Məhkəmə qərarları › İş №2(001)-6498/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6498/2022

20.10.2022 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6498/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Maraqlı şəxs qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırılmışdır ki, vətəndaş Maraqlı şəxs ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, 2017-ci ildən Rusiya Federasiyası Tatarıstan Respublikasının Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyində işlədiyini qeyd etmiş və bu səbəbdən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlamış və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikəri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilmişdir. X1 Xidməti, Xarici Kəşfiyyat Xidmət və Daxili İşlər Nazirliyi Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs son yaşayış yeri üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-10.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 355-10.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata dair Dövlət Miqrasiya Xidmətinin rəyindən və icraata başlamaq haqqında qərardadından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Maraqlı şəxs ərizəsinə əsasən, şəxsin vətəndaşlığının itirilməsinə dair icraata başlanımış, şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlamış və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikəri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilmişdir. Həmçinin Maraqlı şəxs ərizəsinə əlavə olunmuş Tatarıstan Respublikasının Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin xx.xx.2022-ci il tarixli 5 nömrəli arayışında Maraqlı şəxs xx.xx.2017-ci il tarixdən həmin Nazirliyin hüquqi təminat şöbəsində aparıcı məsləhətçi vəzifəsində xidmət etdiyi qeyd edilmişdir. Şəxsin Rusiya Federasiyası Tatarıstan Respublikasının vətəndaşlığını əldə etməsi iş materiallarına əsasən təsdiq olunduğuna görə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsini məqsədəuyğun hesab etmiş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-5-ci hissəsini rəhbər tutaraq Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməli olması ilə bağlı rəy vermişdir. - adının dəyişdirilməsi haqqında Şəhadətnaməyə əsasən, Maraqlı şəxs Çingiz oğlu (tatar-Rusiya vətəndaşı) xx.xx.2012-ci il tarixdə (59 nömrəli akta əsasən) adını Maraqlı şəxs dəyişmişdir. - doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs Çingiz oğlunun (Çingizoviç) atası X4-Borisoviç (milliyyətiazərbaycanlı), anası X2 (milliyyəti-tatar). - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verilmiş sorğulara cavablardan görünür ki, Maraqlı şəxs ilə bağlı heç bir öhdəlik aşkar edilməmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-2-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. Azərbaycan Respublikasının MPM-nin 355-8.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. 355-8.2-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Bu Məcəllənin 355-10.1-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və digər dövlətin vətəndaşlığını könüllü qəbul etməsi səbəbindən Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1984cü il, doğulduğu yer Bakı şəhəri) Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-8 -355-10-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1984-cü il, doğulduğu yer Bakı şəhəri) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar