Məhkəmə qərarları › İş №2(001)-5793/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5793/2025

15.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5793/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilə quraşdırılmış qaz sayğacı ilə bağlı (Abunə kodu: **********0080) əsassız hesablanmış 3288 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə quraşdırılmış qaz sayğacı ilə bağlı (Abunə kodu: **********00080) ARDNŞ “Azəriqaz" İstehsalat Birliyi tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Aktlarda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsinin aşkar edilməsi göstərilmişdir. Binəqədi Rayon Məhkəməsi (2(001)-282/2024 saylı) xx.xx.2024-cü il tarixdə ilik iddia üzrə iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin ona qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsinə və onun qarşılıqlı iddia üzrə Cavabdehnə qarşı "əsassız hesablanmış borc məbləğinin silinməsi” barədə qarşılıqlı iddia ərizəsinə baxaraq ilk iddia ərizəsinin qismən təmin edilməsinə - ondan 180 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsinə, iddia ərizəsinin qalan hissədə təmin edilməməsinə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (Abunə kodu: **********00080) qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 2458,80 manat hissəsinin silinməsinə, 44.54 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsinə dair qətnamə çıxarmışdır. Qətnamə çıxarıldıqdan və qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən qeyri-qanuni olaraq ondan borc məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddia tələbində ondan maddi zərərin əvəzi olaraq 5746,04 manat məbləğində vəsaitin tutulması tələbini irəli sürmüşdür və qətnamə ilə ilk iddia qismən təmin edilmiş, ondan 180 manat tutulması qət edilmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddia təmin edilmiş, hesablanmış borc məbləğinin 2458,80 manat hissəsinin silinməsi qət edilmişdir. Lakin buna baxmayaraq ona göndərilən bildirişdə borc məbləği 3288 manat göstərilir və əsassız olaraq hər ay yüklənmiş məbləğin müəyyən hissəsi çıxılır. Bu tamamilə qanunsuzdur, belə ki, iddiada göstərilmiş 5746,04 manat tələb üzrə yalnız 180 manat borcun olması müəyyən edilmişdir və ondan 180 manat tutulmalıdır, borc 180 manatdan ibarətdir. Məhkəmə "Azəriqaz” İstehsalat Birliyinin iddiasını qismən təmin etmiş, onun borcunun 5746 manat deyil, konkret olaraq 180 manat olması sübuta yetirilmişdir. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Bu borc məbləğinin tələb edilməsi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən qeyri-qanuni qazdan istifadə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində ziyan müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından göründüyü kimi, iddiaçı eyni tələb ilə qarşılıqlı iddia ərizəsi ilə daha əvvəl məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-282/2024 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh İddiaçı 180 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin tutularaq iddiaçı “Azəriqaz" istehsalat Birliyinə ödənilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00080) qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 2458,80 manat hissəsinin silinməsi, 44,54 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitinin ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 284, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar