Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5673/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri X4 İdarəsinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri X4 İdarəsinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, DİN Baş X4i İdarəsinin 26 iyul 2024-cü il tarixli, EQ 22607157 protokol əsasında qəbul edilmiş 27 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə «VAZ 21214» minik markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 3(011)- 5490/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Daha sonra DİN Baş X4i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 22607157 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərardan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2517/2025 nömrəli, xx.xx.2025-cili tarixli qərarı ilə İddiaçı şikayəti təmin edilərək, DİN Baş X4i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 22607157 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Baş X4i idarəsinin 27 aprel 2025-ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2025- ci il tarixdə, saat 17:05-də «VAZ 21214» minik markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 (yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan Bakı şəhəri Xətai rayon məhkəməsinə şikayət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı şikayəti təmin edilərək, Baş X4i İdarəsi tərəfindən tərtib olunmuş 27 aprel 2025ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 16 noyabr 2024-cü il tarixində 10:20 radələrində Bakı şəhəri, Xətai rayonu, Xətai-Nobel prospekti-Zığ yolu ünvanında “Hyundai Tucson” markalı **-GX-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən 5.9, 5.10.1 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.11 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 6822/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhər X4 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin İddiaçı həmin qərarla inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Daha sonra protokol yenidə qüvvəyə minmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2015/2025 nömrəli qərarı ilə şikayət təmin edilmiş, Bakı Şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı Şəhər Baş Polis İdarəsinin X4 İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)- 2015/2025 nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 -ci maddəsinə əsasən İddiaçı barəsində Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 24642263 nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qarar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1180/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməyərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 3(011)-2015/2025 nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Xətai rayon X4 şöbəsinin polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Vaz 21214» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, EQ seriyalı 22531738 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarla ona təyin edilmiş 40 (qırx) manat cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 18 (iyirmi səkkiz manat) manat məbləğində dəbbə pulu hesablanmışdır və hal-hazırda İddiaçı ödəməli olduğu ümumi məbləğ 58 (əlli səkkiz) manat təşkil etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1169/2025 nömrəli, xx.xx.2025-ci li tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Yuxarıda qeyd edilən qərarlarla iddiaçının hüquqları pozulmuşdur. Daha sonra tərəfindən verilmiş şikayətlər əsasında həmin qərarlar əsassız hesab edilərək ləğv edilmişdir. Qərar qəbul olunarkən və sonrakı prosesdə ona qarşı əsassız ittihamlar irəli sürülmüş, mənəvi cəhətdən əzab çəkmiş və nüfuzuna xələl gətirilmişdir. Bu proseslər şəxsi həyatını mənfi təsir altına salmış və ona ciddi maddi və mənəvi zərər vurmuşdur. Belə ki, hər dəfə məhkəmə iclaslarında iştirak etmək üçün işlədiyin yerdən dəfələrlə icazələr almış, hüquqi xidmətlərdən istifadə edərək vəkil bürosuna müraciət edib özünü müdafiə üsullarının yollarını öyrənmək üçün xidmət göstərilməsinə görə ödənişlər etmişdir. Həmçinin, “Hyundai Tucson” markalı **-GX-*** dövlət qeydiyyat nömrəli avtomobilin texniki baxış müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, avtomobilin üzərində əsassız inzibatı xəta haqqında qərar olduğundan, cəriməni ödəməmiş qeyd edilən avtomobili texniki baxışdan keçirə bilmədiyindən 23 gün taksi xidmətindən istifadə etmişdir. Eləcə də, avtomobili texniki baxışa aparmaq üçün cərimə olunmamasına görə, evukuator xidmətindən şəxsi büdcəsindən maliyyə sərf edərək, onu texniki baxışdan keçirtmişdir. Bundan əlavə öz işlərini təxirə salıb pozulmuş hüquqlarının bərpası ilə məşğul olduğuna görə, qazanacağı gəlirləri də əldən çıxmış və məhkəməyə, polisin inzibati binasına dəfələrlə gedib gəlməyi ona maddi cəhətdən də ziyan vurmuşdur. Bu səbəbdən ona dəymiş 1000 manat mənəvi ziyanın və 2000 manat maddi ziyanın, hər iki ziyana münasibətdə ümumilikdə 3000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq avtomobilinin müəyyən müddət duracaqda qalması, o cümlədən də şikayət ərizələri yazmaq, məhkəmə proseslərində iştirak etməsi səbəbindən ona böyük məbləğdə maddi ziyan vurmuşdur. Lakin çəkmiş olduğu xərclərə dair hazırda heç bir rəsmi və əyani sübut təqdim edə bilmir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəslərinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-1169/2025 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2015/2025 saylı qərarına əsasən İddiaçı şikayəti təmin edilmiş, Bakı Şəhər X4 İdarəsinin xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2517/2025 saylı qərarına əsasən İddiaçı şikayəti təmin edilmiş, DİN Baş X4i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 22607157 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1180/2025 saylı qərarına əsasən şikayət təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011 )-2015/2025 nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-3373/2025 saylı qərarına əsasən İddiaçı şikayəti təmin edilmiş, Baş X4i İdarəsi tərəfindən tərtib olunmuş 27 aprel 2025-ci il tarixli, EQ 27613975 nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ27613975 saylı və xx.xx.2024-cü il tarixli, EQ22607157 saylı qərarlardan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə, saat 17:05-də Gəncə prospekti, Fəridə şadlıq sarayının qarşısında “VAZ 21214” minik markalı, 90AD821 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ24642263 saylı qərardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə, saat 10:20-də Xətai-Nobel Pr-Zığ yolu ərazisində Hyundai Tucson minik markalı, 90GX240 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1. 5.9. 5.10.1 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üctin nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tətbiq edilən hüquq: Maddi zərərə münasibətdə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İş üzrə iddiaçıya vurulmuş maddi zərərin nədən ibarət olması məhkəməyə aydın deyildir. Belə ki, iddiaçı məhkəmə iclaslarında taksi, evakuator və yol xərcləri çəkdiyini bildirsə də, buna dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Mənəvi zərərə münasibətdə: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından iddiaçının cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənəvi sarsıntı keçirməsi müəyyən edilmir. Belə ki, hüquq mühafizə orqanlarında səlahiyyətlərinə uyğunluğu təkzib edilməyən faktlar barədə prosedurların həyata keçirilməsi qanunazidd hərəkət kimi qəbul edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasinin Qanununun 4maddəsinə əsasən inzibati xəta haqqında işə xitam verildikdə vurulmuş ziyanın ödənilməsi hüququ yaranır. 5-ci maddəyə əsasən hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki baxılan mülki iş üzrə müvafiq polis orqanının şəxs barəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar qəbul etmiş olduğu inzibati xətanın müəyyən edilməsinə dair qərarları məhkəmə qaydasında ləğv edilmiş və icraata xitam verilmişdir. Lakin yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən şəxs irəli sürmüş olduğu tələbə əlaqədar vurulmuş real ziyanı təsdiq edən sübutlarını təqdim etməli olduğu halda tələbkar buna dair heç bir əsaslı sübutlarını təqdim edə bilməmiş, tələbini sübuta yetirə bilməmişdir. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri X4 İdarəsinə qarşı qarşı vurulmuş maddi zərərin əvəzi olaraq 2000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri X4 İdarəsinə qarşı qarşı vurulmuş maddi zərərin əvəzi olaraq 2000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-5673/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5673/2025
30.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver