahibliyinə verilmiş, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində onun üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Başqa sözlə bu mənzilin X14 əvvəl X16, daha sonra isə Cavabdeh2 istifadə və sahibliyinə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bununla belə, məhkəmə hesab edir ki, müqavilənin müddəti etibarı ilə də "xxxx" MTK-nın həmin mənzilin X19 təhvil verilməsi öhdəliyi daha əvvəl əmələ gəlmişdir. Əmələ gəlmiş müqavilə öhdəliyinə uyğun olaraq da mənzil məhz onun istifadə və sahibliyinə verilmişdir. Bu da öz növbəsində 15 yanvar 2007-ci il tarixli müqavilənin etibarsızlığını istisna etməklə, 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. Məhkəmə X25 və Cavabdeh2 ilə bağlanmış müqavilələrin etibarsızlığı ilə bağı onu da qeyd edir ki, "xxxx"xxxx"xxxx" MTK ayrı-ayrı vətəndaşlarla bağlanmış müqavilələr barədə məlumatı sadə qaydada tərtib edilmiş siyahı şəklində məhkəməyə təqdim edir. Həmin siyahıda da mübahisəli mənzilin (170-cı sıra) X19 məxsus olduğu göstərilmiş, lakin X25 və Cavabdeh2 ümumiyyətlə həmin siyahıya daxil edilməmişdir. Həmçinin, həmin siyahıdan və X19 aid müqavilələrdən bu müqavilələrin sadə formada nömrələndiyi müəyyən edilir. Lakin həm X21, həm də Cavabdeh2 aid müqavilələr fərqli qaydada (300/19) nömrələnmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli Hökmündə əks olunmuş X16 ifadəsində də məhz bu qaydada nömrələnmiş (300/2, 300/4, 300/9, 300/12) müqavilələrdə göstərilən mənzillərin ona məxsus olmadığı, bu mənzilərdən imtina edilməsi barədə məzmunca saxta ərizə yazdığını göstərmişdir. Məhkəmənin qənaətinə görə, bu müqavilələrin fərqli qaydada nömrələnməsi onların real olaraq bağlanmış müqavilədən fərqləndirilməsinin təmin edilməsi məqsədi daşımışdır. Digər tərəfdən "xxxx" MTK ilə Cavabdeh2 arasında müqavilənin 28 noyabr 2016-cı il tarixdə bağlanmasına baxmayaraq, X25 ilə Cavabdeh2 arasında “Mənzilin alqı-satqısına dair ilkin müqavilə” 29 noyabr 2016-cı il tarixdə bağlanmışdır. Halbuki, bu müqavilələr əksinə tarixlə bağlanmalı idi. Başqa sözlə, X25 artıq 28 noyabr 2016-cı il tarixdə Cavabdeh2 satılmış mənzilin, gələcəkdə Cavabdeh2 satılması barədə 29 noyabr 2016-cı il tarixdə üzərinə öhdəlik götürmüşdür. Bununla da, “Mənzilin alqı-satqısına dair ilkin müqavilə”nin hüquqi nəticə etibarı ilə hər hansı əhəmiyyəti qalmamışdır. Məhkəmə Cavabdeh2 dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, 15 yanvar 2007-cı il tarixli müqavilənin X26 tərəfindən, müqaviləyə uyğun verilmiş cədvəl üzrə borcun hissə-hissə ödənilməsinə dair öhdəçiliyin isə ümumiyyətlə imzalanmaması, 31 may 2021-ci il tarixli maliyyə arayışının və "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 28 dekabr 2019-cu il tarixli protokolunun X11 tərəfindən imzalanmaması, 15 yanvar 2007-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. Hər bir halda, qeyd edilən müqavilə "xxxx" MTK-nın müqavilə imzalanan zaman müqavilədə imza etmək səlahiyyətinə malik olan nümayəndəsi tərəfindən imzalanmış və kooperativin möhürü ilə təsdiq edimişdir. Ümumi yığıncağın protokolunun kooperativin sədri tərəfindən deyil, onun nümayəndəsi tərəfindən imzalanması isə bu yığıncağın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Halbuki, kooperativin nümayəndəsi X9 özü də etiraf edir ki, 31 may 2021-ci il tarixli maliyyə arayışı və həmin protokol kooperativin sədri olan X7 əvəzindən onun tərəfindən imzalanmışdır. Araşdırma zamanı da X6 bu məsələdə ona X11 tərəfindən verilmiş etibarnamədə əks olunmuş səlahiyyətlərə uyğun davrandığı və bu şəxsin əvəzindən imza etməyə tam səlahiyyətli olduğu müəyyən edilmişdir. Digər tərəfdən mənzilin dəyərinin hələ 2008-ci il tarixdə X26 tərəfindən ödənilməsini təsdiq edən maliyyə arayışı və kassa mədaxil orderləri mövcuddur. İddiaçı tərəfindən həmin mənzilin dəyəri olaraq hər hansı məbləğdə pul ödənilməmişdir. 28 dekabr 2019-cu il tarixdə kooperativin ümumi yığıncağının keçirilməsi, habelə 31 may 2021-ci il tarixli maliyyə arayışının ona verilməsi, X15 vəfatından sonra mənzilin onun istifadə və sahibliyinə keçməsi ilə bağlı olmuşdur və bu əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin təmin edilməsi məqsədini daşıyır. Həmin maliyyə arayışın olmaması belə mənzilin X19 məxsus olmasını istisna etmir. Məhkəmə cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilənin və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqısatqısına dair ilkin müqavilə”nin etibarsız hesab edilməsi qənaətinə gəlməsi ilə bağlı vurğulayır ki, mənzilin dəyəri bu müqavilələrdə fərqli yazılmış və 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilədə Cavabdeh2 tərəfindən mənzilə görə 110.000 manat məbləğində pulun ödənildiyi, 29 noyabr 2016-cı il tarixli müqavilə üzrə isə onun tərəfindən notariusun depozit hesabına 121.000 manat pulun köçürüldüyü, 28 noyabr 2016-cı il tarixli beh müqaviləsində isə mənzilin qiymətinin 123.000 manat olduğu göstərilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli Hökmünə əsasən digər oxşar hallarla (mənzillərin satılması) bağlı Cavabdeh2 ilə müqavilə bağlamış X11 və X25 bir-birinə zidd ifadələr vermişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə üzrə ödənilmiş pulun tutulması məsələsi müqavilənin etibarsız hesab edilməsi ilə eyni vaxtda həll edilə bilməz və həm bu, həm də vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı ayrıca iddia qaldırmalıdır. Məhkəmə, Cavabdeh2 iş üzrə icraata xitam verilməsi tələbi ilə bağlı qeyd edir ki, bu məsələ iddia üzrə tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, habelə iddiaya qarşı etirazın məzmununu təşkil edən məsələdir. Nəticə etibarı ilə işdə iştirak edən şəxslər tərəfindən qaldırılıb-qaldırılmamasından asılı olmayaraq, məhkəmə tərəfindən həll edilməlidir. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən iş üzrə icraata xitam verilməsi üçün əsas müəyyən etdikdə müşavirə otağında bu barədə qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda, məhkəmə qeyd edir ki, araşdırma zamanı İddiaçı iddiası üzrə icraata xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilməli, cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilə və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə etibarsız hesab edilməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli, 300/19 saylı müqavilə və 29 noyabr 2016-cı il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə” etibarsız hesab edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-547/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-547/2022
11.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver