Məhkəmə qərarları › İş №2(001)-5774/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5774/2022

27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5774/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 331,13 manat borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mülkiyyətində olan Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 42 ünvanında (Abonent kodu: **********00000) evə 2011-ci ilin fevral ayı üzrə qaz sərfiyyatı üzrə 430 manat borc məbləği hesablanmışdır. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət olunmuşdur. Bununla bağlı 06.20xxxx.2022-ci illəri əhatə edən “Abonentin saldosu” verilmişdir. Həmin saldoya baxdıqda hesablamanın əsassız olduğu açıq-aşkar görünür. Belə ki, 2011-ci ilin yanvar ayı üzrə 118 m2 qaz sərfiyyatı olduğu halda, növbəti ayı üzrə sərfiyyatın 4.300 m2 olması mümkün deyildir. Belə ki, evdə qaz sərfiyyatı yalnız 4 gözlü qaz plitələri (PQ-4) tərəfindən aparılmışdır. Həmin qaz plitələri 1 ay ərzində 24 saat dayanmadan istifadə olunsa belə 4.300 m2 qaz sərfiyyatı edə bilməz. Həmçinin bildirir ki, 2011-ci ilin 10-cu ayından “Smart Sayğaca” keçilmişdir və 10 ay sonra 2012-ci il iyul ayına 430 manat borc məbləğinin ödənilməmiş 313.13 manat hissəsi yenidən hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun soyadı nikaha daxil olduğuna görə Baxşaliyevadır, lakin sənədlərdə köhnə soyadı əks olunub. O, ona hesablanmış 430 manat əsassız borc barədə yeni xəbər tutmuşdur. Buna görə bilməyərəkdən təbii qazdan istifadəyə görə mütəmadi ödənişlər edərkən həmin məbləğin bir hissəsini də ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: **********00000 nömrəli abonent X1 məxsus abonentin saldosundan görünür ki, ona 2011-ci ilin fevral ayında təbii qazdan istifadəyə görə 430 manat məbləğində borc hesablanmışdır. Cavabdeh 09 iyul 2022-ci il tarixli Bildiriş-Xəbərdarlığından görünür ki, iddiaçının təbii qazdan istifadəyə görə borcu 331,13 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə məxsus fərdi yaşayış evində 2011-ci ilin fevral ayında təbii qazdan istifadəyə görə 430 manat məbləğində borc hesablanmışdır. Hazırda cavabdehin borcu 331,13 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus fərdi yaşayış evində istifadə olunmuş təbii qaza görə hesablanmış borc məbləğinin ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən beş ildən artıq müddətdə tələb irəli sürülmədiyindən həmin borcun ödənilməsinə dair öhdəliyə mülki qanunvericiliyin tələblərinə əsasən müddətin keçməsi əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı (Abonent kodu: **********00000) təbii qazdan istifadəyə görə hesablanmış 331,13 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00000) təbii qazdan istifadəyə görə hesablanmış 331,13 (üç yüz otuz bir manat, on üç qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar