Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5627/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5627/2022 saylı mülki işlə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-5154/2022 saylı mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Belə ki, Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış və iddia icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq vəkilinin məhkəmə iclasında iştirak edə bilməməsi səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işin olduğunu nəzərə alaraq hesab edir ki, həmin işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 5627/2022 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-5154/2022 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)- 5154/2022 saylı mülki iş məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5627/2022 saylı mülki iş isə məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 14 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-5627/2022 saylı mülki işlə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması və s.” tələbinə dair iddiası üzrə 2(008)-5154/2022 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilsin. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5627/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5627/2022
13.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver