Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5520/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, 11 aprel 1984-cü il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 11 aprel 1984-cü il təvəllüdlü X8 uşaqlıqdan xəstədir. Belə ki, o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. O, Binəqədi rayonu 9 saylı şəhər Poliklinikasında qeydiyyata götürülmüş, ona “mərkəzi sinir sisteminin üzvi xəstəliyinin nəticəsində şəxsiyyət pozuntusu, intellekt enməsi və psixi pozuntuları, dərin ağıl zəifliyi” diaqnozu qoyulmuşdur. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İ qrup əlillik dərəcəsi verilmiş və o, əmək qabiliyyətsizdir. Uzunmüddətli müalicələrdə olsa da yaxşılaşma halı baş verməmişdir. Azərbaycan Respublikası Dövlət X9 Binəqədi rayon şöbəsi tərəfindən ona əlillik vəsiqəsi verilmişdir. Qeyd olunmalıdır ki, o, orta məktəbə getməmiş, oxuma-yazma qabiliyyəti olmamış, nitqi inkişaf etməmiş, hərbi xidmətə də aparılmamışdır. Göründüyü kimi, X8 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur, öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanında malik deyildir. O, oğluna qəyyum təyin edilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi gələcəkdə onun hüquqularının həyata keçirilməsi üçün vacibdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 14859222 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 11 aprel 1984-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 1A, mənzil 98-dir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 362504 nömrəli arayışından və müayinə aktından çıxarışdan görünür ki, X8 birinci qrup əlil olmaqla, kənar şəxsin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X2 Forma 027/U-dan görünür ki, X7 baş-beyin üzvi xəstəliyinin nəticəsində şəxsiyyət pozuntusu, intellekt enməsi və psixi pozuntular aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 20 avqust 2021-ci il tarixli, 1876 saylı rəyindən görünür ki, X1 ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu yaddaş və intellektin enməsi ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixitarik müayinənin nəticələri - uşaqlıqdan qıcolma tutmalarının və nevroloji əlamətlərinin qeyd olunması, xəstəliyi ilə əlaqədar təhsil ala bilməməsi, X5, 2 saylı X3 müalicə olunması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər, ünsiyyətə çətin daxil olması, ünsiyyət məsafəsi gözləməməsi, təfəkkürünün azproduktivliyi və torpidliyi, koqnitiv imkanların aşağı olması, əhval- ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, affektiv-eksploziv reaksiyalara meylliyi, davranışı üzərində nəzarətin zəifləməsi, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektinin enməsi, tənqidinin olmaması və s. sübut edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X8 hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X6 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 11 aprel 1984-cü il tarixdə Oğuz rayonunda doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 aprel 1984-cü il tarixdə Oğuz rayonunda doğulmuş və ünvan 2 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5520/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5520/2021
05.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver