Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5891/2021 25.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 1374 nömrəli, 10.09.1992-ci il tarixli sərəncamı ilə 142 nömrəli bağ tikinti kooperativi nəzdində Goradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsinin ayrılmasına dair iddiaçının atası X1 adına 47 nömrəli order verilmişdir. İddiaçının atası X5 09.06.2013-cü ildə vəfat etmişdir. İddiaçı atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 30 saylı notariat ofisinə müraciət etmişdir. İddiaçının atası İddiaçı vəfat etməsi ilə əlaqədar mərhumun vərəsələri X6, İddiaçı və X2 vərəsəliyin qəbulu haqqında ərizələri əsasında 16.10.2020-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, qeyd olunan ünvanda yerləşən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə yoxdur. Bununla yanaşı orderdə göstərilən 384D saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2021- ci il tarixli cavab məktubunda Goradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsinin konkret kimin adına qeydiyyata alınması göstərilmədiyindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu təqdim edilmişdir. Vəkil sorğusuna cavab məktubunda göstərilmişdir ki, “İdarənin arxivində mövcud olan sənədlər əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 1374 nömrəli, 10.09.1992-ci il tarixli sərəncamı ilə 142 nömrəli bağ tikinti kooperativi nəzdində Goradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsinin ayrılmasına dair X1 adına 47 nömrəli order verilmişdir. Həmçinin bildiririk ki, Binəqədi rayonu, Goradil ərazisində 384D bağ nömrə ilə 0.12 hektar torpaq sahəsi keçmiş bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 11,07.2005-ci il tarixli 35312 nömrəli müqavilə əsasında 15.11.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 384D nömrəli bağ evi kimi onun mülkiyyətindədir”. Göründüyü kimi, Bakı Şəhər İcraiyyə Komitəsinin 1374 nömrəli, 10.09.1992-ci il tarixli sərəncamı ilə 142 nömrəli bağ tikinti kooperativi nəzdində Goradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsinin ayrılmasına dair X1 adıa 47 nömrəli order verilmişdir. Halbuki Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 384D nömrəli bağ sahəsi 1992-ci ildən iddiaçının ailəsinin istifadəsindədir və həmin bağ sahəsində iddiaçının mərhum atası tərəfindən fərdi yaşayış evi tikilmişdir. Hazırda həmin fərdi yaşayış evində iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 cavabdehin iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təssərrüfatı İnkişafı və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış bağın istifadəyə verilməsi barədə 11.07.2005-ci il tarixli 35312 saylı müqaviləyə əsasən, Goradil qəsəbəsində 0.12 ha bağ sahəsini (bağ 384D) icarəyə götürmüşdür. Həmin bağ sahəsini plan və cizginin verilməsi üçün Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin inzibati orqan qeyd edilən torpaq sahəsinə 15.07.2008-ci il tarixli plan və ölçü tərtib etmişdir. Həmin plan və cizgini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə təqdim edib, torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahiş etmiş, cavab olaraq cizgidə qonşu torpaq sahələrinin nömrələri qeyd edilmədiyindən plan və ölçünün verilməsinin mümkün olmaması qeyd olunmuş və bundan sonra toıpaq sahəsinin plan və cizgisində düzəliş edilməsi barədə DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. DƏDRX-nin Bakı Ərazi İdarəsi həmin sənədin verilməsindən imtina edərək sözügedən bağ sahəsinin bölgüsünə dair nömrəsinin bağ sahəsinin bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığını və bağ sahəsinə dair arxiv torpaqqayırma-cizginin olmadığından qonşu bağ sahələrinin nömrələrinin yazılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təssərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən 11.07.2005-ci il tarixli 35312 saylı müqaviləyə əsasən Cavabdeh2 istifadəsinə verilmiş Bakı şəhəri Binəqədi rayonu, Goradil qəsəbəsndə yerləşən 0.12 ha bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz (81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli Qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 11.07.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən Cavabdeh2 Məşədi oğlunun istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 0.12 ha bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehin istifadəsində olan torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 384D saylı bağ evi Cavabdeh2 mülkiyyətində olmaqla, ona daşınmaz əmlakın Dövlət reyestmdə qeydə alınaraq Seriya RX ******* saylı Çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 etirazın məzmununa uyğun izahat verdi və iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04.12.2020-ci il tarixli, S-315-112 saylı arxiv arayışının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən X3 Görədil ərazisində 142 №-li BTK bağ sahəsinin ayrılmasına dair 10.09.1992-ci il tarixli, 1374 saylı sərəncam. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağ sahəsindəki 142 nömrəli kooperativin 47 nömrəli orderinin surətindən görünür ki, X3 Bakı şəhər İcra Hakimiyyətinin 10 sentyabr 1992-ci il tarixli, 1374 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 142 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ ayrılıb. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Binəqədi rayonu, Göradil bağ massivi ərazisində X3 Bakı şəhər İK-nin 10.09.1992ci il tarixli, 1374 saylı qərarı, BTİ və İB-nin 47 saylı orderinə əsasən 1200 kv.m. sahəsi olan 384D saylı bağ evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2021-ci il tarixli, **********51 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 384D saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli 26.01.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə yoxdur. Bununla yanaşı orderdə göstərilən 384D saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb”. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.06.2021-ci il tarixli, **********71 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Sizin Bakı şəhəri. Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 384 nömrəli 0.12 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi kimin adına hüquqi qeydiyyata alınmış şəxs barədə arayışın verilməsinə dair sorğunuza 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 1374 nömrəli, 10.09.1992-ci il tarixli sərəncamı ilə 142 nömrəli bağ tikinti kooperativi nəzdində Göradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsinin ayrılmasına dair X1 adına 47 nömrəli order verilmişdir. Həmçinin bildiririk ki, Binəqədi rayonu, Göradil ərazisində 384d bağ nömrə ilə 0.12 hektar torpaq sahəsi keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanılmış 11,07.2005-ci il tarixli 35312 nömrəli müqavilə əsasında 15.11,2012-ci İl tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda Bakı şəhəri, Binqədi rayonu, Göradil kəndi, 384D nömrəli bağ evi kimi onun mülkiyyətindədir”. İş materiallarında olan 11.07.2005-ci il tarixli, 35312 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Cavabdeh2 Məşədi oğlu arasında bağlanmış və müqaviləyə əsasən Göradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ 10 il müddətinə Cavabdeh2 Məşədi oğlunun istifadəsinə verilmiş və müqavilədə istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilənin yeni müddətə artırılması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2012-ci i tarixli, 2inz(81)-1845/2012 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Bakı Şöbəsinə qarşı Bakı şəhər İcra Hakimiyyətimn Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 11.07.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən Cavabdeh2 istifadəsinə verilmiş Bakı şəhəri Binəqədi rayonu Göradıl qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsininin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilərək, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 11.07.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən Cavabdeh2 istifadəsinə verilmiş Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 08.11.2012-ci il tarixli, AA 044159 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Binəqədi rayonu, Göradil bağ massivi ərazisində Cavabdeh2 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2012-ci i tarixli, 2inz(81)-1845/2012 saylı qərarı və 11.07.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən 1200 kv.m. sahəsi olan 384D saylı bağ evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 384D saylı bağ evi 07.06.2018-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.10.2021-ci il tarixli, **********75 saylı qərardadda qeyd edilən sualların cavablandırılması barədə məktubunda aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Birıəqədi rayonu, Goradil bağ massivində yerləşən 384d nömrəli 0,12 ha bağ sahəsinə baxış keçirilməsi və qərardadda qeyd edilən sualların cavablandırılması barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Xidmətin 1 saylı Bakı Ərazi dərəsinin mütəxəssisləri tərəfindən qeyd edilən əraziyə baxış keçirilərək aşağıdakılar müəyyən edilmişdir:
1. İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, naturada döngə nöqtələrinin koordinatları dəqiqləşdirilmişdir.
2. Göstərilən torpaq sahəsinin vərəsələrindən biri olan İddiaçı istifadəsindədir.
3. Elektron kadastr baza məlumatlarına əsasən digər vətəndaşın adına qeydiyyatdan keçmiş 384d saylı bağ sahəsi sözügedən torpaq sahəsindən təxminən 160- 170 metr qərb hissədə yerləşir və bu sahəyə aidiyyəti yoxdur. Həmçinin göstərilən sahəyə iddiaçı mərhum X1 adına 142 nömrəli BTK-nın nəzdində 384d saylı bağ sahəsinə aid order təqdim edilib, lakin bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, 384d saylı bağın həmin əraziyə aid olub-olmadığını dəqiqləşdirmək mümkün olmamışdır”. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı atası X5, anası isə X4r. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 09.06.2013-cü il tarixdə, X6 isə 12.09.2021-ci il tarixdə ölmüşdür. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 11.07.2005-ci il tarixli, 35312 saylı müqavilə ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən Göradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ 10 il müddətinə Cavabdeh2 Məşədi oğlunun istifadəsinə verilmişdir. Halbuki, müqavilədə qeyd olunan 384D saylı bağ Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağ sahəsindəki 142 nömrəli kooperativin 47 nömrəli orderi ilə X3 ayrılmış və o, 1992-ci ildən 384D saylı bağdan ailəsi ilə birlikdə istifadə etmişdir. Məhkəmə hesab edir ki, bu tip işlərə baxılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi ilə bağlı mövqeyi də nəzərə alınmalıdır. Həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə həmçinin göstərmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçinin mənzilə dair yaşayış orderini qanunin qanuni sahibi olmasını təstiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” adlanan müqavilə bağlanmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət”in təşkil olunması üçün kifayət gədər əsaslıdır. Eyni zamanda “V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2018-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). ... “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. ... Qeyd olunmalıdır ki, mübahisəli torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ... hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarından göründüyü kimi, Bakı Şəhər İcraiyyə Komitəsinin 1374 nömrəli, 10.09.1992-ci il tarixli sərəncamı ilə 142 nömrəli bağ tikinti kooperativi nəzdində Göradil bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 384D nömrəli bağ sahəsinin ayrılmasına dair X1 adına 47 nömrəli order verildiyi və həmin bağ qeyd olunan vaxtdan onun istifadəsində olduğu halda, 384D saylı bağa dair hər hansı bir razılaşma (müqavilə) bağlanarkən onun iradə ifadəsi zəruri olsa da, onun iştirakı olmadan, 11.07.2005-ci il tarixli, 35312 saylı müqavilə ilə 384D saylı bağ Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən Cavabdeh2 Məşədi oğlunun istifadəsinə verilmişdir. Bununla da mübahisəli bağa dair bağlanmış qeyd edilən müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı və cavabdehin faktiki olaraq istifadələrində olan torpaq sahələrinin bir-birinə aidiyyətinin olmaması və bir-birindən 160-170 metr aralıda yerləşməsi işin mübahisəsiz halıdır. Yəni real olaraq iddiaçı və cavabdehə fərqli torpaq sahələri ayrılmış, lakin cavabdehlə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi arasında müqavilə bağlanarkən müqavilədə bağın nömrəsi 384D kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Cavabdeh2 Məşədi oğlu arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonunun Göradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 384D nömrəli bağın istifadəyə verilməsi haqqında 11.07.2005-ci il tarixli, 35312 saylı müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 384D saylı bağ evinin 07.06.2018-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın Dövlət reyestrindəki qeyd (Çıxarış – Seriya RX №1307929) ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə Cavabdeh2 Məşədi oğlu arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonunun Göradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 384D nömrəli bağın istifadəyə verilməsi haqqında 11.07.2005-ci il tarixli, 35312 saylı müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 384D saylı bağ evinin 07.06.2018-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın Dövlət reyestrindəki qeyd (Çıxarış – Seriya RX №1307929) ləğv edilsin. İddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə