Məhkəmə qərarları › İş №2(001)-560/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-560/2022

26.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-560/2022 26.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətinə açılan pəncərənin qanunsuz tikili hesab edilməklə bağlanmasına dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən 170-ci korpusda yerləşən 0,012 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin arxa tərəfinə keçən hissəsində yaradılmış manelərin aradan qaldırılmasına və arxa tərəfə keçid hissəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yolun açılmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətinə açılan pəncərənin qanunsuz tikili hesab edilməklə bağlanmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən 170-ci korpusda yerləşən 0,012 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin arxa tərəfinə keçən hissəsində yaradılmış manelərin aradan qaldırılmasına və arxa tərəfə keçid hissəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yolun açılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən korpus 168, 9A saylı evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2013-cü il tarixdə həmin evin yanında bacısı X1 məxsus olan 120 m2 torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli evi o, etibarnamə əsasında 39000 manata Cavabdeh satmış və həmin evə aid texniki pasportu Cavabdeh təqdim etmişdir. Bundan sonra Cavabdeh evinin arxa hissəsinə, yəni, onun həyətinə tərəf pəncərə açmış və buna görə də aralarında mübahisələr başlamışdır. Cavabdehin açdığı pəncərə onun həyətindən rahat istifadə etməsinə maneçilik törətdiyindən o, bir neçə dəfə cavabdehdən həmin pəncərənin bağlanmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda Cavabdeh yaşadığı evi sataraq başqa ünvana köçmüşdür. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə, ilk iddia ərizəsinin təmin edilərək ünvan 1 ünvanda yerləşən evin həyətinə Cavabdeh tərəfindən açılmış pəncərənin qanunsuz tikinti hesab edilərək Cavabdeh tərəfindən bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh İddiaçı ona torpaq, ev satmamışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən 17-ci korpusda 0,012 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1367 saylı qərarı əsasında ona ayrılmışdır. O, qeyd olunan torpaq sahəsində 2013-cü il tarixdə iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. İnşa etdiyi satmamış, aldığı yeni evə köçmüşdür. 2020-ci ilin iyun ayında onun evdə olmamasından istifadə edən cavabdeh İddiaçı tərəfindən inşa edilmiş hasar və qanunsuz tikili nəticəsində onun evinin arxa hissəsinə keçən hissə bağlanmışdır. Bu isə ona məxsus olan 0,012 ha torpaq sahəsindən istifadə etməsinə maneəçilik törətməklə onu qanunla müəyyən olunmuş sahiblik hüququndan mərhum etmişdir. Cavabdehin qanunsuz hərəkəti nəicəsində o, evinin arxa hissəsinə keçə bilmir. Eyni zamanda cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikinin hündürlüyü nəticəsində onun evinə təbii gün işığı düşmür. Dəfələrlə evin arxa hissəsinə gedən yolda inşa etdiyi hasarıları sökməsini və gediş gəlişin bərpa edilməsini tələb etsə də, İddiaçı həmin ərazinin ona məxsus olmasını və boşaltmayacağını bildirmişdir. Cavabdeh İddiaçı tərəfindən ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən 170-ci korpus ünvanında yerləşən 0,012 ha torpaq sahəsindən, üzərində inşa edilmiş fərdi yaşayış evinin arxa hissəsinə keçən hissəsində inşa edilmiş tikilinin başqa qaydada sökdürülməsi və maneələrin aradan qaldırılması məhkəmədən kənar mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Cavabadeh İddiaçı torpağa və evə dair hər hansı bir sübutu olmadığından ondan inşa etdiyi pəncərənin özbaşına tikili elan etməklə bağlanmasını tələb etməyə subyektiv hüququ yoxdur. Ona görə də, ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı tərəfindən ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən 170-ci korpusda yerləşən 0,012 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin arxa tərəfinə keçən hissəsində yaradılmış manelərin aradan qaldırılmasına və arxa tərəfə keçid hissəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yolun açılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.3.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənini 240.1.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənini 240.3.-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənini 180.4.-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 618 saylı ev dəftərinin surətindən müəyyən olunur ki, İddiaçı 2-ci Mədən, korpus 168, 9A saylı evdə qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1367 saylı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərarının surətindən müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 120 m2 torpaq sahəsi fərdi yaşayış evinn tikintisi üçün Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2886 saylı rəyindən müəyyən olunur ki, mülki iş materiallarında iddiaçı və cavabdehin istifadələrində olan torpaq sahələri və fərdi yaşayış evlərinə dair hər hansı hüquqmüəyyənedici və texniki sənədlərin olmadığı və baxış zamanı təqdim edilməməsi səbəbindən Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən korpus 168 ünvanında yerləşən 9A saylı evin İddiaçı yaşadığı evə tərəf istiqamətdə açılan pəncərəsinin tikinti norma və qaydalarına uyğun inşa edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən korpus 168 ünvanında yerləşən 9A saylı evin, X2 yaşadığı evə tərəf istiqamətdə açılan pəncərənin məhkəmə tərəfindən təqdim edilmiş layihəyə uyğun inşa edildiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iddiaçı və cavabdehin yaşadıqları fərdi yaşayış evilərinin arasında qalan torpaq sahəsinə girişin qapı vasitəsilə yalnız İddiaçı istifadəsində olan torpaq sahəsindən olduğu, Cavabdeh yaşadığı evin mətbəxinin pəncərəsinin həmin sahəyə açıldığı, iki fərdi yaşayış evinin arasında qalan torpaq sahəsinin ortadan, Cavabdeh yaşadığı evin mətbəxinin pəncərəsinə yaxın hissədən, İddiaçı tərəfindən iki hissəyə bölünərək bir qat mişar daşı ilə hörüldüyü müəyyən edilmiş, lakin faktiki olaraq həmin tikilidən hansı məqsədlə istifadə edilməsi hüquqi xarakter daşıdığı və xüsusi bilik tələb etmədiyi üçün məhkəmə tərəfindən qiymət verilə bilər. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 908 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazidə yerləşsə də, bəldəiyyə xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün dövlət mülkiyyətinə aiddir. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 908 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazidə yerləşsə də, bələdiyyə xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq edimədiyi üçün dövlət mülkiyyətinə aiddir. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh inşa etdiyi tikilinin arxa hissəsində yerləşən tikili yaşayış evi kimi inşa edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1367 saylı qərarına dair ilkin torpaqayırma sxemi olmadığından İddiaçı tərəfindən Cavabdeh inşa etdiyi tikilinin arxa hissəsində inşa edilən tikililərin həmin qərarı ilə ayrılan torpaq sahəsində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(001)-1964/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı faktiki istifadəsində olan torpaq sahələrinin sərhədində, Cavabdeh məxsus fərdi yaşayış evinin pəncərəsi qarşısında inşa edilmiş hündürlüyü 2 metr 80 santimetr olan daş hasarın 60 santimetr hissəsinin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.) İmperativ xarakterli normaların məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, hər iki tərəf dövlət mülkiyyətində olan torpaq sahəsində öz başına inşa edilən, inşa edildikdən sonra da, torpağa və inşa edilmiş tikililərə dair hüquqları qeydə alınmayan fərdi yaşayış evləri və torpaq sahəsi ilə bağlı pozulmasını güman etdikləri hüquqlarının müdafiəsi ilə bağlı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1367 saylı qərarına dair ilkin torpaqayırma sxemi olmadığından İddiaçı tərəfindən Cavabdeh inşa etdiyi tikilinin arxa hissəsində inşa edilən tikililərin həmin qərara əsasən ayrılan torpaq sahəsində yerləşibyerləşmədiyini müəyyən etmək mümkün deyildir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin hər birinin faktiki istifadə etdikləri torpaq sahələrinə, həmin torpaq sahələrində inşa edilmiş tikililərə dair hüquqları yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından tərəflərin bir-birinə qarşı həmin torpaq sahəsinə və tikililərə dair iddialar irəli sürməyə subyektiv hüquqları yoxdur. Ona görə də ilk və qarşılıqlı iddia ərizələri təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyi üçün iddia ərizələri üzrə ödənilən dövlət rüsumları iddiaçıların özlərinə, iş üzrə mütəxəssis rəyi ilə bağlı dövlət rüsumu İddiaçı tərəfindən ödənildiyindən, ekspertiza tədqiqatın dəyəri Cavabdeh aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən evin həyətinə açılan pəncərənin qanunsuz tikili hesab edilməklə bağlanmasına dair ilk iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən 170-ci korpusda yerləşən 0,012 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin arxa tərəfinə keçən hissəsində yaradılmış manelərin aradan qaldırılmasına və arxa tərəfə keçid hissəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək yolun açılmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar