Məhkəmə qərarları › İş №2(001)-6373/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6373/2024

04.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6373/2024 04.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh2na və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh2na və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iş üzrə isə iddiaçı İran İslam Respublikasının vətəndaşı olan Cavabdeh2 ilə İddiaçı arasında 11 saylı Notariat Ofisində bağlanmış 12 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsızlığı tələb etsə də, həmin kredit müqaviləsini iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin dəftərxanası tərəfindən tərtib olunmuş 30 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısında göstərilsə də, 11 saylı Notariat Ofisində bağlanmış 12 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi ərizəyə əlavə olunmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Hazırki iş üzrə iddia ərizəsi nəzərdən keçirilərkən etibarsızlığı tələb edilən sübutun iddiaçıdan asılı olmayan səbəblərdən təqdim edilə bilməməsi də göstərilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsində etibarsızlığı tələb edilən İran İslam Respublikasının vətəndaşı olan Cavabdeh2 ilə İddiaçı arasında 11 saylı Notariat Ofisində bağlanmış 12 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi sübut kimi iddia ərizəsinə əlavə edilmədiyindən iddia natamamlıq təşkil edir. Belə olduğu halda isə işin icraata götürülərək baxılması mümkün deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə zidd olaraq iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməmişdir. Beləliklə, hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh2na və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh2na və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar