Məhkəmə qərarları › İş №2(001)-6508/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6508/2021

25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6508/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Alyans NT MMC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12.08.2015-ci il tarixli 3M-1878 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarşın ləğv edilməsinə və torpaq sahəsinin Alyans NT MMCnin əməli istifadəsinə verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Alyans NT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12.08.2015-ci il tarixli 3M- 1878 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarşın ləğv edilməsinə və torpaq sahəsinin Alyans NT MMC-nin əməli istifadəsinə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Alyans NT MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin, mühiyyəti üzrə baxılmasını tələb etmədiklərindən, geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və mümayəndəsi Vəkil2 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə mülki işin sənədlərini araşdırıb, iddiaçının vəkili və nümayəndəsinin iddia ərizəsinin geri qaytarılmasını tələb etməsini, Cavabdeh1 vəkili və nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, digər cavabdehlərin məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini nəzərə alıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Alyans NT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12.08.2015-ci il tarixli 3M-1878 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarşın ləğv edilməsinə və torpaq sahəsinin Alyans NT MMC-nin əməli istifadəsinə verilməsinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar