Məhkəmə qərarları › İş №2(001)-5592/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5592/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5592/2023 06.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 30800118, JN-1474B nömrəli şəhadətnamədə mülkiyyətçilər kimi göstərilmiş Həsənov X6 oğlu, Ərizəçi2- Ərizəçi2, Həsənova X4 qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 40-201 saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 403, B-403 saylı bağ sahəsi tərəflərindən satın alınmışdır. Həmin bağ sahəsinin mülkiyyətçilərə düşən hissəsi şifahi olaraq Ərizəçi1 bağışlanmışdır. Ərizəçi1 torpaq sahəsinə dair çıxarış almaq üçün Maraqlı şəxs 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Maraqlı şəxs 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-31/2- 1225/2023 saylı bildirişdə qeyd edilmişdir ki, JN-1474B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də mülkiyyətçilərdən X11, Ərizəçi2 və X5 ata adları qeyd edilməmişdir. Həmin Şəhadətnaməyə əsasən mülkiyyətçilərdən biri Ərizəçi2dır. Hazıkı ərizəçilərdən biridir. Həmin Şəhadətnaməyə əsasən mülkiyyətçilərdən biri olan X1 Xanım Layca qızının həyat yoldaşı, Ərizəçi1 və X3 atasıdır. Həmin şəxs vəfat etmişdir. Həmin Şəhadətnaməyə əsasən mülkiyyətçilərdən biri olan X2 Rəşid Hüseyn oğlunun bacısı, Ərizəçi1 və X3 bibisidir. Həmin şəxs vəfat etmişdir. Yuxarıda qeyd edilən şəxslərin (X11, Ərizəçi2 və X9) ata adlarının göstərilməməsi həmin sənəd əsasında başqa bir əməliyyat aparılmasını mümkünsüz edir. Bununla bağlı mülkiyyətçilərdən biri Ərizəçi1 tərəfindən maraqlı şəxs inzibati orqana müraciət olunsa da inzibati orqan mülkiyyət sənədində mülkiyyətçilərdən üçünün ata adlarının qeyd edilmədiyini göstərərək, məhkəməyə müraciət etməli olduğumuzu bildirmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin məhkəmə icraatı mümkün deyildir və ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Ərizənin məhkəmə icraatı ona görə mümkün deyildir ki, şəxslər torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişdir. Halbuki “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizəçinin tələbinin hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməz olduğundan icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinəəsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə ödənilmiş dövlət rüsumunu geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçilərə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar