Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6613/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X28 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə X4 1991-ci il tarixdə vəfat etməsi və 1898-ci ildə doğulmuş X10 ərizəçinin ana tərəfdən babası olması faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 07 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1937-ci il təvəllüdlü anası X5 1991-ci il tarixdə vəfat etməsi, habelə, 1898-ci ildə Dəvəçi (Şabran) rayonunun Dağ Quşçu kəndində doğulmuş X10 ana tərəfdən onun babası olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 1964-cü il tarixdə Dəvəçi rayonunun Daş Quşçu kəndində doğulmuşdur. X7, anası X11 olmuşdur. Ana tərəfdən babası X19 1898-cu il tarixdə Daş Quşçu kəndində doğulmuşdur. Ona uşaqlıqdan babası baxmış və o, 1985-ci ilədək babası ilə birlikdə Daq Quşçu kəndində yaşamışdır. Babası 12 fevral 1987-ci il tarixdə vəfat etmişdir. Anası doğularkən ona doğum haqqında şəhadətnamə verilməmiş, yalnız 20 sentyabr 1988-ci il tarixdə SSRİ vətəndaş pasportu verilmişdir. X4 ondan başqa övladı olmamışdır. Anasının doğum haqqında şəhadətnaməsi olmadığından X10 onun atası olması təsdiq olunmur. Belə ki, babası X9 qalmış miraz əmlakla bağlı anasının Əskər Mustafayevin qızı olmasını təsdiq edən sənəd tələb olunur. X3 18 aprel 1991-ci ildə Bakı şəhərində vəfat etmiş, Binəqədi qəsəbəsində yerləşən Binəqədi kənd qəbirstanlığından dəfn edilmişdir. Lakin, anasının vəfat etməsi ilə bağlı tibbi şəhadətnamə olmadığından Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizəyə yazılı münasibət bildirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, o, ərizəçinin arvadıdır. X14 1991-ci ilin aprel ayında vəfat etmiş, Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mustafayev Mustafa Heydər oğlu və X15 da şahid X6 izahatına uyğun izahat verdilər. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X7, X3 olmuşdur. - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlandırdığı məktubdan görünür ki, X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün onun ölümünün qeydə alınmasından imtina olunmuşdur. - Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 qəbirstanlığında 1991-ci il tarixdə dəfn olunmuşdur. - Ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, X19 01 fevral 1987-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və şahidlərin izahatını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X4 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi X3nın 18 aprel 1991-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Lakin, məhkəmə ərizənin digər, yəni X10 ərizəçinin babası olması faktının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: - 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. - 2.2-ci bəndində göstərilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. - 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Ərizəçi ərizədə X10 ana tərəfdən babası olmasını qeyd etsə də, buna dair heç bir sübut təqdim edilməmiş, bu fakt işin məhkəmə araşdırılması ilə müəyyən edilməmişdir. Odur ki, ərizə həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin təmin edilməli, 1937-ci il təvəllüdlü X4 18 aprel 1991-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 1937-ci il təvəllüdlü X4 18 aprel 1991-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6613/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6613/2021
07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver