Məhkəmə qərarları › İş №2(001)-59/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-59/2022

28.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-59/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı X3 İdarəsinin Cavabdeh qarşı X3 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 Yeni yaşayış massivi ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X3 İdarəsi Cavabdeh qarşı X3 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş- 200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 Yeni yaşayış massivi ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X3 İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X3 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 Yeni yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması 20.02.2020-ci il tarixdə aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın, partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də X3 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 Yeni yaşayış massivi ünvanında cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X3 İdarəsinin X1 əməkdaşları tərəfindən 20.02.2020-ci il tarixdə tərtib olunmuş aktından müəyyən olunur ki, X1 istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1, Yeni yaşayış massivi ünvanında tikinti işlərinin aparıldığı aşkarlanmış, aparılan tikinti işlərinin dayandırılması və sökülməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq tikinti işləri davam etdirilmişdir. Socar Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının rəisi tərəfindən verilmiş 20.02.2020-ci il tarixli 53 saylı bildirişdən aydın olur ki, 20.02.2020-ci il tarixdə Binəqədi- Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də kəmərin mühafizə zonsaında, kəmərdən 40 metr aralıda Cavabdeh məxsus Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 Yeni yaşayış massivində yerləşən həyətyanı sahədə, köhnədən inşa edilmiş ev tikilisinin qarşısında yeni tikinti (hasar) aparılması aşkar edilmişdir. İşin dayandırılması və sökülməsi barədə tikinti işləri aparan şəxs Cavabdeh şifahi və yazılı xəbərdarlıq olunmuşdur. Neft Kəmərləri İdarəsinin 20.02.2020-ci il tarixli xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1, Yeni yaşayış massivi ünvanında tikinti işlərinin aparılmasının, tikinti materiallarının yığılmasının və satışının yolverilməzliyi barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlığı imza etməklə tanış olmasını təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 14.01.2022-ci il tarixli 10/5112 saylı rəyindən müəyyən olunur ki, tədqiq olunan Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 Yeni yaşayış massivi ünvanında yerləşən mübahisə predmeti mişar daşından inşa edilmiş hasar tikilisinin olması müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1, Yeni yaşayış massivində yerləşən hasar tikilisi X3 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü magistral neft kəmərinin 1.5-ci kmdə kəmərin mühafizə zonasında inşa edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3.-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Həmin Qaydaların 6.4.-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh X3 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də 41 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1, Yeni yaşayış massivi ünvanında qanunsuz tikili, hasar inşa etməklə X3 İdarəsinə məxsus neft kəmərinin mühafizə zonasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin X3 İdarəsinin mühafizə zonasında özbaşına tikili - hasar inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 1.5-ci km-də 41 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1, Yeni yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili (hasar) Cavabdeh hesabına sökülərək cavabdeh mühafizə zonasından çıxarılsın. Cavabdeh dövlət rüsumuna görə 10 manat X3 İdarəsinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar