Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1631/2024 26.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması, əlavə xərclər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması, əlavə xərclər” tələbi ilə məhkəməyə müraciət edərək X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi, Cavabdeh təhsil haqqı ilə bağlı xərclərə cəlb edilməsi, X3 Xəzər Universitetinin Gəncə Dünya Məktəbində təhsil alması ilə bağlı onun tərəfindən ödənilən 7225 manat məbləğində təhsil haqqının yarısı 3612,5 manat sabit pul məbləğində pulun, uşağın xəstəliyi ilə əlaqədar dərman preparatlarının alınması üçün tələb olunan 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində alimentin artırılması hissəsində dəqiqləşdirmə apararaq Cavabdeh tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahından 21 fevral 2010-cu ildə X4 adlı övaldı dünyaya gəlmişdir. Goranboy Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli 2(045)- 343/2011 saylı qətnaməsi ilə nikahları pozulmuş, 21 fevral 2010-cu ildə doğulmuş X4 anası İddiaçı himayəsinə verilmiş, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 may 2011-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tutulan alimentin sabit pul məbləğində 235 manat məbləğində müəyyən edilməsini xahiş edir. X1 Xəzər Universitetinin Gəncə Dünya Məktəbində təhsil alır, onun tərəfindən 7225 manat məbləğində təhsil haqqı ödənilir, həmin məbləğin yarısının da cavabdehdən tutulmasını xahiş edir. X1 tourette sindromundan əziyyət çəkir, dərnmanların qiyməti hər il 1200 manat təşkil edir. Uşaq 2021-ci ildən həmin dərmanları qəbul edir. Buna görə də uşağın xəstəliyi ilə əlaqədar dərman preparatlarının alınması üçün tələb olunan 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli 2(045)-343/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 15 avqust 2008-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, 21 fevral 2010-cu ildə doğulmuş X4 anası İddiaçı himayəsinə verilmiş, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 may 2011-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İV 889644 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu ildə ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Xəzər Universitetinin Gəncə Dünya Məktəbinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 Universitetinin Gəncə Dünya Məktəbində Vİİİ sinifdə təhsil alır. Təhsil haqqı 7225 manatdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2014-cü il tarixli 2(102)-3183/14 saylı qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli 2(045)- 343/2011 saylı qətnaməsi ləv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, Cavabdeh aylıq qazancından ¼ hissədə və hər ya sabit pul məbləğində 46 manat aliment tutulub 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmansı üçün İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayon icra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Goranboy rayon icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cavabdeh 19 yanvar 2022-ci il tarixdən dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı ümumulikdə 110 manat mediasiya xərci ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nikah 15 avqust 2008-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış, Goranboy Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli 2(045)- 343/2011 saylı qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında 15 avqust 2008-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, 21 fevral 2010-cu ildə doğulmuş X4 anası İddiaçı himayəsinə verilmiş, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 may 2011-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2014-cü il tarixli 2(102)-3183/14 saylı qərarına əsasən dan Goranboy Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli 2(045)-343/2011 saylı qətnaməsi ləv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, Cavabdeh aylıq qazancından ¼ hissədə və hər ya sabit pul məbləğində 46 manat aliment tutulub 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmansı üçün İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin vaxtdan xeyli müddət keçmişdir. Bu müddət ərzində, qanunvericilikdə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu artırılmışdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Həmçinin Goranboy rayon icra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamına əsasən Goranboy rayon icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cavabdeh 19 yanvar 2022-ci il tarixdən dövlət qulluğuna xitam verilmişdir. İddiaçı xətəlilklə bağlı əlavə xərclər tələbini irəli sürsə də uşağın xəstəliyi ilə əlaqədar daimi qulluğa tələbatının olması barədə məhkəməyə hər hansı sübut təqfim edilməmişdir. İşin göstərilən halları tərəflərin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların mənafeyini üstün tutulmalı və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilməlidir. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, alimentin artırılması hissəsində iddia təmin qismən edilməli, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün edilmiş müəyyən edilmiş alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində müəyən edilməli, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçının övladı X3 Xəzər Universitetinin Gəncə Dünya Məktəbində təhsil alması ilə bağlı onun tərəfindən ödənilən 7225 manat məbləğində təhsil haqqının yarısı 3612,5 manat sabit pul məbləğində pulun cababdehdən tutulması barədə tələbinə məhkəmə qiymət verərək hesab edir ki, hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ dövlət tərəfindən təmin edildiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli 1532-VQ nömrəli qanununun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır. İddiaçının uşağın xəstəliyi ilə əlaqədar dərman preparatlarının alınması üçün tələb olunan 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə tələbinə dair məhkəmə qeyd edir ki, uşağın ağır xəstə, əlilliyinin müəyyən edilməsi, uşağın sağalmaz xəstəliyi ilə əlaqədar daimi xərclərin tələb olunmasına dair iddiaçı məhəkməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 119.1 və 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə göstərilmişdir ki, alimentin alınması haqqındakı iddiaların qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Odur ki, qanunvericiliyin qeyd olunan tələbinə müvafiq olaraq cavabdehdən aliment iddiası üzrə müəyyən olunmuş dövlət rüsumu alınıb dövlət mədaxilinə ödənilməlidir. İddiaçı iddia ərizəsində tələb etmədiyindən onun tərəfindən ödənilmiş mediasiya xərci özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün edilmiş müəyyən edilmiş alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilsin və 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh alimentin alınması iddiası üzrə qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 41,6 manat məbləğində dövlət rüsumu alınıb dövlət mədaxilinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1631/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1631/2024
26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver