Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5589/2023 01.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ №0898463 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanındakı fərdi yaşayış evinə Cavabdeh adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3232/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı, 4Ə-1275 reyestr nömrəli Alqı-satqı Müqaviləsi ilə əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq Çıxarış verilmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin, iddia tələbləri üzrə cavabdeh İddiaçı və onunla bağlı olan üçüncü şəxslərin qanunsuz sahibliyindən geri alınması, evin cavabdehə məxsus əşyalardan boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən 1050 (bir min əlli) manat məbləğində dəbbə pulunun və 130.5 (yüz otuz manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Kərimov X1 Məlahət Şirəli qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı Cavabdeh ona qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin onun qanunsuz sahibliyindən geri alınması, həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh təhvil verilməsi və ondan 1050 manat dəbbə pulunun və 130,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə ilkin iddiasının təmin edilməməsi, 14 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə 4Ə-1275 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanındakı fərdi yaşayış evinə Cavabdeh adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3232/2022 saylı qətnaməsi ilə İlk iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə Cavabdeh əldə etdiyi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq Çıxarış verilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh İddiaçı qanunsuz sahibliyindən geri alınması və həmin evin cavabdehə məxsus əşyalardan boşaldılaraq Cavabdeh təhvil verilməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə Abşeron Rayon Məhkəməsində baxılan zaman İddiaçı həmin iddia tələbinə qarşılıqlı olaraq hazırki iddia ərizəsində irəli sürdüyü tələblə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Görünüdüyü kimi hal-hazırki mübahisə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3232/2022 saylı qətnaməsində həll edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz) onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5589/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5589/2023
01.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver