Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6188/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində işə cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Hökməli kəndində olan 0,10 ha torpağın mülkiyyətə verilməsinə dair JN-901A seriyalı, 30800036 kodlu şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X3 ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçi tərəfin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi Ərizəçi Əyyub oğluna ayrılmış və bu barədə ona JN – 901A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Bu sənəddə olan həmin şəxsin ata adı ilə ərizəçinin ata adı arasında uyğunsuzluq var. Ərizəçi bu sənəddə göstərilən şəxs olduğunu, sadəcə olaraq ata adının səhv yazılmasına, həmin sənədin ona məxsus olmasına və həmin sənəddə göstərilən torpaq sahəsinin ona ayrılmasına istinadən Maraqlı şəxsnə müraciət etmiş və qeyd edilən məsələ ilə bağlı yol verilmiş səhvin düzəldilməsini və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin İdarə torpaq sahəsinə dair hüquq müəyyənedici sənəddə ata adının fərqli olması (həmçinin digər əsas da göstərilmişdir) səbəbindən ərizəçinin ata adında düzəlişin edilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi Ərizəçi Əyyub oğluna ayrılmış və bununla bağlı verilmiş JN – 901A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də göstərilən şəxsin atasının adı ilə ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə olan ata adı fərqlidir, yəni üst-üstə düşmür. Belə ki, Ərizəçi olduğu halda, həmin sənəddə bu soyad və ada malik olan şəxsin ata adı Əyyub kimi göstərilmişdir. Bu sənəd hüquq müəyyənedici sənəddir və onun ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi həmin sənəd əsasında ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün lazımdır. Aidiyyəti orqan həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Bununla belə, həmin sənəddə göstərilən ata adına tam uyğun olan hər hansı şəxs, habelə orada göstərilmiş torpaq sahəsinin ərizəçidən başqa hər hansı digər şəxslərin istifadə və sahibliyində olması müəyyən edilməmişdir. Bu da öz növbəsində həmin sənəddə qeyd edilən Ərizəçi Əyyub oğlu ilə eyni şəxs olmasını və həmin sənədin məhz ərizəçiyə məxsus olmasını təsdiq edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları, habelə ata adında yol verilmiş hərif səhvlərinə görə sənədlərdə uyğunsuzluğun yarandığını nəzərə alıb, obyektiv həqiqət prinsipini rəhbər tutaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsinin verilməsi ilə bağlı JN – 901A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ərizəçi xx.xx.1963-cü il tarixdə Ağdaş rayonunda doğulmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli, 56 saylı qərarı ilə 0.10 ha torpaq sahəsinin verilməsi ilə bağlı JN – 901A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ərizəçi xx.xx.1963-cü il tarixdə Ağdaş rayonunda doğulmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6188/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6188/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver