Məhkəmə qərarları › İş №2(001)-5552/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5552/2022

26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5552/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən ona aid JN-202 kod 60814028 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 kimi göstərilmiş qeydin ona məxsus olması və həmin Dövlət Aktının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,65 ha torpaq sahəsinin verilməsi barədə JN-202 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X9, X4, X10 və X7 3,65 ha torpaq sahəsi ayrılmış və onlara bu halı təsdiq JN-202 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Həmin sənəddə göstərilən X5 həqiqətdə Ərizəçi olmasına istinadən bu səhvin düzəldilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin həmin qurum belə bir süzəlişin edilməsinin onların səlahiyyətlərinə aid olmamasını bildirməklə düzəlişin edilməsindən imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə edilmişdir. Bu səbəbdən ərizəçi hazırda ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən dövlət aktının həmçinin, ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Mehrablı kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən yerli aqrar islahat komissiyasının səhvi nəticəsində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Mehrablı kəndində pay torpağı olan Ərizəçi səhvən X2 göstərilmişdir, bu şəxslər eyni şəxsdir. Həmin qurumun xx.xx.2022-ci il tarixli arayışına əsasən JN-202 nömrəli, 60814028 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən X9 və onun ailə üzvlərinə ayrılmış 3,65 ha torpaq sahəsi onların istifadəsindədir. X13 xx.xx.1990-cı il tarixdə X11 ilə nikaha daxil olmuş, bundan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. Onların birgə nikahından xx.xx.1992-ci il tarixdə X14 və xx.xx.1994-cü il tarixdə Ərizəçi doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,65 ha torpaq sahəsi X9 və onun ailə üzvlərinə, o cümlədən Ərizəçi ayrılmış, lakin bu halı təsdiq edən JN-202 nömrəli, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən şəxsin soyadı ilə ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddəki soyadı düz gəlmir, yəni üst-üstə düşmür. Belə ki, Ərizəçi olduğu halda, həmin sənəddə onun soyadı Abbasov kimi göstərilmiş və buna uyğun olaraq onun X8 oğlu olduğu qeyd edilmişdir. Bu sənəd hüquq müəyyənedici sənəddir və onun ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi həmin sənəd əsasında ayrılmış torpaq sahəsi ilə bağlı bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Aidiyyəti orqan həmin sənəddə olan səhvin aradan qaldırılmasının onun səlahiyyətlərinə aid olmadığını bildirmiş və bu əsasla səhvin düzəldilməsindən və yeni sənədin verilməsindən imtina etmişdir. Nəticə etibarı ilə ərizəçi pay torpağına sahib olması faktınıı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bununla belə, JN-202 nömrəli, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən X12 adlı şəxsin reallıqda mövcud olması, həmin akta əsasən ayrılmış 3,65 ha torpaq sahəsinin X6 və onun ailə üzvlərindən, o cümlədən Ərizəçidan başqa hər hansı digər şəxslərin istifadə və sahibliyində olması, habelə X8 X12 adlı oğlunun olması müəyyən edilməmişdir. Nəticə etibarı ilə ərizəçinin soyadının sonuncu hərfi yazılmamış və məhz bu səbəbdən o, X8 qızı kimi deyil, oğlu kimi qeyd edilmişdir. Bu da öz növbəsində həmin sənəddə qeyd edilən X5 Ərizəçi ilə eyni şəxs olmasını və həmin sənədin məhz ərizəçiyə məxsus olmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları, habelə soy adda yol verilmiş hərif səhvinə görə sənəddə uyğunsuzluğun yarandığını nəzərə alıb, obyektiv həqiqət prinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,65 ha torpaq sahəsinin verilməsi barədə JN-202 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçi, xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,65 ha torpaq sahəsinin verilməsi barədə JN-202 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçi, xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar