Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6384/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2019-cu il tarixli, UNİ-2984 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, sonuncunun sifarişi ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA544335 ban, 0243 mühərrik nömrəli, ağ rəngli avtomobil cavabdehin müvəqqəti sahibliyinə verilmişdir. Müqaviləyə əsasən, Cavabdeh illik 12 faiz hesablanmaqla 48 ay müddətinə hər ay 421,34 manat, ümumilikdə isə 20224 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərinə əməl etmədiyindən 22 may 2021-ci il tarixə 1206,36 manat əsas, 471,58 manat gecikdirilmiş mükafat və həmin tarixə hesablanmış 573,71 manat dəbbə pulu olmaqla cəmi 2251,65 manat məbləğində borcu yaranmışdır. Həmin avtomobil 22 may 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və satış mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2374 manat məbləğində zərər vurulmuşdur. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 02 aprel 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, yuxarıda göstərilən məbləğdə borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gasan Guseinov iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki iş materiallarında olan: - 02 aprel 2019-cu il tarixli “X1” əsasən, 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA544335 ban, 0243 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh müqəvəqqəti sahibliyinə verilmiş, Cavabdeh illik 12 faiz hesablanmaqla 48 ay müddətinə hər ay 421,34 manat, ümumilikdə isə 20224 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. - 02 aprel 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “Daewoo Gentra” markalı avtomobil Cavabdeh təqdim edilmişdir. - AD seriyalı, 470087 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA544335 ban, 0243 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı ASC-nin mülkiyyətindədir. - "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Daewoo” markalı, **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2374 manat maddi zərər vurulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh 02 aprel 2019-cu il tarixli, UNİ-2984 nömrəli lizinq müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdükləri öhdəliklərə əməl etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur, buna görə də, iddiaçı müqavilənin vaxtından əvvəl ləğvi tələbində haqlı olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən həmin müqavilə üzrə yaranmış əsas, mükafat borcu, habelə iddiaçıya vurulmuş zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmin məbləğlər iddia tələbində göstərilənlərə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 1206,36 manat məbləğində əsas borca 573,71 manat məbləğində dəbbə borcunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 573,71 məbləğində dəbbə pulunun məbləği azaldılaraq 22 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borc 1206,36 manat, gecikdirilmiş mükafat 471,58 manat, cərimə borcu kimi 22 manat, zərərin əvəzi kimi 2374 manat olmaqla ümumilikdə 4073,94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi vəsaitin əvəzi kimi 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2019-cu il tarixli, UNİ-2984 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Cavabdeh 02 aprel 2019-cu il tarixli, UNİ-2984 nömrəli müqavilə üzrə yaranmış 1206,36 manat məbləğində əsas, 471,58 manat məbləğində gecikdirilmiş mükafat, 22 manat cərimə borcu və zərərin əvəzi kimi 2374 manat olmaqla, ümumilikdə 4073,94 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6384/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6384/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver