Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-167/2025 05.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X14 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi olmaqla “qohumluq və ölüm faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi olmaqla, ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 30 aprel 2024-cü il tarixdə verilmiş **********693 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətlərində olan Şəki şəhəri, X26 prospekti, dalan 27, ev 4 (yeni qaydalarla Şəki şəhəri, Azərbaycan prospekti giriş 149) ünvanında yerləşən fərdi yaşayış evinin digər paylı mülkiyyətçisi Xatın Asəf qızının atasının anası (yəni onun ulu nənəsi) və Məmmədhənifə Məhərrəm oğlunun isə atasının qardaşı olması, həmçinin Məmmədhənifə Məhərrəm oğlunun vəfat etməsi, Xatın Asəf qızının isə 1963-cü ildə vəfat etməsi hüquqi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx xxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 30 aprel 2024-cü il tarixdə verilmiş **********693 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X26 prospekti, dalan 27, ev 4 (yeni qaydalarla Şəki şəhəri, Azərbaycan prospekti giriş 149) ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi ümumi birgə onun, 1/3 hissəsi ümumi birgə X4, 1/3 hissəsi ümumi birgə X7, 1/3 hissəsi Xatın Asəf qızının, 1/3 hissəsi isə Məmmədhənifə Məhərrəm oğlunun paylı mülkiyyətindədir. Həmin evdə faktiki olaraq ailəsi ilə birlikdə o, özü yaşayır. Paylı mülkiyyətçilərdən Xatın Asəf qızı və Məmmədhənifə Məhərrəm oğlu hər ikisi onun qohumları olmaqla vəfat etmişlər. O, onlardan qalmış mirası faktiki olaraq qəbul edən yeganə vərəsədir. O, paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evindən vərəsələri olduğu mərhumların payına düşən miras əmlakı mirasçı olaraq öz adına rəsmiləşdirmək istəsə də, mərhumların ölümlərinə dair şəhadətnamə olmadığından onun tələbindən imtina edilmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin nümayəndəsi X19 qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - xx.xx.2024-cü il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 27, ev 4 (yeni qaydalarla: Şəki şəhəri, Azərbaycan prospekti, giriş 149) ünvanında 0.192 ha torpaq sahəsində yerləşən 57.8 kv.metr fərdi yaşayış evinin 1/3 hissəsi Ərizəçi, 1/3 hissəsi X5, 1/3 hissəsi X7, 1/3 hissəsi Xatın Asəf qızının və 1/3 hissəsi Məmmədhənifə Məhərrəm oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reystr kitabının 178 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində şəxslərin ölümləri haqqında məlumat aşkarlanmışdır. Xatın Asəf qızının və Məmmədhənifə Məhərrəm oğlunun ölüm tarixləri və öldüyü yerlər qeyd edilmədiyindən Şəki rayon qeydiyyat şöbəsinin arxivində axtarılması mümkün olmamışdır. - Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Şəki rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Məmmədhənifə Məhərrəm oğlunun Şəki rayon hərbi komissarlığı tərəfindən X22 göndərilib-göndərilməməsi barədə rayon şöbəsində rəsmi məlumat yoxdur. - Şəki Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, tələb edilən arayışların təqdim edilməsi mümkün olmamışdır. Belə ki, vətəndaşlara özləri və ya yaxın qohumları barədə təkrar şəhadətnamə və arayışlar onların şəxsiyyətini və ya qohumluq münasibətlərini təsdiq edən müvafiq sənədlər təqdim edilməklə ərizə ilə müraciət etdikdə, habelə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilir. Müraciətə baxılan zaman aydın olmuşdur ki, Xatın Asəf qızı və Məmmədhənifə Məhərrəm oğlu ilə qohumluq münasibətləri təsdiq edən sənədləri (atanın, atanın anasının və atanın qardaşının doğum haqqında şəhadətnamələrinin surətini) ərizəyə əlavə edilməmişdir. Beləliklə, Xatın Asəf qızı və Məmmədhənifə Məhərrəm oğlu ilə qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edilmədiyindən, həmin şəxslərlə qohumluq münasibətlərinin müəyyən edilməsi, buna görə də ölüm haqqında arayışların verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, Xatın Asəf qızı və Məmmədhənifə Məhərrəm oğlu ilə qohumluq münasibətlərinin müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət bilinir. Qohumluq münasibətləri müəyyən edildikdən sonra yenidən ölüm haqqında təkrar şəhadətnamənin və ya arayışın əldə edilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət edilə bilər. - Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xatın Asəf qızı və Məmmədhənifə Məhərrəm oğlunun ölümü barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında akt qeyd kitabları 1960-cı ildən 1971-ci ilədək yoxlanılmışdır. - Vərəsəliyə dair arayışdan görünür ki, ünvan 4 ünvan: Şəki şəhəri, Azadlıq prospekti, giriş 149) ünvanında yaşayan X1 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Onun ailə tərkibi arvadı X11, oğlu X12, oğlu X8, oğlu X10, oğlu Ərizəçi, oğlu X6 və X3 ibarətdir. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Rahimgil 6 qardaş olublar. Famil, Çingiz, Rahim, İbrahim bə Eldar Rahimin qardaşlarıdı. Rahimin atası Abduləli dayı, anası Şövkət, nənəsi Züləccə xala olmuşdur. O, Ərizəçi babasını tanımır. Xatını tanımır. Rahimin başqa qohumlarından heç kimi tanımamışdır. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, Ərizəçi qardaşıdır. Bildirmişdir ki, atasının qardaşı Məmmədhənifə olmuş, itkin düşmüşdür. Babası yadında deyil, nənəsi Züləccə olmuşdur. Xatın onun ulu nənəsi, atasının nənəsidir. İsfəndiyar onun babasıdır. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün 90 mnat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 27, ev 4 (yeni qaydalarla: Şəki şəhəri, Azərbaycan prospekti, giriş 149) ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin əmlakın 1/3 hissəsi ərizəçinin, 1/3 hissəsi onun oğlu X4, 1/3 hissəsi həyat yoldaşı X7, 1/3 hissəsi Xatın Asəf qızının, 1/3 hissəsi isə Məmmədhənifə Məhərrəm oğlunun mülkiyyətindədir. Ərizəçi bildirir ki, Xatın Asəf qızı onun ulu nənəsi (yəni atasının nənəsi), Məmmədhənifə Məhərrəm oğlu isə atasının qardaşıdır. Ərizəçi tərəfindən qeyd edilən hallara dair hər hansı sübut təqdim ediləmişdir. Məhkəmə qeyd edir ki, sübutlar güman və ehtimal olunan deyil, real mövcud olan (və ya keçmişdə mövcud olmuş) hallara dair məlumatlardır. Mülki iş üzrə müəyyən edilməli olan hallar yalnız mötəbər sübutetmə vasitələrindən əldə edilmiş məlumatlarla təsdiqlənməlidir. Hazırkı iş üzrə ərizəçi tərəfindən hər hansı birbaşa sübut təqdim edilməmiş, yalnız bir şahid ifadəsi əsasında dolayı sübut təqdim edilmişdir. Şahid, işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağırılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri – xidməti asılılıq, qohumluq, dostluq və s.) ola bilər. Belə maraq şəxsi şahid kimi cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Hazırkı mülki iş üzrə ərizəçinin vəsatəti əsasında iki nəfər şahid qismində dindirilmişdir. Biri ərizəçinin qonşusu, digəri isə qardaşıdır. X2 yalnız ərizəçinin ailəsi (atası, anası, qardaşları və nənəsi) haqqında məlumat vermiş, Xatın Asəf qızı və Məmmədhənifə Məhərrəm oğlunu isə tanımamışdır. Həmin şəxslər haqqında məlumat verən digər şahid isə ərizəçinin qardaşı olmuşdur. İddia tələbinin digər hissəsi olan ölüm faktlarının müəyyən edilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin şəxslərin ölümü barədə hər hansı məlumat mövcud olmadığı kimi, həmin şəxslərin hansı tarixdə ölməsini də müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi olmaqla “qohumluq və ölüm faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Qeydiyyat şöbəsi olmaqla “qohumluq və ölüm faktının təsdiq edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №2(075)-167/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-167/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver