Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-661/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X8 onun oğludur. X1 Volodya Hüseyn oğlu ilə onun rəsmi nikahlarından anadan olmuş, 1-ci qrup əlildir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından da görünür ki, X8 ağır dərəcəli kəmağıllılıq (kəskin nəzərəçarpan imbesillik dərəcəsində əqli gerilik), hərəkət-dayaq aparatının pozuntusu ilə, epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 10-12 dəfə), epilepsiya nəticəsində demensiya, uşaq serabal iflicin tetraparez forması diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1-ci qrup əlildir. Onun kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanına malik deyildir. O, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanı yoxdur, öz hərəkətlərini idarə edə bilmir. X5 o baxır və qulluq edir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi oğluna qəyyum təyin edilmək istəyidir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Vİ-CЛ seriyalı № 273820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1987-ci ildə doğulmuşdur. X2, anası Ərizəçidır. Belə ki, iş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, X5 ağır dərəcəli əqli gerilik, ağır kəmağıllılıq (kəskin nəzərəçarpan imbesillik dərəcəsində əqli gerilik), hərəkətdayaq apparatının pozuntusu (USİ-nin tetraparez forması), nitq və davranış pozuntusu ilə, Epilepsiya, tez-tez təkrarlanan qızolma tutmaları ilə (ayda 10-12 dəfə). Epilepsiya nəticəsində demensiya. Kənar şəxslərin köməyinə ehtiyacı var. Uşaq serebral iflicin tetraparez forması diaqnozu qoyulmuş, müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 2486 saylı rəyindən görünür ki, X4 Ağır dərəcəli əqli gerilik, anamnezində qıcolma tutmaları müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1987-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına tapşırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: Ərizə təmin edilsin. ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X3 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-661/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-661/2021
08.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver