Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-601/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı 826,60 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı 826,60 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır və həmin ev üzrə təbii qaz istehlakçısıdır. Uzun müddət yaşadığı bu ünvanda onun qazla bağlı hər hansı problemi olmamış, qaz xətlərinə, qaz sayğacına, ümumilikdə qaz şəbəkəsinə və qazın verilməsini təmin edən digər qurğu və cihazlara heç bir zaman hər hansı müdaxilə edilməmiş, heç edilməsi də mümkün deyildir. 2020-ci ilin may ayında Cavabdeh İB-nin nümayəndələri qaz sayğacına baxış keçirmək istədiklərini ona bildirmiş, bu məqsədlə o Cavabdeh İB-nin nümayəndələrinə lazımi şəraiti yaratmışdır. Cavabdeh İB-nin nümayəndələri baxış keçirən zaman ilk öncə heç bir nöqsan və ya qüsur, uyğunsuzluq aşkar etməmiş və uzaqlaşmışlar. Bir müddət sonra isə ona guya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunu aşkar etdiklərini bildirərək bununla bağlı xx.xx.2020-ci il tarixli akt tərtib etmişlər. Həmin akt üzrə sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması ödənilməsi üçün müvafiq tədbirlər icra etməyi qərara almışlar. Həmin tədbirlər nəticəsində guya onun 2880 m3 həcmində qeydə alınmamış qaz sərfıyyatının olduğunu müəyyən etmişlər. Bunun nəticəsində də 826,60 manat borc hesablayaraq ödəməyini ondan tələb etmişlər. Cavabdehin belə bir tələblə çıxış etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri heç bir əsas olmadan, tamamilə fərziyə nəticəsində onun barəsində xx.xx.2020-ci il tarixli akt tərtib etmişlər. Çünki o, heç bir zaman qaz xəttinə əlavə xətt qoşmamış, qaz şəbəkəsinə qanunsuz müdaxilə etməmiş, buna onun ehtiyacı da olmamışdır. Cavabdehin nümayəndələri bunu evin divarından hansısa turba borusunun keçməsi ilə əsaslandırmağa çalışmışlar. Lakin diqqətlə baxdıqda aşkar şəkildə görmək olur ki, həmin borunun nəyin ki qazla, ümumiyyətlə, hər hansı kommunal təminatla bağlı heç bir əlaqəsi yoxdur. Həmin boru boş boru olmuş, heç bir qaz, su və sair şəbəkə ilə birləşməmişdir. Evin fasadında elə bir borunun olmasına səbəb isə təxminən 1 il bundan qabaq oğlunun toyu ilə əlaqədar olaraq evi təmir etmələri olmuşdur. Belə ki, əvvəlki təmir layihəsində elə bir boru nəzərdə tutulsa da, sonradan ona zərurət qalmamış və o qeyriişlək vəziyyətdə qalaraq istifadə edilməmişdir. Buna baxmayaraq cavabdeh qurumun nümayəndələri həmin borunun mütləq ki, qazla əlaqəli olduğu qənaətinə gələrək akt tərtib etmişlər. Halbuki, həmin boruya azacıq diqqətlə və daha yaxından baxmaq kifayət edərdi ki, onun qazla yaxından uzaqdan heç bir əlaqəsinin olmadığı aydın olsun. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi 1-ci şimal küçəsi 68B saylı fərdi yaşayış evinə verilən təbii qaz üçün xx.xx.2020-ci il tarixli akt üzrə əsassız olaraq hesablanmış 826,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İB-nin nümayəndələri iddiaçıya məxsus yaşayış sahəsində istifadə olunan qaz sayğacına baxış keçirərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunu aşkar edilmişdir. Bununla bağlı Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. X1 barəsində tərtib olunmuş Cavabdeh xx.xx.2020-ci il tarixli ******* saylı aktına əsasən cəmi 2880 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı X1 dəymiş ziyana görə 826,60 manatı Cavabdeh İB-yə ödəməlidir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli № 1451 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi, PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 25 gün qəbul edilməklə 720 m3, divar maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta gündəlik iş rejimi 24 saat və hesabat müddəti 25 gün qəbul edilməklə 1080 m3 olmaqla cəmi 2880 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/3374 saylı rəyindən müəyyən olunur ki, mülki iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi 1-ci şimal küçəsi 68B saylı fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkündür. Cavabdeh İB-yə məxsus qaz xəttinin texniki pasportu, evdə sayğacdan kənar qaz xəttinə qoşulu olmuş qaz işlədicilərinin texniki pasportları, sayı, növü, onlardan istifadə müddətləri təqdim olunmadığından Cavabdehnə vurulmuş ziyanın müəyyən edilməsi üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh iddiaçı barəsində sonuncunun istifadəsində olan qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi barədə xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib etsə də, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/3374 saylı rəyinə münasibət bildirib qeyd edir ki, ekspert tərəfindən iddiaçının faktiki olaraq cavabdehə məxsus qaz xəttinə sayğacdan kənar əlavə qoşulması faktı müəyyən edilmədiyindən, belə qoşulmanın yalnız texniki cəhətdən mümkün olması halını müəyyən edən rəy qoşulma faktının təsdiq olunması kimi qiymətləndirilə bilməz. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6.-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7.-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Cavabdehin sübut kimi istinad etdiyi aktın surətlərindən müəyyən olunur ki, akt iddiaçı tərəfindən imzalanmamış, aktda iddiaçının aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. İddiaçının cavabdehə məxsus qaz xəttinə qanunsuz qoşulma faktının müəyyən edilməsi üçün iş üzrə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspert faktiki olaraq qanunsuz qoşulmanın olmasını, vurulmuş ziyanın məbləğini müəyyən edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, öz fəaliyyətində əməl etməli olduğu Qaydaların tələbinə uyğun olaraq aktları lazımı qaydada tərtib etmək, bir nüsxəsini istehlakçıya vermək, istehlakçıya məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirmək, istehlakçının istifadə etdiyi qaz cihazlarının qeydiyyatını aparmaq cavabdehin vəzifəsi olduğu halda o, istehlakçı tərəfindən ona ziyan vurulmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməməklə tərtib etdiyi aktın mötəbərliyini sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli ******* saylı aktına əsasən İddiaçı hesablanan 826,60 manat borc silinsin. Cavabdehndən dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Cavabdehndən ekspertiza tədqiqatının dəyərinə görə 102 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-601/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-601/2021
16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver