Məhkəmə qərarları › İş №2(001)-6373/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6373/2021

15.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6373/2021 15.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 486 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 486 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus Binəqədi rayonu Biləcəri qəsəbəsi Vağzalyanı küçəsi 30 saylı evin 6 saylı mənzilində Azəriqaz İB-nin əməkdaşları tərfindən qaz sayğacı dəyişdirilərək yeni smartkart tipli qaz sayğacı quraşdırılmış, sonradan akt tərtib olunaraq köhnə sayğacın klapanının işlək vəziyyətdə olmaması qeyd edilmişdir. Azəriqaz İB-nin əməkdaşları özləri sayğacı dəyişərkən sayğacın plobunu qırmışlar. Qaz sayğacı onun mənzilindən kənarda quraşdırılmış, həmin sayğaca müdaxilə etməsi onun marağında deyil və o, sayğaca müdaxilə etməmişdir. Hal-hazırda Azəriqaz İB ondan cərimə olaraq 486 manat tələb edir. O, mənzilində istifadə olunan qaz sərfiyyatının dəyərini vaxtlı-vaxtında ödəyir, cavabdehə borcu yoxdur. Sayğaca müdaxilə etmədiyndən Azəriqaz İB-nin ondan tələb etdiyi 486 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mənzilində istifadə olunan qaz sayğacı yenisi ilə əvəz edilmiş, daha sonra ARDNŞ-nin Azəriqaz İB və İTRİ-nin MSK 29\1710-00356 saylı rəyinə əsasən 1302AZ**********54 saylı sayğacın klapanının işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. X3 əməkdaşları tərəfindən tərtib olunmuş 30.07.2019-cu il tarixli ******* saylı akta əsasən ARDNŞ-nin Azəriqaz İB və İTRİ-nin MSK 29\1710-00356 saylı rəyinə əsasən iddiaçının istifadəsində olan 1302AZ**********54 saylı qaz sayğacının klapanının işlək vəziyyətdə olmadığı üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 30.07.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən İddiaçı barəsində tərtib olunmuş 30.07.2019-cu il tarixli ******* saylı akta əsasən hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı dəymiş ziyana görə 486 manatı cavabdehə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş eidr. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. ARDNŞ-nin Azəriqaz İB və İTRİ-nin MSK 29\1710-00356 saylı rəyindən müəyyən olunur ki, 1302AZ**********54 saylı sayğacın klapanı işlək vəziyyətdə deyildir. X3 əməkdaşları tərəfindən tərtib olunmuş 30.07.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, ARDNŞ-nin Azəriqaz İB və İTRİ-nin MSK 29\1710-00356 saylı rəyinə əsasən 1302AZ**********54 saylı İddiaçı yaşadığı mənzildə istifadə olunana qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, akt abonent tərəfindən imzalanmamışdır. X3 30.07.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin sutəyindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 30.07.2019-cu il tarixli ******* saylı akta əsasən hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 486 manat ziyan hesablamaqla bu məbləğin istehlakçıdan ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıdan əsassız olaraq qaz sərfiyyatına görə pul tələb edir. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 486 manat silinsin. X2 dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar