Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6219/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqalı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barədə mütsəqil tələb irəli sürməyən üçüncu şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeha qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü çəxs qismində Binəqədi rayonu Xocasən Bələdiyyəsi cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeha qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü çəxs qismində Binəqədi rayonu Xocasən Bələdiyyəsi cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək, sənədlərinin natamam olduğu səbəbindən iddia ərizəsinə baxılmadan geri qaytarılması xahiş etdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, iddiaçının ərizəsini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğundan və iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı Cavabdeha qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü çəxs qismində Binəqədi rayonu Xocasən Bələdiyyəsi cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(001)-6219/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6219/2023
06.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver