Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5794/2025 19.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi sənədin şəxsə məxsusluğu tələbinə dair xüsusi icraat qaydasında ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsusluğu tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim ərizəni geri qaytarır. Məhkəmənin mövqeyi Məhkəmə sənədləri və ərizəni araşdırarkən müəyyən etdi ki, ərizəçi texniki passportda ata adının düzgün yazılmadığını və bu halın onun hüquqlarını pozduğuna istinad etmiş, lakin sözügedən sənədlə hüquqlarının həyata keçirilməsi üçün müvafiq orqana müraciət etməsi, həmin orqanın ona vermiş olduğu imtina cavabı ərizəsinə əlavə etməmişdir. Hazırki halda ərizəçi hüquqi əhəmiyyətə malik faktın hansı əsasla ona lazım olmasını nə ərizəsində göstərmiş, nə də ki, texniki passportdakı mövcud ziddiyyətin onun hüquqlarını hansı qaydada məhdudlaşdırmasını əsaslandıra bilməmişdir. Məsələn, ərizəçi mövcud əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasında maraqlıdırsa o zaman hazırki sənədlərlə ilk öncə əmlak hüquqularının qeydə alınması ilə əlaqədar reyestr xidmətinə müraciət etməli, orqanın texniki passportda ziddiyyət olduğu səbəbi ilə hüquqlarının qeydə alınmasından imtina etməsi, yəni real mübahisəli məqamın olduğu halda isə həmin imtina məktubunu ərizəsinə qoşmaqla məhkəməyə müraciət etməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəlki prosedur qaydalarına riayət etməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə ilk öncə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinin təmin olunması məqsədilə müraciət etməsi tövsiyyə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi sənədin şəxsə məxsusluğu tələbinə dair xüsusi icraat qaydasında ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu (qəbz: **********, xx.xx.2025-ci il) geri qaytarılsın. İddiaçıya izah olunur ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-5794/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5794/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver