Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5786/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı Sergey oğlunun və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Sergey oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) əqdin etibarsızlığı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sergey oğlu Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən əmlakın X4 aid ½ hissəsinə dair vərəsəlik payının bağışlanmasına dair 27 saylı notariat ofisində bağlanmış 3M-476 saylı, 30 oktyabr 2020-ci il tarixli müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış sonrakı əməliyyatların etibarsız sayılması və ünvan 1 ünvanına dair Cavabdeh adına verilmiş 14 noyabr 2020-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən mülkiyyət hüquqlarını təsdiq edən qeydiyyatın ləğv edilməsi, həmin mənzilin payının ½ hissəsinin mərhum X1 miras əmlakı hesab edilərək, həmin paya onun qanun üzrə vərəsəsi olan İddiaçı Sergey oğlunun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili məhkəməyə barışıq sazişi və ərizə təqdim edərək cavabdehlə arasında razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək, həmin barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını, habelə iş üzrə iddianı təmin etmə tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizə təqdim edərək, barışıq sazişinin şərtləri ilə razı olduğunu, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək barışıq sazişinin təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini və iş üzrə iddianı təmin etmə tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtləri aşağıdakılardır:
1. Tərəflər bu sazişdə qeyd olunan şərtlərlə məhkəmə mübahisələrinin başa çatdırılması barədə razılıq əldə etmişlər. İddiaçı və cavabdeh anlayır ki, barışıq sazişinin mövcudluğu eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yeni iddianın məhkəmə tərəfindən qəbulundan imtina edilməsi üçün əsasdır.
2. İddiaçı Sergey oğlu üzərinə öhdəlik götürür ki, X3 Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən əmlakın X4 aid ½ hissəsinə dair vərəsəlik payının bağışlanmasına dair 27 saylı notariat ofisində bağlanmış 3M-476 saylı, 30 oktyabr 2020-ci il tarixli müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış sonrakı əməliyyatların etibarsız sayılması və ünvan 1 ünvanına dair Cavabdeh adına verilmiş 14 noyabr 2020-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən mülkiyyət hüquqlarını təsdiq edən qeydiyyatın ləğv edilməsi, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilin payının ½ hissəsinin mərhum X1 miras əmlakı hesab edilərək, həmin paya Marifoviçin qanun üzrə vərəsəsi olan İddiaçı Sergey oğlunun vərəsəlik hüququnun tanınması barədə Binəqədi Rayon Məhkəməsində qaldırmış olduğu iddiadan imtina edir.
3. İddiaçı Sergey oğlu öz üzərinə öhdəlik götürür ki, ünvan 1 ünvanında yerləşən mənzilə özünün və ailə üzvlərinin mövcud pasport qeydiyyatından çıxacaqdır.
4. İddiaçı Sergey oğlunun hazırki barışıq sazişinin 2-ci və 3-cü bəndlərində üzərinə götürmüş olduğu öhdəliklərin müqabilində Cavabdeh öz üzərinə öhdəlik götürür ki, ünvan 1 ünvanında yerləşən əmlakın satışını 2 (iki) ay ərzində həyata keçirəcək və əmlakın satışı anında İddiaçı Sergey oğlunun notariat ofisinə dəvət olunmasını (iştirakı məqsədilə) təmin edəcəkdir və əmlakın satışından əldə olunmuş vəsaitdən 10.000 (on min) manat həcmində vəsaiti alqı-satqı anında birdəfəlik ödəmə şəklində İddiaçı Sergey oğluna ödəyəcəkdir.
5. Cavabdeh həmçinin öz üzərinə öhdəlik götürür ki, əgər hazırki barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarın 2 (iki) ay ərzində mənzilin satışını həyata keçirməzsə, 10.000 (on min) manat həcmində vəsaiti hər bir halda birdəfəlik ödəmə şəklində İddiaçı Sergey oğluna nağd qaydada ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara a l d ı:
İddiaçı Sergey oğlu ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər bu sazişdə qeyd olunan şərtlərlə məhkəmə mübahisələrinin başa çatdırılması barədə razılıq əldə etmişlər. İddiaçı və cavabdeh anlayır ki, barışıq sazişinin mövcudluğu eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yeni iddianın məhkəmə tərəfindən qəbulundan imtina edilməsi üçün əsasdır.
2. İddiaçı Sergey oğlu üzərinə öhdəlik götürür ki, X3 Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən əmlakın X4 aid ½ hissəsinə dair vərəsəlik payının bağışlanmasına dair 27 saylı notariat ofisində bağlanmış 3M-476 saylı, 30 oktyabr 2020-ci il tarixli müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış sonrakı əməliyyatların etibarsız sayılması və ünvan 1 ünvanına dair Cavabdeh adına verilmiş 14 noyabr 2020-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən mülkiyyət hüquqlarını təsdiq edən qeydiyyatın ləğv edilməsi, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilin payının ½ hissəsinin mərhum X1 miras əmlakı hesab edilərək, həmin paya Marifoviçin qanun üzrə vərəsəsi olan İddiaçı Sergey oğlunun vərəsəlik hüququnun tanınması barədə Binəqədi Rayon Məhkəməsində qaldırmış olduğu iddiadan imtina edir.
3. İddiaçı Sergey oğlu öz üzərinə öhdəlik götürür ki, ünvan 1 ünvanında yerləşən mənzilə özünün və ailə üzvlərinin mövcud pasport qeydiyyatından çıxacaqdır.
4. İddiaçı Sergey oğlunun hazırki barışıq sazişinin 2-ci və 3-cü bəndlərində üzərinə götürmüş olduğu öhdəliklərin müqabilində Cavabdeh öz üzərinə öhdəlik götürür ki, ünvan 1 ünvanında yerləşən əmlakın satışını 2 (iki) ay ərzində həyata keçirəcək və əmlakın satışı anında İddiaçı Sergey oğlunun notariat ofisinə dəvət olunmasını (iştirakı məqsədilə) təmin edəcəkdir və əmlakın satışından əldə olunmuş vəsaitdən 10.000 (on min) manat həcmində vəsaiti alqı-satqı anında birdəfəlik ödəmə şəklində İddiaçı Sergey oğluna ödəyəcəkdir.
5. Cavabdeh həmçinin öz üzərinə öhdəlik götürür ki, əgər hazırki barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarın 2 (iki) ay ərzində mənzilin satışını həyata keçirməzsə, 10.000 (on min) manat həcmində vəsaiti hər bir halda birdəfəlik ödəmə şəklində İddiaçı Sergey oğluna nağd qaydada ödəyəcəkdir. İddiaçı Sergey oğlunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) əqdin etibarsızlığı tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli