Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5755/2025 01.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə) “vərəsəliyin qəbulu müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci ildə vəfat etmiş atası X7 ölümü ilə əlaqədar vərəsəliyin buraxılmasını üzürlü hesab edərək vərəsəliyin qəbulu müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,7 kv.metr olan fərdi yaşayış evi mərhum atası X9 tərəfindən inşa olunmuşdur. Bildirir ki, atası dəmiryolçu olub uzun müddət işlədiyinə görə Lenin ordeni ilə təltif olunub. Atasına mənzil şəraitinin yaxşıladırmaq üçün fərdi yaşayış evinin tikintisi üçün Dəmir yolu idarəsi tərəfindən yuxarıda göstərilən ünvandan 550,00 ha torpaq sahəsi verilib. Bu barədə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" Pasport da təqdim olunub. Atası da həmin ünvanda göstərilən torpaq sahəsi üzərində fərdi yaşayış evini inşa edib. O vaxtdan bu günə qədər onlar həmin fərdi yaşayış evində fasiləsiz yaşayırlar. Həmin evə istifadə hüququ var. Mərhum atası da həmin ünvanda dünyasını dəyişən günə qədər yaşayıb. Atası əvvəllər səhlənkarlıq edib. Sonra isə uzun müddət xəstə olduğu üçün dövlət tərəfindən verilən qanuni istifadəsində olan torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evinə çıxarış ala bilməyib. Bundan sonra o, vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etmişdir. Bakı şəhəri 20 saylı Notariat Ofisi 208 nomrəli xx.xx.2024-cü il tarixli məktubla ona imtina vermiş, imtinasını xx.xx.1987-ci ildə vəfat etmiş atası X7 vəfatı ilə əlaqədar mirasın qəbulu haqqında müddətin ötürülməsi ilə əsaslandırmışdır. Bildirir ki, o, mirasın qəbulu haqqında müddətini ötürməmişdir. Atası ölənə qədər də, onun ölümündən sonra bu günə qədər o həmin evdə yaşayaraq mirası faktiki qəbul etmişdir. Ondan başqa digər vərəsə X5 anadan xəstə doğulmuş, həmin ünvanda yaşamış 2024-cü il tarixdə vəfat etmişdir. Hal-hazırda o yeganə vərəsədir və mirası atası öləndən sonra faktiki qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi ünvan 2 ünvanında yaşayır. Ərizəçinin atası 1987-ci ildə vəfat etmişdir. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ev ərizəçinin atasının olmuş, o, rəhmətə getdikdən sonra ərizəçi orada yaşamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı 380309 nömrəli “olum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.1987-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı 442308 nömrəli “olum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. ИЕ seriyalı 174382 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü İddiaçı atası X11, anası X1r. AZ-İ seriyalı 893353 nömrəli “olum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət etmiş, lakin vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən ona məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ev 8 X7 adına qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “ ... O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Məhkəmə mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab edilməli və uzadılmalıdır. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, ərizəçi İddiaçı atası X7 ölümündən sonra faktiki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,7 kv.metr olan fərdi yaşayış evində yaşayır və bu səbəbdən də məhkəmə imkan verir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəbdən ötürüldüyünü hesab etsin. Məhkəmə ərizənin vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsində hesab edir ki, ərizə bu hissədə təmin edilməməlidir. Belə ki, ərizəçi miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edildikdən sonra vərəsəlik şəhadətnaməsinin verilməsi barədə aidiyyatı üzrə müvafiq orqana müraciət etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçi İddiaçı xx.xx.1987-ci ildə vəfat etmiş atası X7 miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməli və buraxılmış müddət bərpa edilməli, ərizə qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi İddiaçı xx.xx.1987-ci ildə vəfat etmiş atası X7 miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilsin və buraxılmış müddət bərpa edilsin. Ərizə qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-5755/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5755/2025
01.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver