Məhkəmə qərarları › İş №2(001)-561/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-561/2025

28.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-561/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayənədsi Zumrud Alıevanın iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “X1 X3 Şəxsi mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi hüquqlarının bərpa edilməsi, hesablanmış 2147 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, özü Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi Birliyin TTİ ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Lakin ünvan 2vanında qeydiyyatdadır. Binəqədi rayon X2 tərəfindən 31 yanvar 2024-cü il tarixində ******* nömrəli akt tərtib edilmiş və akta əsasən mənzilin qaz sayğacına baxış keçirilməsi, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə üçün istifadə edilməsinin aşkar edilməsi və buna görə də 2147 manat borc hesablanmışdır. Akt tərtib edilmiş və dəymiş ziyan məbləği 2147 manat göstərilmişdir. Əlavə olaraq bildirir ki, həmin ünvanda ay ərzində demək olar ki, çox yaşamır. Abonentin saldosundan da, görmək olur ki, hər ay üçün qazdan istifadə limiti və sərfiyyatı qeyd olunur. Bu səbəbdən ona qarşı tərtib olunmuş akt əsassız və qanunsuzdur. Belə ki, saldodan görünür ki, ortalama həmin sərfiyyatdan istifadə etməmişdir. Bundan əlavə sözügedən mexaniki qaz sayğacı çöldə yerləşir. Akt tərtib olunan zaman isə nə o, nə özü prosesdə iştirak etməmişdir. Hazırda 4 aya yaxındır ki, həmin evdə qazdan istifadə olunmur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, qış aylarında sadəcə səhv etmirsə iki dəfə, yanına gəlmiş uşaqları heyvan dərisinin ütülməsi üçün qaz xəttinə qoşulmuşlar. Cavabdehin iddia etdiyi kimi, tərəfindən 7 ay ərzində qanunsuz qoşulma halının olması həqiqəti əks etdirmir. 7 ay ərzində qanunsuz qoşulma olmuş olsaydı, mütəxəssislər tərəfindən yoxlanılma zamanı bu hallar müəyyən edilərdi. 2024-cü ildə cəmi 100 manat qaz işlədib. Sayğacı xarab olduğundan, kirov qəsəbəsindən adam çağırıb sayğacını dəyişdirmişlər. Hətta dəyişən adam əlində olan sayğacların sovetski adlanan ərazidəki evlərdən çıxarıldığını, üstündə 300-400 manat borc ola biləcəyini bildirmişdir. O isə sayğacının kartla olmasını istəmişdir ki, istifadə edəcəyi qədər ödəniş edib, istifadə etsin. Ona göstərilən üç evin biri onlara aiddi. Son olaraq, qapıya polis gəlib, borcu tələb edib.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, tərtib edilən aktlardan məlumatı olmamışdır. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi 11134,58 manat borcumun Cavabdeh İB tərəfindən silindiyini bildirmişdir. Lakin Cavabdeh İB-nin bildiriş-xəbərdarlığından görünür ki, onun 13195.30 manat borcu vardır. Özü evdə tək yaşayır və sayğac dəyişdiriləndən sonra, yəni 10 ay müddətində cəmi 10 manat məbləğində təbii qazdan istifadə etmişdir. Tək qadın olduğundan adətən rayonda qardaşının evində yaşayır. Sayğac xarab olduğundan 1-2 dəfə təbii qazdan sayğacdan kənar istifadə etmişlər. Onun qonşusu nəvəsinə elçi düşmüşdür. Nəvəsini həmin qonşuya vermədiklərindən qonşusu acığa düşərək 1-2 dəfə təbii qazdan sayğacdan kənar istifadə etmələri barədə Cavabdeh İB-yə məlumat vermişdir. Lakin özü sayğaca müdaxilə etməmişdir. Qaz sayğacı çox yuxarıda yerləşdiyindən sayğaca istəsə belə müdaxilə edə bilməz. Bundan başqa özü yaşlı qadındır. Yaxın vaxtlarda rayona qardaşının yanına gedəcək. Cavabdehin nümayəndəsi tərəfindən iş materialarına əlavə edilmiş fotoşəkillərdəki evdən yalnız biri onun evinə məxsus fotoşəkildir. Digər fotoşəkildəki ev ona məxsus deyildir. Qonşunun sayğacı ilə öz sayğacının arası təxminən 1-2 metrdir. Əvvəlki sayğac kartla idi. Bu ilin aprel ayının sonunda sayğac mexaniki sayğacla əvəz edilmişdir. Yoldaşı 8 ildir ki, vəfat etmişdir və həmin vaxtdan evdə tək yaşayır. Ev 4 otaqlıdır, evdə kombi yoxdur. Evi qaz peçi ilə qızdırır, yatanda isə söndürür. Kənar xətlə bağlı ona məlumat verən olmamışdır. Evdə sadəcə çay qaynadır və yemək pişirir. Qaz peçini də daimi istifadə etmir. Göstərilən məbləğdə sərfiyat mümkün deyildir. İl ərzində maksimum 70-100 manat aralığında qaz istifadə edir. Evdə qaz peçi, 4 gözlü qaz plitəsi və su qızdırıcısıdır. Sayğacı xarab olmuşdu, qaz buraxırdı. Dedilər ki, belə işlət. 10 ay ərzində 70 manat məbləğində pul ödəmişdir. Qar yağan zaman 2 ay üçün 30 manat məbləğində ödəniş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, abonentin saldosundan görünür ki, iddiaçı illər ərzində qaz xəttinə qanunsuz qoşulmaqla, qazdan istifadə etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə, qanunsuz qoşulma xəttinin ləğv edilməsinə baxmayaraq, iddiaçı tərəfindən dərhal sonradan qoşulma halı həyata keçirilmişdir. Vətəndaşın borcu 2147 manatdan çoxdur. 842 manat məbləğində vəsait gasrepdə var, lakin borc kimi iddiaçıdan tələb edilməyib.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, tərtib edilmiş aktlar üzrə hesablanan borc məbləğində yanlışlıq yoxdur. İddiaçı özü də, keçən məhkəmə iclasında qazdan sayğacdan kənar istifadə etdiyini etiraf etsə də, borc məbləği ilə razılaşmır. Evdə sonuncu dəfə sayğac xx.xx.2024-cü il tarixində qoyulmuşdur və mexaniki sayğacdır. Hazırda hesablanmış borc məbləğinin düzgünlüyünün dəqiqləşdirilməsi üçün ekspetizanın keçirilməsi zərurəti yaranmışdır. İddiaçının 11134,58 manat borcu Cavabdeh İB tərəfindən silinmişdir. İddiaçının borcu 2023-cü ilin oktyabr ayından yaranan borcdur. Bundan başqa iddiaçının həmçinin 8,64 manat debitor borcu vardır.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində tələb irəli sürməyən üçüncü şəxs X1 X3 Şəxsinin mütəxəssisi izahatında bildirmişdir ki, iş üzrə təqdim olunmuş mütəxəsis rəyində dəqiq hesablamalar aparılmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

8. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 17-026643 nömrəli sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

9. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

10. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 7020 kub.m hesablanmışdır.

11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

12. xx.xx.2023-cü il tarixli ******* aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

13. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 1260 kub.m hesablanmışdır.

14. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04106669 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

15. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

16. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 2052 kub.m hesablanmışdır.

17. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

18. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

19. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 3492 kub.m hesablanmışdır.

20. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 saylı sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, təbi qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə faktı aşkar edilmişdir.

21. xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

22. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 3132 kub.m hesablanmışdır.

23. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

24. xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

25. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 3132 kub.m hesablanmışdır.

26. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

27. xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

28. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 3132 kub.m hesablanmışdır.

29. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında G-4 markalı, 1702AZ**********43 nömrəli sayğacdan qeyriqanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir.

30. xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.

31. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 1656 kub.m hesablanmışdır.

32. Cavabdeh İB tərəfindən istehlakçıya ünvanlanan xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, istehlakçıya 13195,30 manat borc hesablanmış, 11034,58 manat son ödənilən məbləğ kimi borcdan çıxılmışdır.

33. Cavabdeh İB tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında xx.xx.2024-cü il tarixində GCZ-G- 4 Diafraqma tipli, GCZ0158198 nömrəli sayğac quraşdırılmışdır. Ünvanda 4 gözlü qaz pilitələri (PQ-4) (1/1), qızdırıcı radiator peçi 1(1) var.

34. X1 X3 Şəxsinin vətəndaş müraciətinin araşdırılmasına dair 3-15-2-1/3-3- 403/2025 saylı aktdan görünür ki, İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən ünvanında 1 ədəd PQ-4 məişət tipli, 1 ədəd radiator sobası, 1 ədəd QSQ qaz qurğuları qaz xəttinə qoşulub.

35. X1 X3 Şəxsinin mütəxəssisi tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəydə göstərilir: xx.xx.2023-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m³ x 12 saat x 31 gün = 446.4 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 31 gün = 558 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi - 446.4 + 558 = 1004.4 m³, xx.xx.2023-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m² x 12 saat x 30 gün = 432 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 30 gün = 540 m³, Radiator soba-0.8 x 12 saat x 15 gün = 144 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 432 + 540 + 144 = 1116 m³, xx.xx.2023cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m³ x 12 saat x 30 gün = 432 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 30 gün = 540 m³; Radiator soba-0.8 x 12 saat x 30 gün = 288 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 432 + 540 + 288 = 1260 m³, xx.xx.2024-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün 1,2 m³ x 12 saat x 31 gün = 446.4 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 31 gün = 558 m³ ; Radiator soba -0.8 x 12 saat x 31 gün = 297.6 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 446.4+558+297.6 = 1302 m³,xx.xx.2024-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m³ x 12 saat x 29 gün = 417.6 m²; QSQ üçün - 1,5 m³ x 12 saat x 29 gün = 522 m³; Radiator soba-0.8 x 12 saat x 29 gün = 278.4 m²; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 417.6 + 522 + 278.4 = 1218 m³, xx.xx.2024-cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m³ x 12 saat x 29 gün = 417.6 m³; QSQ üçün - 1,5 m³ x 12 saat x 29 gün = 522 m³; Radiator soba - 0.8 x 12 saat x 29 gün = 278.4 m²; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 417.6 + 522 + 278.4 = 1218 m³, xx.xx.2024 – cü il tarixli akt üzrə PQ-4 qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 32 gün = 460.8 m³ ; QSQ üçün - 1,5 m³ x 12 gün = 576 m³; Radiator soba - 0.8 x 12 saat x 17 gün = 163.2 m³; xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış təbii qazın həcmi- 460.8 + 576 + 163.2 = 1200 m³

36. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə" göstərilən il üzrə müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2023-cü il üzrə 3.380.4 m³ (1004.4 + 1116 + 1260) qaz həcminin 1200 m³- i 0.12 manat ( 1200 x 0,12=144), 1300 m³- i 0,20 manat (1300 x 0,20=260), 880.4 m³i 0.25 manat (880.4 x 0.25 = 220.1 ) cəmi 624,10 manat, 2024-cü il üzrə - 4938 m³ (1302 + 1218 + 1218 + 1200) qaz həcminin 1200 m³-i 0,12 manat ( 1200 x 0,12 ), 1300 m³- i 0, 20 manat ( 1300 x 0,20=260), 2438 m³-i 0.25 manat (2438 x 0,25 609.5), cəmi 1013,5 manat. Göstərilənləri nəzərə alaraq istehlakçının təqsirli olması sübuta yetirildiyi halda yuxarıda qeyd olunan aktlar üzrə hesablanan qaz həcminin dəyəri 1637,60 (624, 10 + 1013, 5) manat məbləğində müəyyən edilə bilər. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları:

37. İddiaçı məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən mənzilə Azəriqaz tərəfindən **********70000 abonent kodu verilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonentə 2023-cü ilin oktyabr ayından(sentyabr ayında hesablanmış borc sonradan silinmişdir) qanunsuz qoşulmaya görə aktlar tərtib edilmişdir. Belə ki, 2023-cü ilin oktyabr ayında 151.2 manat, noyabrında 246.24 manat, dekabrında, 419.04 manat, 2024-cü ilin yanvar ayında 375.84 manat, fevral ayında 375.84 manat, mart ayında 375.84 manat, aprel ayında 198.72 manat olmaqla, cəmi 2142.72 manat borc hesablanmışdır. Aktlar tərtib edilən zaman abonentin gah PQ4, QSQ, Radiator, gah PQ4, QSQ, İran sobası, gah da PQ4, QSQ, İran sobası, Dəmir soba kimi qaz işlədici avadanlıqlardan istifadə etdiyi göstərilmişdir. Bu səbəbdən həmin halın obyektiv müəyyən edilməsi və itirilən qazın həcminin hesablanması üçün mütəxəssisdən yazılı rəy alınmışdır. Baxış keçirilməklə mütəxəssis tərəfindən tərtib edilən akt-dan müəyyən edilmişdir ki, abonentin evində 1 ədəd PQ-4, 1 ədəd radiator sobası, 1 ədəd QSQ qaz qurğusuna qoşulmuşdur. İddiaçı qaz xəttinə sayğacdan kənar 2 dəfə qanunsuz qoşulduğunu etiraf etməklə yanaşı, hesablanmış borcun həqiqəti əks etdirmədiyini, sərfiyyatın şişirdildiyini(hansı ki, 1 il ərzində cəmi 100 manat ödəniş emtişdir), ona hər hansı xəbərdarlıq edilmədiyini, aktların tərtib edilməsindən məlumatsız olduğunu bildirir.

38. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

39. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun(xx.xx.2022ci il tarixdə edilmiş dəyişikliklərlə):

40. 6-2.1-ci maddəsinə əsasən Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.

41. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

42. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

43. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixli dəyişikliklərlə) 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

45. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

46. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

47. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

48. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

49. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

51. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

52. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

53. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

54. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

55. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

56. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

57. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

58. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

59. Qeyd edilməlidir ki, əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

60. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İB tərəfindən abonentə 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla qanunsuz qoşulmaya dair hər ay AKT tərtib edilmiş və bu əsasla abonentə itirilmiş qazın dəyəri kimi 2142.72 manat borc hesablanmışdır. Halbuki, həmin aktların tərtib edilməsi, qanunsuz birləşmənin ləğv edilməsinin abonentin iştirakı ilə həyata keçirilməsi, tərtib edilən AKT-ların surətinin abonentə təqdim edilməsi və ya abonentin imzalamqdan imtina etməsi müəyyən edilmir. Bundan əlavə qanunun tələbinə görə ildə bir dəfə noyabr ayının 1-dək keçirilməli olan müayinə də qaz paylayıcı tərəfindən edilməmişdir. Hansı ki, müayinənin nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılmaması qazın verilməsinin dayandırılması üçün əsasdır. Halbuki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Eyni zamanda polisə müraciət edilməsinə baxmayaraq, istehlakçının qazın talanmasında təqsirli bilinməsi də müəyyən edilmir və cavabdeh bu barədə hər hansı sübut təqdim etməmişdir.

61. Bununla belə, məhkəmə iddiaçının 2 dəfə qanunsuz qoşulduğunu etiraf etməyini, həmin hadisələrin eyni ayda və ya fərqli aylarda baş verməsini xatırlamadığını nəzərə alır və sübut edə bilmədiyi halları onun ziyanına şərh edərək, mütəxəssisin itirilmiş qazın həcmi ilə bağlı rəyini nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir.

62. Odur ki, abonentə 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla olan müddət üçün qanunsuz qoşulmaya dair tərtib edilmiş 7 AKT-a görə hesablanmış 2142.72 manat borcdan mütəxəssisin oktyabr və noyabr ayı üçün hesabladığı itirilmiş qazın həcmi(1004.4 kub.m+1116 kub.m) nəzərə alınmaqla silinməlidir. Bu isə Azərbaycan Respublikası Tarif(qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” müvafiq qərarına əsasən 328.08 (itirilmiş qazın ümumi həcmi 2120.4 kub.m olduğu nəzərə alındıqda onun 1200 kub.m 0.12 manat, qalan hissəsi isə 0.20 manatla hesablandıqda) manat təşkil edir.

63. Beləliklə, qanunsuz qoşulmaya dair 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla olan müddət üçün tərtib edilmiş 7 AKT-a görə cavabdeh tərəfindən hesablanmış 2142.72 manat borcdan 1814.64 (2142.72-328.08) manat hissəsi əsassız olduğundan abonentin hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

65. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

66. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

67. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

68. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

69. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

70. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

71. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

72. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

73. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, qanunsuz qoşulmaya dair 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla olan müddət üçün tərtib edilmiş 7 AKT-a görə cavabdeh tərəfindən hesablanmış 2142.72 manat borcdan 1814.64 manat hissəsi iddiaçının abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməli, iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumunun əvəzi qismində cavabdehdən 38 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir.

74. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Qanunsuz qoşulmaya dair 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla olan müddət üçün tərtib edilmiş 7 AKT-a görə Cavabdeh tərəfindən hesablanmış 2142.72 manat borcdan 1814.64(bir min səkkiz yüz on dörd manat altmış dörd qəpik) manat hissəsi İddiaçı abonent hesabından (abonent kodu: **********70000) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar