Məhkəmə qərarları › İş №2(001)-621/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-621/2021

19.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-621/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, xx xxxxxx 1986-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri - xx xxxxxx 1986-cı il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, əri Abbasov Namiq İmran oğlu 18 yanvar 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli, açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, diffuz aksonol zədələnmı, alın sümüyünün sağdan kəllə əsasına keçən qəlpəli sınığı, pnevmosefaliya, sağ gicgah nahiyyəsində lövhəli epidural hematoma, sağ almacıq sümüyünün və maksilyar sinusun ön divarının sınığı, sağ Xİ qabırğanın sınığı, sağ ağ ciyərdə minimal kontuziyası, sağ alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ üz nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bud sümüyünün kondilusun və sağ V əl darağı sümüklərinin sınığı, sağ diz nahiyyəsinin əzilmiş-cırılmış yarası və hər iki diz nahiyyəsində qançır xəsarətlərini almışdır. Həmin vaxtdan yataq xəstəsidir, hərəkət etmir, yemək yemir, danışmır, əmək qabiliyyətinə malik deyildir. Buna görə də o, N.İ.Abbasovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, maraqlı şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Xatirə Qərib qızının əridir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə X4 Şəxs tərəfindən verilmiş “xəstənin stasionar tibbi kartından” 161 nömrəli çıxarışdan görünür ki, X2 diqanozu “açıq kəllə beyin travması. Baş beyinin ağır dərəcəli əzilməsi. Diffuz oksonal zədələnmə. Alın sümüyü sağdan kəllə əsasına keçən qəlbəli sınığı. Pnevmosefaliya. Sağ gicgah nahiyyədə lövhəvari epidural hematoma. Sağ almacıq sümüyün xətti sınığı Sağ Xİ qabırğanın sınığı. Sağ ağciyərdə minimal kontuziya. Sağ V falanqanın sınığı. Sağ diz nahiyyəsinin yumşaq toxumaların əziyi. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq N.İ.Abbasovun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 83 saylı rəyində qeyd olunmuşdur ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. xx xxxxxx 1986-cı il tarixdə Quba rayonunun Xaşı kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar