Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6456/2020 03.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının vəkili X10 iştirakı ilə, İddiaçı cavabdeh X14 qarşı “aliment miqdarının artırılması, əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X14 qarşı “aliment miqdarının artırılması, əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edilən gündən yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2006-cı il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 manat sabit pul məbləğinin, eyni zamanda cavabdehin əmək haqqının ¼ hissəsi məbləğində aliment məbləğinin və əlavə xərc olaraq 70 manat məbləğində pul vəsaitinin cavabdeh Baxşaliyev Vüsal Akif oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2012-ci il tarixdə cavabdeh X18 ilə aralarındakı nikah pozulmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx xxx 2012-ci il tarixli, 2(032)-360/2012 saylı məhkəmə əmri ilə xx xxxxxxxx 2006-cı il tarixdə anadan olmuş Baxşaliyeva Xəyalə Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bütöv qazancının ¼ hissəsi miqdarında alimentin Cavabdeh tutularaq X9 verilməsi qət edilmişdir. Sonrada Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(072)-568/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxxxxxx 2006-cı ildə anadan olmuş Baxşaliyeva Xəyalə Vüsal qızının saxlanması üçün əvvəli xx xxxxx 2014-cü ildən hesablanmaqla cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay sabit pul məbləğində 80 manat alimentin tutularaq X7 verilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh tərəfindən birgə nikahdan doğulan xx xxxxxxxx 2006-cı ildə anadan olmuş X3 üçün əlavə heç bir maddi kömək göstərilməmişdir. Belə ki, hal-hazırda X6 14 yaşı var. Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(072)-568/2014 saylı qətnaməsində qeyd olunmuş 80 manat aliment isə uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın orta məktəbdə təhsil aldığını, eyni zamanda onun sağlamlığının qorunması üçün tez-tez tibbi xərclərinin, əlavə dərslərin keçirilməsi üçün kursların ödənişinin, gündəlik yeyinti, geyiminin və s.məsrəfləri artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Belə olan halda isə uşağın bütün qayğısını, ehtiyacını tamamilə işsiz olaraq özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac artsa da, cavabdeh ona qarşı heç bir diqqət göstərmir. Pandemiya dövründə isə uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək isə tək qadın olaraq çox çətindir. Buna görə də, alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, hazırda sabit pul məbləğində tutulan alimentin məbləği artırılmalı, eyni zamanda əmək haqqının ¼ hissəsi məbləğində aliment tutulmalı və əlavə xərclərin ödənilməsi üçün hər ay 70 manat məbləğində qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd edir ki, cavabdehin maddi vəziyyətinin yaxşı olmaması onun qanunla müəyyən edilmiş uşaqların lazımi səviyyədə saxlanması vəzifəsindən azad etmir və əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Hazırda birgə nikahlarından olan uşaqların onun himayəsində qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi , yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən cavabdehdən tutulmasına əsas ola bilər Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X15 öz səlahiyyətləri həddində izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq , iddia tələbini qismən qəbul etdiyini, alimentin 170 manat sabit pul məbləğində müəyyən edilməsinə razı olduğunu bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında da iddiaya etirazında göstərilən məzmunda izahat vermişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyinin üstünlüyü baxımından hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(072)\568/2014 saylı qətnaməsi ilə xx xxxxxxxx 2006-cı ildə anadan olmuş X2 üçün əvvəli xx xxxxx 2014-cü ildən hesablanmaqla cavabdeh ünvan 1-də yaşayan Cavabdeh hər ay sabit pul məbləğində 80 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. AZE seriyalı, 11289489 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Baxşaliyeva Xəyalə xx xxxxxxxx 2006-cı il tarixində Şirvan şəhərində doğulmuş, atası Cavabdeh, anası Susana Baxşaliyevadır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh X11 birgə nikahından xx xxxxxxxx 2006-cı il təvəllüdlü X12 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(072)-568/2014 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 170 manat məbləğində müəyyən edilməsini, eyni zamanda cavabdehin əmək haqqının ¼ hissəsi məbləğində alimentin və əlavə xərc olaraq 70 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı artıq müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etdiyindən, məhkəmə onun tələbinə məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verməlidir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X5 X13 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2014-cü ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(072)- 568/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Lakin iddiaçı cavabdehin gəlirləri və müntəzəm qazanca malik olması haqqında məhkəməyə sübut təqdim edə bilmədiyindən və alimentin həm sabit pul məbləğində, həm də hissəvi tutulması üçün əsas müəyyən edilmədiyindən məhkəmə o qənaətə gəlir ki, alimentin məbləği artırılaraq yalnız sabit pul məbləğində müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən hər ay iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək uşaqlar üçün nəzərdə tutulmuş yayayış minimumu həddində, yəni hər ay üçün 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehdən 70 manat məbləğində əlavə xərcin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından aslıdır, əlavə xərclər dəyişilməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Bu normaların yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Lakin iş materiallarında göründüyü kimi, iddiaçı cavabdehdən yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2006-cı il təvəllüdlü X2 üçün əlavə xərclərlərin tutulmasını zəruri edən müstəsna hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən Ali Məhkəmənin Plenum qərarında əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(072)-568/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan (170 - 80=90 x 12=1080) ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(072)-568/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxxxxx 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6456/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6456/2020
03.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver