Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5512/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 15-ə yerləşən fərdi yaşayış evinə (abonent kodu **********01500) xx.xx.2023-cü il tarixli akta və 30 aprel 2023cü il tarixli tələbnaməyə əsasən əsassız hesablanmış 3100 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 15-də yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (Abunə kodu: **********01500) çıxarılmışdır və bu barədə ARDNŞ "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixdə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmişdir. ARDNŞ "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmişdir və aktda sayğacın çıxış plastmas borucunun deşilməsi qeyd edilmişdir. ARDNŞ "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 27 aprel 2023-cü il tarixdə ******* nömrəli "Təbii X2nın pozulması haqqında" akt tərtib edilmişdir. Aktda sayğacın çıxış plastmas borusunun deşilməsi və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. 30 aprel 2023-cü il tarixdə Dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və qaz itkisi 12960 kub metr hesablanmışdır. Qaz itkisinə görə 3100 manat borc hesablanmışdır. Sayğac küçədə yerləşir, tərəflərindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatım olmamışdır aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmiş, onun iştirakı təmin edilməmişdir və qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. Hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir, sayğaca müdaxilə olmadığı halda ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac mənzildən bayırda yerləşirdi və qaz paylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfimdən qeyri-qanuni qazdan istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı Sayğacda və boru xəttində texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Bununlada mənim bir istehlakçı kimi hüquqlarım kobud şəkildə pozulmuşdur. Qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəflərindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Onun sayğacdan qeyriqanuni istifadə etməyimlə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X2nın təsdiq edilməsi haqqında" xx.xx.2011-ci il tarixli qərarına riayət edilməmişdir və cavabdeh tərəfidən həmin qaydalar pozulmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 15-də yerləşən yerləşən fərdi yaşayış evinin bələdiyyədən sənədi var və sənəd yoldaşının adınadır. Lakin müvafiq müqavilə Cavabdeh İB ilə onun arasında bağlanmışdır. Bir dəfə küçədə əməkdaşların aktiv hərəkətlərini görmüş, yoldaşının xəbərdarlığından sonra şübhələnərək, bayıra çıxmışdır. Ona bildirmişlər ki, sayğac dəyişdirilməlidir. Dəyişdirilməli olan sayğacı da, gətirmişdilər. Lakin onlara etirazında göstərmişdir ki, quraşdırılacaq sayğacın növü ona təklif edilməli və vətəndaşın istəyi nəzərə alınmaqla quraşdırılmalıdır. Hətta ona mexaniki sayğac quraşdırılması təklif edilsə də, o sayğacın smart tipli olmasını tələb etmişdir. Əməkdaşların şübhəli davranışlarını gördükdən sonra sayğaca mütəmadi nəzarət etmişdir. 2013-cü ildə Gəncədə xidmətdə olduğu dövlərdə məzuniyyətində Binəqədiyə gələndə əsgərinin evsiz və qalacaq yeri olmadığını öyrənmiş və ona öz evində qalmasını təklif etmiş həm də, evinə nəzarət etməsini tapşırmışdır. Bir gün əsgəri ona zəng edərək, vaxtı Cavabdeh İB-nin əməkdaşları tərəfindən evinə sayğac quraşdırılacağını, təklif edilən qiymətlə razı olub-olmadığını soruşmuşdur. Həmin vaxt buna razı olmuş və sayğac quraşdırılmışdır. Xidmətdən qayıdandan sonra 2016-cı ildə sayğacı öz adına keçirmişdir. Evindən çıxarılan sayğac smart tipli sayğac olmuşdur. Çıxarılmasının səbəbi isə sərfiyyatın silinməməsi kimi göstərilmişdir. Cavabdeh tərəf etirazında bu faktı əməkdaşların aşkar etdiyini idda etsə də, sərfiyyatın silinməməsi barədə özü Cavabdeh İB-nə məlumat vermişdir. Təxminən xx.xx.2023-cü ildə bu məlumatı qarşı tərəfə bildirmiş, əməkdaşlar da, təxminən 1-2 gün sonra yaxınlaşmışlar. Smart tipli sayğaclarda sərfiyyat göstərmir, istifadə etdiyi karta pul yükləyir və yüklədiyi məbləğdə qazdan da, istifadə edə bilir. Aprel ayına kimi təxminən karta 60 manatlıq ödənişlər etmişdir. Sayğacı evindən bayırda yerləşir. Onun sayğacının yerləşdiyi turbada özününkündən sonra 5 ələvə borucuq var ki, həmin borulardanda qonşuların xətti keçir. Turbanın altı isə boşdur. Hər dəfə qonşular tərəfindən turbaya çəkiclə vurulanda, nəisə iş görüləndə baş vermiş amortizasiya nəticəsində onun da, sayğacı titrəşimdən təsir görür. Bu kimi hallara görə sayğacın sıradan çıxması normaldı. Əslində ödədiyi məbləğ əgər silinmə olmurdusa, hesabda qalmalıydı. Lakin ödədiyi məbləğlər hesabından silinmiş və ödəniş qarşılığında da, qazdan istifadə etmişdir. Silinmənin olmadığını gördükdən sonra özünün iddiaçıya müraciəti olmuşdur.Özü ehtiyatda olan polkovnik-leytenantdır. İ Qarabağ müharibəsində özü, İİ Qarabağ müharibəsində isə oğlu iştirak edib. Hər zaman dövlətə xidmət edən bir ailənin guya sayğaca müdaxilə etdiyi barədə cavabdehin etirazı əsassızdır, bunun üçün heç bir əsas da olmamışdır.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, təxminən bu ilin aprel ayının əvvəllərində ərazinin sahə rəisi, yanında bir nəfər şəxslə yaşadığı evə gəldilər və ona sayğacı dəyişmək istədiklərini bildirdilər. Onlarla birlikdə sayğaca baxış keçirtmiş, sayğacın işlədiyini, sərfiyyatı göstərdiyini bildirmiş və bu səbəbdən sayğacı dəyişməyə qoymamışdır. Bundan 2-3 gün sonra sayğaca baxan zaman sayğacda sərfiyyat görsənmədi. Mən dərhal Azəriqaz İB-də işləyən tanışıma zəng edib bu barədə məlumat vermişdir. O,özü sayğacın düzgün işləməməsi barədə Azəriqaz İB-nə məlumat vermişdir. Bundan sonra Azəriqaz İB-nin əməkdaşlarını gələrək qaz sayğacını çıxararaq, əvəzində yeni sayğac qoymuşlar. Həmin günü Binəqədi Qaz İdarəsinə yeni quraşdırılmış sayğaca kart almaq üçün getdikdə, ona yeni kart verdilər və köhnə sayğacın üzərində olan 192 kub metr qazın 1 ay müddətində yeni quraşdırılan qaz sayğacına keçəcəyini bildirdilər. 4 ay sonra Asan Xidmətdə olan zaman Azəriqaz İB-nin əməkdaşları tərəfindən ona 12960 kub metr əsassız borc hesabladıqları barədə məlumat almışdır. Onun qaz sayğacının dövlət yoxlamasına verilməsinə və bu barədə ona akt tərtib edilməsindən xəbəri olmayıb. Eyni zamanda bildirmək istəyir ki, Azəriqaz İB-nin əməkdaşları sayğacı düzgün quraşdırmayıblar. Sayğacı quraşdıran zaman çəkiclə möhkəm vurublar və düzgün qaynaq etməyiblər. Belə olan halda sayğac düzgün işləməməlidir. Bundan başqa Azəriqaz İB-nin əməkdaşları qanunla ildə bir neçə dəfə sayğaca baxış keçirməli və baş vermiş nasazlıqlar barədə istehlakçını məlumatlandırmalıdırlar. Onun üç ailə üzvü var və təbii qazdan istifadəyə görə vaxtı-vaxtında ödənişləri edir.
5. Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixində elektron qaydada iddiaya daxil olmuş və etirazda bildirilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01500 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-4349-1 saylı Akta əsasən “Sayğaca ümumi baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib.Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın gövdəsi üst hissədən korroziyaya uğrayıb. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğac istismara yarasızdır” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. Hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3- cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********01500 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. 443.2ci maddəsinə əsasən “Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir”. 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. 1091.1-ci maddəsinə əsasən “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar:
6. Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 15-də ünvanında İtron/Smart tipli, G-4 markalı, 1202AQ**********19 saylı sayğac yeni sayğazla əvəz edilmiş, yerinə İtron tipli, G-4 markalı, **********291 saylı sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi “sərfiyyatı silmir” kimi qeyd edilmişdir. Qidalanma mənbəyi kimi küçə xətti göstərilmişdir.
7. Təbii X2nın pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 15-də ünvanında yerləşən abonent kodu **********01500 olan sayğaca ümumi baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilməklə, dəymiş ziyanın hesablanmalı olması göstərilmişdir.
8. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli №MSK14-2-2/3-5-4349- 1 №-li aktına əsasən 1202AQ**********9 №-li sayğaca baxış keçirilmiş, Sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd etmədiyi, sayğacın gövdəsinin 3 hissədən korreziyaya uğradığı, qeyka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu və sayğacın istismara yararsız olduğu göstərilmiş və qüsurun nəticəsi olaraq “qaz itkisi müdaxilə” qeydi aparılmışdır .
9. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı kimi İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 15-də ünvanında yerləşən və abonent kodu **********01500 olan sayğacda aşkar edilmiş nöqsan kimi Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4349-1 №-li aktına əsasən G-4 markalı 1202AQ**********9 №-li sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmiş və nəticədə 30 aprel 2023-cü il tarixli ******* saylı akta əsaslanmaqla dəymiş ziyan 12960 kub.m məbləğində hesablanmışdır.
10. Abonentin saldosundan görünür ki, İddiaçı məxsus abonent kodu **********01500 olan sayğacda 2023-cü ilin aprel ayı üçün 3110,40 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, Korpus 15-də ünvanında yerləşən fərdi yaşayış evində qazdan istifadə ilə bağlı Cavabdeh ilə İddiaçı arasında müqavilə münasibətləri vardır. İstehlakçının müraciətindən sonra xx.xx.2023-cü il tarixində İtron/Smart tipli, G-4 markalı, 1202AQ**********19 saylı sayğac çıxarılmış və yerinə İtron tipli, G-4 markalı, **********291 saylı sayğac quraşdırılmışdır. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli AKT tərtib edilmiş və həmin istehlakçı tərəfindən də imzalanmışdır. Çıxarılan sayğacın qüsurlarının müəyyən edilməsi məqsədilə laboratoriya yoxlanması keçirilmiş və X1 Metrologiya Departamenti tərəfindən 25 aprel 2023-cü il tarixdə dövlət yoxlaması keçirimişdir. Bu barədə xx.xx.2023-cü il tarixli №MSK14-2-2/3-5-4349-1 №-li akt tərtib edilmiş və akt-da qeyd edilmişdir ki, 1202AQ**********9 №-li sayğacın çıxış plastmas borsunun deşildiyi, sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd etmədiyi, sayğacın gövdəsinin 3 hissədən korreziyaya uğradığı, qeyka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu və sayğacın istismara yararsız olduğu və sayğaca qaz itkisi ilə nəticələn müdaxilə olduğu qeyd edilmişdir.
12. Həmin yoxlamanın nəticəsinin əsasında Azəriqaz tərəfindən təbii X2nın pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli AKT tərtib edilmişdir. AKT-da qeyd edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşildiyindən, dəymiş ziyan hesablansın. Bundan sonra tarixi səhv yazılan ******* nömrəli akt-a əsaslanaraq Azəriqaz tərəfindən 30 aprel 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə hazırlanmışdır. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 kub.metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 12960 kub.metr olduğu qiymətləndirilmişdir. Nəticədə abonentin hesabına 2023-cü ilin aprel ayında 3110 manat borc yazılmışdır.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia edir ki, qaz sayğacı quraşdırıldığı vaxtdan qarşı tərəfin əməkdaşlarının sayğacın dəyişdirilməsi təklifi ilə ona yaxınlaşdıqları vaxta kimi normal işləmişdir. Həmin hadisədən 2-3 gün sonra sayğacda qazdan istifadə edilməsi üçün karta ödədiyi məbləğin silinmədiyini görmüş və iddiaçı tərəfin əməkdaşlarına məlumat verdikdən sonra əvvəlki smart tipli sayğac dəyişdirilmiş və ona yenidən smart tipli sayğac quraşdırılmışdır. Bundan sonra məlum olmuşdur ki, ona sayğac yoxlanması nəticəsində 3110 manat borc hesablanmışdır. Halbuki, bu günə qədər mütəmadi olaraq kartla ödəniş etmiş və ödənişə görə qazdan istifadə edə bilmişdir.
14. Cavabdeh isə iddia tələbini qəbul etməyərək etirazının dəlilərində sayğacın laboratoriyada yoxlanıldığını, sayğacın istismara yarasız olmasının aşkar edildiyini, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağının ola bilməyəcəyini iddia etməklə, iddianı qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
16. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
17. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
18. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
21. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
23. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
24. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
25. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
26. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
27. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
28. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
29. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
30. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
31. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
32. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
33. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh vurulmuş zərərin həcmi qismində 3100 manat məbləğində vəsaiti abonentdən tələb etməsi qanunsuz və əsassız olmuşdur.
34. Belə ki, əvvəla sayğaca müdaxilə faktı öz təsdiqini tapmır. Çünki sayğac çıxarılan zaman tərtib edilən AKT-da sonradan laboratoriya yoxlanışı zamanı müəyyən edilən və hansı ki, vizual baxış nəticəsində aşkar edilməsi mümkün olan nöqsanlar barədə hər hansı qeyd olmamışdır. Eyni zamanda sayğacın dəyişdirilməsi texniki baxışın və müayinənin nəticəsində yox, vətəndaşın müraciəti əsasında olmuşdur. Bundan əlavə təbii X2nın pozulması haqqında 27 aprel 2023-cü il tarixli, ******* nömrəli AKT-ın istehlakçıya təqdim edilməsi və ya istehlakçının AKT-ı imzalamaqdan imtina etməsi də qeyri-müəyyəndir. Hansı ki, yuxarıda qeyd edilən qaydaların 6.5-ci maddəsinə əsasən qaz paylayıcı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
35. Lakin qaz paylayıcı tərəfindən tələb olunan heç bir şərtə əməl edilməmişdir.
36. Bundan başqa yuxarıda qeyd edilən qaydalara görə sayğaca müdaxilə halında itirilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı hesablanmalı olduğu halda qaz paylayıcı tərəfindən sutkanın 24 saatına münasibətdə hesablama aparılmışdır.
37. Bununla yanaşı abonentin saldosundan müəyyən edilir ki, abonent tərəfindən 2023-cü ilin yanvar ayında 40 manat, fevral ayında 20 manat, mart ayında 11 manat ödənişlər edilmişdir və sayğacın sərfiyyatı silmədiyinə əsaslanan qaz paylayıcı smart sayğaca yükənən həmin vəsaitlərin aqibətini də həll etməmişdir. Yəni qaz paylayıcı əgər sayğacın sərfiyyatı silmədiyini və bunun ən az 3 ay davam etdiyini iddia edirsə, o zaman abonentin smart sayğaca yüklədiyi vəsait istifadə edilməmiş halda abonentin hesabında qalmalı idi. Lakin bu hal da öz təsdiqini tapmır.
38. Bununla yanaşı tədqiq edilən abonentin saldosu o qənaətə gəlməyə əsas verir ki, istehlakçının qazdan istifadəsi nəticəsində əsassız varlanma və hər hansı hüquqdan sui istifadə halı da yoxdur. Belə ki, həm sayğacın düzgün işləməməsi barədə istehlakçı özü məlumat vermiş, həm də əvvəlki dövr üçün sərfiyyatda fərq yoxdur.
39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə hesablanmış 3100 manat məbləğində borc məbləği əsassız olduğundan silinməlidir. Tətbiq edilən prosessual normalar
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
43. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
44. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
46. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
47. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
49. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 3100 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********01500) silinməli və istehlakçının ödəməkdən azad olduğu 51 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 3100(üç min yüz) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********01500) silinsin. Cavabdehndən 51 (əlli bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev