Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6303/2020 10.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” X3 cavabdeh xxxx qarşı bağlanmış müqavilənin etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” X5 cavabdeh Azərbaycan xxxx qarşı bağlanmış müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 26 saylı notariat kontorunda Sabit Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, sabiq “xxxx” MMC ilə fiziki şəxs qismində aralarında bağlanan xx xxx 2015-ci il tarixli müqaviləin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2015-ci il tarixində “xxxx” ASCnin səlahiyyətli nümayəndəsi tərəfindən ona Bakı şəhəri, Gənclik meydanından Koroğlu metrosunadək, Z.Bünyadov prospektinə paralel olaraq 7 km uunluğunda 6 zolaqlı yolda yolun tikintisi altına düşən əmlaka dəyən ziyan barədə bildiriş təqdim olunmuşdur. O, bildiriş veriləməmişdən öncə səlahiyyətli nümayəndələrə həmin ünvanın Bakı şəhər İcra Hakimiyyətinin əraziyə aid olan 0,136 hektar sahə “xxxx” X3 sənədlərini təqdim etmiş, daşınmaz əmlakın sahibi “xxxx” MKM-nin olduğunu və müəssisənin direktoru olduğunu bildirmişdir. Ona ərazinin təcili boşaldılması, yolun təcili çəkilməsi və bunun prezidentin ciddi əmrinin icrası ilə əlaqədar olduğu bildirilmişdir. Həqiqətən həmin il olimpiya stadionu tikilirdi. Bu tikinti beynəlxalq dərəcəli, dövlət əhəmiyyətli “Olimpiya Stadionu” idi. Məlumatın yalan olmadığı aydın məsələ idi. O, etiraz etməmişdir. Dövlət marağına həssaslıqla yanaşmışdır. Çünki strateji əhəmiyyətli yolun təcili çəkilməsinə mane olmaq haqsızlıq olardı. Səlahiyyətli nümayəndələr tərəfindən yolun altına düşən əmlakına 2 (hər mərtəbə 205 kv.m) mərtəbədən ibarət olan ofis yaradıcılıq evinin smeta dəyəri 400000 manat idi. Və son anlarda məlum olmuşdur ki, birinci mərtəbəsin 800, ikinci mərtəbəsi isə 300 dəyərləndirilməklə tikintinin ümumi dəyəri 286148 manat müəyyənləşdirilməklə bildiriş verilmişdir. O, bu qiymətə razı olmasa da, sonda razılaşmaq qərarına gəlmişdir. Əks təqdirdə “xxxx yaradıcılıq evi”-nin ən azından ümumi sahəsi 410 kv.m olmaqla öfis binası və ərazinin 0,136 hektar torpaq sahəsinin məcburi alınması, hüquq mühafizəə orqanları tərəfindən güc tətbiq edilməklə icra olunacaqdı. Belə hadisələr həmin ərazidə tez-tez baş verirdi. Özü şəxsən şahididir. MM deputatı R.Musabəyovla görüşdən və məsləhətindən sonra məlum olmuşdur ki, sənədli-sənədsiz, özbaşına tikililər daxil olmaqla yaşayış sahələrinin tam həcmdə dəyərinin ödəniləcəyi vurğulanmışdır.Cəmi 3 gün vaxt verilməklə təcili daşınma və köçürülmə əməliyyatı baş vermişdir. Məlum olmuşdur ki, Nərimanov rayon 205-ci qəsəbə, 55 saylı MKSİ təqdim etdiyi arayışa əsasən yaşayış sahəsi kimi qeyd olunaraq ailə tərkibi ilə həmin notariusda iştirak etmişdir. “xxxx” ASC-nin Binəqədi filialı tərəfindən onlara təqdim olunan məbləği qəbul etmişdir. Aralarında imzalanan müqavilənin surətinin ona verilməsini tələb etsə də, ona müqaviləni oxumasına ehtiyac olmadığı və müqavilənin surətinin onlarda qalması bildirilmişdir. Cavabdehə dəfələrlə müraciət edərək ona verilən məbləğlə razı olmadığını bildirmiş, 0,136 ha torpaq sahəsinin əvəzi kimi kompensasiya tələb etdiyini, kompensasiya verilmədiyi təqdirdə qarşılığında torpaq sahəsinin verilib-verilməyəcəyini soruşmuşdur. Ona ya torpaq sahəsi veriləcəyi ya da ki, kompensasiya veriləcəyi bildirilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx xxx 2015-ci il tarixli müqavilədə qeyd edilir ki, Yaşayış sahəsi arayışa əsasən birinci tərəfə məsusdur. Birinci tərəf ikinci tərəfdən 286148 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsini ikinci tərəfin xeyrinə imtina edir. Notarius müqaviləni təsdiqlədikdən sonra birinci tərəf yaşayış sahəsinə aid olan sənədləri ikinci tərəfə verməlidir. Ondan isə “xxxx” MKM-nə məxsus rəsmi və hüquqi sənədlər qəbul edilməmişdir. O sənədlərin surətini əraziyə baxış keçirilən zamana səlahiyyətli şəxslərə göstərmişdir. Lakin ondan sənədin əsilləri tələb edilməmişdir. Sual olunmalıdır ki, o nədən və hansı məbləğdən imtina etmişdir. Sübut olunan hüquqmüəyyən edici sənəd varmi? Onlar tərəfindən ona belə bir təklif edilməmişdir. Qeyd olunan faktların özü təsdiq edir ki, gizlin, aldatma və üstü-örtülü müqavilənin bağlanması, oxunmasına maneçilik, müqavilənin surətinin təqdim edilməməsi saxta müqavilənin bağlanması kimi düşünülür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 bildirdi ki, “xxxx” X5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisədir, özü rəssamdır. Rəsm əsərlərindən əldə edilən gəlir hesabına xeyriyyəçilik işləri həyata keçirir. Sözügedən müqavilə bağlanan zaman o bildirmişdir ki, torpaq onun şəxsi mülkiyyəti yox hüquqi şəxsin mülkiyyətindədir və müqavilə onunla bağlana bilməz. Lakin hədə-qorxu ilə həmin müqavilənin bağlanılmasına məcbur olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bundan başqa həmin qərarda göstərilmişdir ki, Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. İşin hallarından görünür ki, iddiaçı “xxxx” X5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir, iddiaçının nümayəndəsi isə onun qanuni təmsilçisidir. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olma səlahiiyəti verilən publik hüquqi şəxsdir. Mübahisə hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsi və onun üzərində olan tikililərin sökülməsi ilə bağlı ödənilən kompensasiya barədə tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli müqavilənin etibarsızlığından ibarətdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı və cavabdeh hüquqi şəxs olduğundan, mübahisə isə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin bağlanılması ilə bağlı kompensasiya məbləğinə dair razılaşmanın etibarsız hesab edilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin: 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı “xxxx” X1 cavabdeh xxxx Publik Hüquqi şəxsə qarşı bağlanmış müqavilənin etibarsız sayılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6303/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6303/2020
10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver