Məhkəmə qərarları › İş №2(001)-6541/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6541/2020

06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6541/2020 06.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı ərizəçi Qurbanova (İsmayılova) Elnarə Kamil qızının həqiqətən Azərbaycan SSR DİN tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XXVİ-JQ № 558602 seriyalı sovet vətəndaşı pasportunda qeyd edilən şəxsin özü olması faktının müəyyən edilməsinə dair ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM Ərizəçi Qurbanova (İsmayılova) Elnarə Kamil qızı həqiqətən Azərbaycan SSR DİN tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XXVİ-JQ № 558602 seriyalı sovet vətəndaşı pasportunda qeyd edilən şəxsin özü olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə ərizə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədən və ərizəyə əlavə olunan sənədlərdən müəyyən olunur ki, ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməni təkrar ala bilmədiyindən Azərbaycan SSR DİN tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XXVİ-JQ № 558602 seriyalı sovet vətəndaşı pasportunda qeyd edilən şəxsin özü olması faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında xx xxxxx 2019cu il tarixli, 03 saylı Qərarında qeyd etmişdir ki, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göründüyü kimi ərizəçinin müəyyən edilməsini xahiş etdiyi sənəddə göstərilmiş şəxsin həmin şəxs olmasına dair faktların məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməz olduğundan, belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmadığından ərizəsi qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması ilə bağlı inzibati orqana müraciət etməsi, sonuncunun imtinası ilə qarşılaşdığı halda isə inzibati orqanın hərəkət və ya hərəkətsizliyini aidiyyəti məhkəməyə müraciət etməklə mübahisələndirmək hüququnun olması izah olunur. Azərbaycan Respublikası MPM-nin 153.2.-cü maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2.,153.2.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM Ərizəçi Qurbanova (İsmayılova) Elnarə Kamil qızının həqiqətən Azərbaycan SSR DİN tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XXVİ-JQ № 558602 seriyalı sovet vətəndaşı pasportunda qeyd edilən şəxsin özü olması faktının müəyyən edilməsinə dair ərizəsi qəbul edilməsindən imtina edilsin. Qərardadan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar