Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6549/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizə ilə məhkəməyə müraciət edərək, 20.12.1968-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan hüdudlarından kənarda olduğundan məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi onun məlum olan sonuncu yaşayış yeri üzrə göndərilmiş və nəticədə işə maraqlı şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hazırda Azərbaycan Respublikasının vətəndaşı olan Maraqlı şəxs 20.12.1968-ci il tarixdə Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olmuşdur. Bu şəxs sonuncu dəfə 07.01.2014-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş və bir daha ölkəyə qayıtmamışdır. Maraqlı şəxs 11.04.2018-ci il tarixdə Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş və 17.04.2018-ci il tarixdə həmin ölkənin vətəndaşlığını təsdiq edən sənədlə təmin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onun həmin ölkənin vətəndaşlığını əldə etməsi barədə məlumatın qeydə alınmasını, həmçinin Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün icraata başlamasını xahiş etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 28.04.2021-ci il tarixdə onun Azərbaycan Respublikası vətəndaşlığını itirilməsi ilə bağlı icraata başlanılmış və icraat çərçivəsində onun Azərbaycan Respublikası qarşısında icra edilməmiş öhdəliklərinin və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maneələri ilə bağlı əmlak öhdəliklərinin olubolmamasının müəyyən edilməsi üçün Azərbaycan Kredit Bürosuna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş idarəsinə sorğular göndərilmişdir. Alınmış cavablara əsasən Maraqlı şəxs vergi ödəyicisi kimi qeydiyyatda olması və AVİS proqram təminatı məlumat bazasına əsasən vergi borcunun olması, habelə icra qurumlarının icraatında onun tərəf olduğu hər hansı icra sənədinin olması müəyyən edilməmişdir. Toplanmış sənədlər rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə, Xarici Kəşfiyyat İdarəsinə və Daxili işlər Nazirliyinə göndərilmiş və həmin qurumlar da nəticədə bu şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə etiraz etməmişlər. Başlanılmış icraatın nəticələrinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş rəydə Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirilməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Hazırda da ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizə ilə müraciət edərək, bu şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-8.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir; 355-9-cu maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizədə vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməli və ərizəyə müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış rəyi və bununla əlaqədar toplanmış sənədlər əlavə edilməlidir; 355-10.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999-cu il tarixli, 189 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin: 25-2-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır; 25-5-ci bəndinə əsasən bu Əsasnamənin 25-2 - 25-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olubolmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, Quliyev X4 Federativ Respublikasının vətəndaşlığını qəbul etdiyindən və bu barədə rəsmi müraciət etdiyindən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən onun Azərbaycan Respublikası vətəndaşlığını itirilməsi ilə bağlı icraata başlanılmış və həmin icraat çərçivəsində aidiyyəti səlahiyyətli qurumlardan alınmış məlumatlar və rəylər nəzərə alınmaqla onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməsi barədə rəy tərtib edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, Maraqlı şəxs Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş şəxs hesab edilməsi üçün bütün əsaslar mövcuddur və bu əsasların müəyyən edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həmin sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görülmüşdür. Bu səbəbdən ərizə təmin edilməli, Maraqlı şəxs Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş şəxs hesab edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355-8-355- 10-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.12.1968-ci il tarixdə Şamaxı rayonu, Məlikçobanlı kəndində doğulmuş, Şamaxı rayonu, Məlikçobanlı kəndində pasport qeydiyyatında olan Maraqlı şəxs Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6549/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6549/2021
19.08.2021 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver