Məhkəmə qərarları › İş №2(001)-640/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-640/2024

09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-640/2024 09.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-207 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən Ərizəçi Həsən qızının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayır. Şəmkir rayon 3 nömrəli Dövlət Notariat Kontorunun xx.xx.2023-cü il tarixli, 4Ə-04-437 nömrəli alqı-satqı müqaviləsi əsasında onun və digər şəxslərin ümumi birgə mülkiyyətinə 8.3249 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-207 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi ata adı “Həsən” kimi göstərilmişdir. Ancaq onun bütün sənədlərində soyadı, adı və atasının adı Ərizəçi qeyd edilmişdir. Onun adında yalnışlıq olduğundan mülkiyyətində olan torpaq sahəsi ilə bağlı sənədləşmə apara bilmir. Hazırda qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan yalnışlığı aradan qaldıra bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı qızıdır. Sənəddə yazılan “Həsən” ərizəçinin əmisidir, atasının adı isə “Hüseyn”dir. Niyə elə yazılıb bilmir. Məhkəmə iclasında şahid qismində ifadə X1 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə eyni kənddəndir. Ərizəçinin atasının adı “Hüseyn” olub, yalnışlıqla “Həsən” yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 atası X8, anası X2r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim etdiyi JN-207, kod-50400088 saylı “Dövlət Aktı” sənədində qeyd olunan mülkiyyətçinin ata adı və soyadı ilə, “şəxsiyyət vəsiqəsi”ndə olan ata adı ilə soyadı arasında səhvlik mövcüd olduğundan, ad və soyadlarda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyin təsdiq edilməsi, 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırlmasınl (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. JN-027 saylı, 50400088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Şəmkir rayon 2 nömrəli DNK-nin xx.xx.2023-cü il tarixli 4Ə-04-437 saylı alqı-satqı müqaviləsi ilə ilə 8.3249 hektar torpaq sahəsi Ərizəçi Həsən(Hüseyn) qızına və ailə üzvləri X9, Bayramov (Nəbiyev) Əli Elxan oğluna və X6 verilmişdir. xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, Bayramova X15 mülkiyyət hüququna dair JN-027 Kod-50400088 saylı Dövlət aktına əsasən onlara məxsus olan Şəmkir rayonu Nərimanlı kəndində yerləşən 27c sahəsi 21886.00 kv.m.-dən ibarət olan torpaq sahəsini X12 ******* manata satmışdır. İİİ-СЛ seriyalı 284907 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 ilə X13 arasında olan nikah xx.xx.1986-cı il tarixdə bağlanmış və 31 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Bayramova” soyadı verilmişdir. V-СЛ seriyalı 486786 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X16 atası X18, anası isə Ərizəçidır. Vİ-СЛ seriyalı 372976 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X7 atası X18, anası isə Ərizəçidır. Xİİİ-ЖГ seriyalı 485203 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X5 atası X18, anası isə Ərizəçidır. AZ-İ 946231 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi X3 qızıdır. Belə ki, İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 atası X8, anası X2r. Lakin, JN- 027 saylı, 50400088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi atasının adı yanlış olaraq “Həsən” kimi göstərilmişdir. Göründüyü kimi, ərizəçinin atasının JN-027 saylı, 50400088 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən adı, iş materiallarında olan doğum haqqında şəhadətnaməsindəki, şəxsiyyət vəsiqəsindəki və nikah haqqında şəhadətnaməsindəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, JN-207 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən “Ərizəçi Həsən qızı” Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-207 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında qeyd edilən “Ərizəçi Həsən qızı” Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar