Məhkəmə qərarları › İş №2(001)-614/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-614/2025

14.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-614/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə (İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 881,28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur və orada yaşayır. Həmin ünvanda smart tipli sayğac quraşdırılmışdır. X1 əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı cərimə yazılıb. Bundan iddiaçının xəbəri olmayıb. Həmin aktı və şəkili tələb etsə də, aktı vermiş, lakin şəkilləri verməmişlər. İddiaçı onlara komissiya təşkil edilməsini və evə baxış keçirilməsini təklif etmişdir, amma onlar razı olmayıb məhkəməyə müraciət etməsini bildiriblər. Ona məlum oldu ki, 881,28 manat cərimə yazılıb. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatından çox az müddət ərzində atasının evindən qaz istifadə etdiyini, lakin sonradan evinə qaz sayğacının quraşdırılmasını və hər ay mütəmadi olaraq qazdan istifadəyə görə pulu ödədiyini bildirmişdir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Həmçinin məhkəmənin suallarına cavab olaraq təbii qazın talanması ilə əlaqədar hazırki işlə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət etdiklərinə dair hər hansı rəsmi müraciətin olmamasını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdeh təşkilatın etirazını və işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 30 aprel 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, iddiaçıya məxsus evə baxış keçirilmiş, təbii qazdan saygacsız qeyriqanuni xətt ilə istifadə edildiyi aşkarlanmışdır. Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, kombinin maksimal ssatlıq qaz sərfi 2,6 kub-metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın həcmi 7344 kubmetr olaraq müəyyənləşdirilmişdir. Bununla bağlı cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. İstehlakçı adının qarşısında “imtina” qeydi göstərilmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin aprel ayına qalıq və aktlar üzrə 881,28 manat borc hesablanmışdır. Sayğac ünvana xx.xx.2024-cü ildə quraşdırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/214,10/314 nömrəli ekspert rəyinə əsasən qeyd olunan ünvan üzrə 1 gün ərzində istifadə olunan təbii qazın miqdarı 40,8 m3 təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/52 nömrəli ekspert rəyinə əsasən qeyd olunan ünvan üzrə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə yarana bilən zədə, iz və əlavə əlavə xətt aşkar edilmədi. Binəqədi Rayon Prokurorluğunun 1329-xid məkrubuna əsasən xx.xx.2024-cü il tarixli akt əsasında təbii qazın talanması ilə əlaqədar prokurorluğa məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni iddiaçıafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların iddiaçıafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. «Qaz təchizatı» haqqında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»nın 6.5-3-cü bəndinə əsasən aparılmalıdır. Həmin normanın məzmununa görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Göründüyü kimi qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilib-törədilməməsi halı müəyyən edilməlidir. O cümlədən də cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. Bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğacların zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu iddiaçının əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Bundan başqa, vurulmuş zərər məbləği müəyyən edilmiş qaydalara (təbii qazla işləyən cihazlar, onların göstəriciləri, müddət, istifadə rejimi və s. nəzərə alınmaqla) uyğun olaraq hesablanmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli aktdan görünür ki, bu hərəkətlər icra edilərkən iddiaçının, yəni istehlakçının özünün və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir. Belə ki, aktda “İstehlakçının nümayəndəsi” bölməsinin qarşısındakı imza qrafasında - imtina qeyd edilmişdir. Nəticə etibarilə sayğac çıxarılarkən, həmin sayğaca laboratoriya şəraitində baxış keçirilərkən istehlakçının iştirakının təmin edilməməsi çıxarılarkən sayğacda nasazlıqların mövcud olması halının özünü şübhə altına alır. Məhz belə şübhəli halın yaranmaması üçün qanunverici bu əməliyyatların icrası zamanı istehlakçının iştirakının zəruri olduğunu qeyd edir. Digər tərəfdən, sayğacın iddiaçının evinin daxilində deyil, evin həyətə baxan divarına çöl tərəfdən quraşdırılmış olması da sayğaca müdaxilə halında bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini sual altına alır və qanunverici bu hallarla bağlı sübutetmə yükünü istehsalçının üzərinə qoyur. Hazırki halda isə, göstərilənlərlə bağlı cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməmiş, öz yazılı etirazında müdaxilənin iddiaçıdan başqa heç kimin marağında olmadığını göstərməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, məsələyə bu cür yanaşmaqla zərərin məhz iddiaçı tərəfindən vurulması nəticəsinə gəlmək həm ədalətsiz, həm də əsassız yanaşma olar. Qeyd edilməlidir ki, məhkəmə özünün gəldiyi nəticəni ehtimallarla deyil, sübutlarla əsaslandırır. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair iş materiallarında inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Bundan başqa, müəyyən edilir ki, cavabdeh şirkət tərəfindən iddiaçıya sutkanın 12 saatı və 180 günlük müddət nəzərə alınmaqla borc hesablanmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, akt üzrə hesablanmış borcun məbləği də qanuni hesab edilə bilməz. Belə ki, əvvəla, borcun məbləği (vurulmuş ziyanın miqdarı) hesablanarkən «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanunun 13cü maddəsinin, “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinin tələbləri, akt üzrə borcun hesablandığı müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və s. nəzərə alınmamışdır. Qaz işlədicilərindən (PQ3 tipli qaz pilitəsi və kombi) maksimal saatlıq qaz sərfi, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün hesablanmaqla, həmçinin iş üzrə keçirilmiş ekspertizanın rəyində qeyd olunan göstəricilərlə dəymiş zərərin 1224 m3 (40,8 x 30) kimi dəymiş zərərin hesablanması (1224 m3 x 0,12= 146,88 manat) ağlabatandır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya əsassız ziyan kimi hesablanmış 734,4 manat borc onun hesabından silinməlidir. Həmçinin iddiaçı məhkəmə xərclərindən azad edildiyindən məhkəmə xərcləri iddianın təmin olunan hissəsinə münasibətdə cavabdeh təşkilata aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ziyan kimi hesablanmış 734,4 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat qalıq məbləğ İddiaçı məxsus **********00060 hesabından silinsin. Məhkəmə xərci kimi (dövlət rüsumunun əvəzi) 30 manat Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar