Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-585/2023 12.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi Ərizəçi2, Ərizəçi Ərizəçi1, Ərizəçi1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilərin doğum haqqında şəhadətnaməsində qeyd edilən X7 ölüm kağızı və qeydiyyat vəsiqəsindəki X8 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı“hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilərin doğum haqqında şəhadətnaməsində X11 və X4 qeyd edilməsi, həmçinin Nəsibə Məmmədovanın ata qrafasında Hüseyn qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışlar ki, anaları X8 xx.xx.1946-cı il tarixində Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuşdur. Anası xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Ərizəçilərin doğum haqqında şəhadətnaməsində analarının soyadı X10 göstərilsə də, ölüm kağızı və yaşadığı evin qeydiyyat vəsiqəsində soyadı X2 göstərilmişdir. Hazırda vərəsəlik qaydasında miras qalmış əmlaka dair şəhadətnamə alınmasında çətinlik yaranmışdır. Belə ki, şəxsiyyət vəsiqəsi, ölüm kağızı və yaşadıqları evin qeydiyyat vəsiqəsində analarının adı X2 qeyd edilsə də, ərizəçilərin doğum haqqında şəhadətnaməsində X3 qeyd edilmişdir. Həmçinin Ərizəçi2 doğum haqqında şəhadətnaməsində ata adı qeyd edilməmişdir. Qeyd edilənlərə əsasəndə ərizəçilər mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçilər ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi-vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin maraqlı şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, ərizəçilərin ərizəsinə etiraz edilmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şahidin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçlərinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi2 ana qrafasında X9 qeyd edilmiş, ata qrafasında isə ata adı qeyd edilməmişdir. - doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi1 ana qrafasında X10, ata qrafasında X13 qeyd edilmişdir. - ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2009-cu il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 378 nömrə ilə qeyd edilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 140282 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, ev 47, 6 saylı mənzil X5 xüsusi mülkiyyətindədir. - 145 saylı MKİS tərəfindən verilmiş 777 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən, X8 ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx.xx.2009-cu il tarixdək yaşayıb. Ərizəçi2 və Ərizəçi1 qızı qeyd edilən mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə iclasında iştirak edən Şahid izahat verərək bildirdi ki, ərizəçilər onun bacısının övladlarıdır. Ərizəçilərin anasının X8 olmasını təsdiq etdi. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. - 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, ərizəçilərin analarının soyadı doğum haqqında şəhadətnamələrdə “soyadı” qrafasında “Əhmədova” yazılmışdır. Məhkəmə hesab edir ki, “soyadı” qrafasında “Əhmədova” soyadı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında düzgün qeyd edilməmiş, onun soyadı “Məmmədova”dır. X5 ölüm haqqında şəhadətnaməsində və digərsənədlərdə X1 “Məmmədova” kimi qeyd edilməsi də onun əsl soyadının “Məmmədova” olduğu qənaətini artırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi1 xx.xx.1983-cü il tarixdə Ermənistan, Keşişkənd kəndində anadan olması, atasının X13, anasının X8 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi1 doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi1”, “atası” qrafasında “X13”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X8”, “milliyyəti azərbaycanlı” yazılmalı; Ərizəçi2 xx.xx.1978-ci il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda anadan olması, atasının X13, anasının X8 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi2 doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi2”, “atası” qrafasında “X13”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X8”, “milliyyəti azərbaycanlı” yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi1 xx.xx.1983-cü il tarixdə Ermənistan, Keşişkənd kəndində anadan olması, atasının X13, anasının X8 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi1 doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi1”, “atası” qrafasında “X13”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X8”, “milliyyəti azərbaycanlı” yazılsın. Ərizəçi2 xx.xx.1978-ci il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda anadan olması, atasının X13, anasının X8 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi2 doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “Ərizəçi2”, “atası” qrafasında “X13”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X8”, “milliyyəti azərbaycanlı” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-585/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-585/2023
12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver