Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5892/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi Azon zavodunun bağçılıq cəmiyyətinin üzvlərinin siyahısında 94-cü sırada soyadının Məmişova əvəzinə səhvən Məmmədova göstərildiyi üçün həmin sənədin ona aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi Azon zavodunun bağçılıq cəmiyyətinin üzvlərinin siyahısında 94-cü sırada soyadının Məmişova əvəzinə səhvən Məmmədova göstərildiyi üçün həmin sənədin ona aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri XDS İK-nin 15.11.1985-ci il tarixli 19\401 saylı qərarı və Azon b\y-nin 14.11.1987-ci il 03 saylı protokolu ilə Bakı şəhəri Qaradağ rayonu Şıxlar ərazisində yerləşən və ümumi sahəsi 500 m2 olan bağ sahəsi ona verilmiş və o, həmin bağ sahəsində bağ evi inşa etmişdir. Lakin Azon zavodunun Bağçılıq Cəmiyyətinin həmin ünvan üzrə siyahısında soyadı Məmişova əvəzinə Məmmədova qeyd edilmişdir. O, 22.12.2020-ci il tarixdə bağ sahəsində inşa etdiyi bağ evinin DƏDR-də qeydiyyata alınması ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, maraqlı şəxs 01.02.2021-ci il tarixli cavab məktubunda 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X1 Azon bağçılıq yoldaşlığının bölgü sxemində qeyd olunan ərazinin Könül Məmmədovanın adına qeyd olunmasını bildirilmişdir. Bakı şəhəri Qaradağ rayonu Şıxlar ərazisində yerləşən və ümumi sahəsi 500 m2 olan bağ sahəsinin bütün sənədlərində onun soyadı Məmişova kimi qeyd edildiyi halda, yalnız Azon zavodunun Bağçılıq Cəmiyyətinin siyahısında soyadı səhvən Məmmədova kimi qeyd edildiyindən onun inşa etdiyi evə dair mülkiyyət hüquqlarının qeydə alınması barədə ərizəsi təmin edilməmişdir. Azon zavodunun Bağçılıq Cəmiyyəti ləğv edildiyindən o, həmin cəmiyyətin siyahısında yol verilən səhvin düzəldilməsi üçün müraciət edə bilmir. Ona görə də Azon zavodunun bağçılıq cəmiyyətinin üzvlərinin siyahısında 94-cü sırada soyadının Məmişova əvəzinə səhvən Məmmədova göstərildiyi üçün həmin sənədin ona aid olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* saylı 09.02.2011-ci il tarixli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1971-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Azon zavodunun bağçılıq cəmiyyətinin üzvü Ərizəçi Azon zavodunun bağçılıq cəmiyyəti tərəfindən verilən arayış-orderinin surətindən müəyyən olunur ki, Bakı şəhər XDS İK-nin 15.11.1985-ci il tarixli 19\401 saylı qərarı və Azon b\y-nın 14.11.1987-ci il tarixli 03 saylı protokoluna əsasən D-8 saylı bağ sahəsi Ərizəçi ayrılmışdır. Azon bağçılıq yoldaşlıq üzvlərinin 04.11.1987-ci il tarixli 03 saylı ümumi iclasının protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Azon bağçılıq yoldaşlığın 70 üzvünün iştirakı ilə keçirilən ümumi iclasda püşk atma nəticəsində sahəsi 500 m2 olan d.08 saylı bağ sahəsinin 1971-ci il təvəllüdlü Ərizəçi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunan A № 342570 saylı torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, həmin sənəd Qaradağ rayonu Şıxlar bağ massivində Ərizəçi Bakı şəhər XDS İK-nin 15.11.1985ci il tarixli 19\401 saylı qərarı və Azon b\y-nın 14.11.1987-ci il tarixli 03 saylı protokolu ilə ayrılan 500 m2 torpaq sahəsində D-08 bağ evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilərək X11 kitabında 11.05.2011-ci il tarixdə 25526 nömrə ilə qeydə alınmışdır. Azon zavodunun bağçılıq cəmiyyəti tərəfindən 28.09.2000-ci il tarixdə verilmiş üzvlük kitabçasının surətindən müəyyən olunur ki, Ərizəçi Azon zavodunun bağçılıq cəmiyyətinin üzvü olaraq üzvlük haqlarını ödəmişdir. Azon zavodunun bağçılıq cəmiyyətinin sədri Ə.Ə.Qədirov tərəfindən tərtib olunan siyahıdan müəyyən olunur ki, D sahəsində bağ sahəsi Könül Məmmədovaya ayrılmışdır. Azon zavodunun bağçılıq cəmiyyətinin sədri Ə.Ə.Qədirov tərəfindən tərtib olunan bağ sahələrinin ayrılmasına dair siyahıdan müəyyən olunur ki, 94-cü sırada Könül Məmmədova qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.06.2021-ci il tarixli **********48 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi Azon bağçılıq yoldaşlıq üzvlərinin siyahısında Məmmədova Könül kimi yazılan soyadının Ərizəçi kimi düzəliş edilməsinə dair müraciətinə cavab olaraq Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinə verilməsinin qərara alınması, sənədlərdə hər hansı düzəlişin aparılmasının idarənin səlahiyyəti daxilində olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.11.2020-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi D10\374 saylı bağ evi X3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən PX seriyalı ******* saylı 20.06.2018-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi Q4 saylı bağ evi X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, onun mərhum əri X8 1996-cı ildə Azon zavodunun bağçılıq cəmiyyəti tərəfindən Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi Q sahəsində bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan bağ sahəsi onların istifadəsində olsa da, mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etməmişlər. O, artıq 20 ildir ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi D-8 saylı bağ sahəsinin sahibi olan Ərizəçi ilə bağ qonşusudur. D sahəsində Ərizəçi başqa Könül yoxdur. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, 20 ildir ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi D-8 saylı bağ sahəsinin sahibi olan Ərizəçi ilə bağ qonşusudur. Bağ sahaləri ona və qonşusu Ərizəçi Azon zavodunun bağçılıq cəmiyyəti tərəfindən ayrılmış, həmin vaxtdan onlar qonşuluqda yaşayırlar. D sahəsində Ərizəçi başqa Könül yoxdur. Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi Q4 saylı bağ evi və torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Qonşu olduğu üçün ona Ərizəçi özünə məxsus bağ sahəsini Azon zavodunun bağçılıq cəmiyyətinin təqdim etdiyi siyahıda soyadının Məmmədova yazılması səbəbindən sənədləşdirə, mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilməməsi məlumdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, ona və bacısı X4 Azon zavodunun bağçılıq cəmiyyəti tərəfindən bağ sahəsi ayrılmışdır. O, 20 ildən çoxdur ki, bacısı Ərizəçi ilə bağ qonşusudur. Belə ki, ona ayrılan Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi D10\374 saylı bağ evinə və torpaq sahəsinə dair mülkiyyət hüquqları DƏDRX-də xüsusi mülkiyyət hüququ əsasında qeydə alınaraq ona Dövlət reyestrindən 21.11.2020-cü il tarixdə çıxarış verilmişdir. Ərizəçi da ona ayrılan D-8 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etmiş, lakin ona Azon zavodunun bağçılıq cəmiyyətinin sədri Ə.Ə.Qədirov tərəfindən tərtib olunan bağ sahələrinin ayrılmasına dair siyahıda soyadının Məmişova əvəzinə Məmmədova kimi qeyd edilməsi bildirilərək imtina edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi Bakı şəhər XDS İK-nin 15.11.1985-ci il tarixli 19\401 saylı qərarı və Azon b\y-nın 14.11.1987-ci il tarixli 03 saylı protokolu ilə Qaradağ rayonu Şıxlar bağ massivi D-08 ünvanında 500 m2 ərazidə bağ evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ayrıldığı vaxtdan Ərizəçi istifadəsində və sahibliyindədir. Tədqiq olunmuş sübutlarla daha sonra müəyyən olunmuşdur ki, Azon zavodunun bağçılıq cəmiyyətinin sədri Ə.Ə.Qədirov tərəfindən tərtib olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunan bağ sahələrinin ayrılmasına dair siyahıda Ərizəçi soyadı Məmmədova olaraq yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.02.2021-ci il tarixli **********55 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X1 Azon bağçılıq yoldaşlığının üzvlərinin siyahısında adının aşkar olunmaması, Azon bağçılıq yoldaşlığının bölgü sxemində qeyd olunan ərazinin Könül Məmmədovanın adına qeyd olunması bildirilərək daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Qərardan daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Azon zavodunun bağçılıq cəmiyyətinin sədri Ə.Ə.Qədirov tərəfindən tərtib olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunan siyahıda Ərizəçi soyadı onun şəxsiyyətində göstərilən Məmişova əvəzinə Məmmədova olaraq yazıldığından, həmin hüquqmüəyyənedici sənədi verən təşkilat ləğv edildiyi üçün sənəddəki səhvin düzəldilməsi mümkün olmadığından, bu səbəbdən ərizəçin ona ayrılan bağ sahəsinə dair hüquqlarının qeydə alınmasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edildiyindən ərizə əsaslıdır ona görə də təmin edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Azon zavodunun bağçılıq cəmiyyətinin sədri Ə.Ə.Qədirov tərəfindən tərtib olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunan Azon zavodunun bağçılıq cəmiyyətinin üzvlərinin siyahısı barədə sənədin, Məmmədova Könül barəsində 94-cü sırada qeyd olunan məlumata dair hissədə, Ərizəçi aid olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5892/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5892/2021
04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver