Məhkəmə qərarları › İş №2(006)-3449/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3449/2025

27.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3449/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktların müəyyən olunması» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli faktların müəyyən olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, X10 ərizəçinin həyat yoldaşı X21 anası X6 atası olmaqla ərizəçinin həyat yoldaşı X21 babası olması faktının müəyyən edilməsi, X10 vəfat etməsi faktının müəyyən edilməsi və X6 xx.xx.1994-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ailə üzvləri ilə birlikdə həyat yoldaşı X13 qalmış ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Həyat yoldaşı X35 həmin evdə doğulmuş və yaşamış, eyni zamanda, o da həmin evə gəlin köçmüş və orada yaşayır. Mülkiyyət sənədlərində həmin ev onun həyat yoldaşının babası X10 mülkiyyəti kimi qeydə alınmışdır. X10 qızı X22 ərizəçinin həyat yoldaşının anası olmuşdur. X22 xx.xx.1994-cü ildə vəfat elmişdir. Daha sonra əmlakın vərəsəsi olaraq həyat yoldaşı X32 qalmış və o da xx.xx.2011-ci ildə vəfat etmişdir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzil həyat yoldaşına babası, yəni, anasının X5ndan qalmışdır. Lakin, hal-hazırda qohumluq faktını təsdiq edən sənədləri əldə edə bilmir. Belə ki, X10 ölüm faktının müəyyən edilməsinə və X6 doğum faktının müəyyən edilməsinə dair Milli Arxiv İdarəsinə sorğular vermişdir. Lakin, sorğu üçün müvafiq cavab verilməmişdir. Qeyd edilən sənədləri əldə etməklə X6 doğurdan da, X10 qızı olması faktını müəyyən edə bilərdi. X6 həyat yoldaşı X21 anası olmasını təsdiq edən sənədlər mövcuddur. X2 ölüm faktım təsdiq edən sənədləri də əldə edə bilmir. Bütün bu sənədlərin əldə edilməsi və qohumluq faktının müəyyən edilməsi ona qeyd edilən mənzilə vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə lazımdır. Sonradan ərizəçinin nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində 333 nömrəli reyestr kitabının 31091 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 2 ünvanında 1/3 hissə ilə mülkiyyət hüquqlarına məxsus olan Teyar Əhliman oğlunun Ərizəçi həyat yoldaşı X21 babası, yəni anası Qurbanova Vəsxanımın atası olması faktının, X10 vəfat etməsi faktının müəyyən edilməsi, X6 xx.xx.1994-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində 333 nömrəli reyestr kitabının 31091 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 2 ünvanında 1/3 hissə ilə mülkiyyət hüquqlarına məxsus olan Teyar Əhliman oğlunun Ərizəçi həyat yoldaşı X21 babası, yəni anası Qurbanova Vəsxanımın atası olması faktının və X10 1951-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi, X6 xx.xx.1994-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X37 öz ifadəsində göstərmişdir ki, Vəsxanımı tanımışdır, qonşusu olmuşlar. Aybəniz xanımı da tanıyır. Onun ən yaxın qonşularından biri olub. Aybəniz xanım Təyyar bəyin yoldaşıdır, Vəsxanım Təyyarın anasıdır, onlar əvvəldən orada yaşayıblar. Ora baba Təyyarın evi olub. Bunları qonşu olduğu üçün bilir. O da elə orada yaşayıb, baba Təyyar təxminən 1951- 1952-ci illərdə vəfat edib. Baba Təyyar vəfat edəndə nəvə Təyyar yox idi. Təsdiq edir ki, ev onların olub, başqa qardaş-bacısı orada yaşamayıb. Təkcə Təyyar yaşayıb. Nəvə Təyyar ondan yaşda kiçik olub. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri 26 nömrəli Milis Şöbəsi tərəfindən verilmiş Vİİİ-ЛС seriyalı 688363 nömrəli pasportun surətindən görünür ki,X9 1891-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən xx.xx.1980-cı il tarixdə verilmiş XİV-ЖГ seriyalı 677842 nömrəli pasportun surətindən görünür ki, X26 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Voronej şəhəri Masdovskiy kənd xalq deputatları sovetinin VVAQD şöbəsi tərəfindən verilmiş İ-СИ seriyalı 468899 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X35 və X4 arasında nikah xx.xx.1979-cu il tarixdə 157 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən təkrar verilmiş AZ-İ seriyalı 780966 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1954cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X14, ana qrafasında isə X27 qeyd edilmişdir. xx.xx.1993-cü il tarixli 1737 nömrəli arayışın surətindən görünür ki, X23 xx.xx.1930cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X33, ana qrafasında isə X28 qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən X24 ünvanlanmış 191 nömrəli xx.xx.2006-cı il tarixli məktubunun surətindən görünür ki, anası X11 ölümü haqqında həkim rəyi olmadığına görə Nəsimi rayon VVADQ şöbəsi onun ölümünü qeyd etməkdən imtina edərək, bu barədə Nəsimi rayon məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən X25 ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubunun surətindən görünür ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi» arxiv fondunda mühafizə edilən sənədlərində 1930-cu ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 14 oktyabr 1930-cu ildə doğulan Əhlimanova Vəsxanımın təvəllüdü qeyd olunur. X5, anası X15r. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən X25 ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubunun surətindən görünür ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi» arxiv fondunda mühafizə edilən sənədlərində Bakı şəhəri Oktyabr və Voroşilov rayonları üzrə ölüm haqqında qeydiyyat kitablarında Təyyar Əhliman oğlunun ölümü haqqında heç bir məlumat yoxdur. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 35 nömrəli arayışın surətindən görünür ki, X35 xx.xx.2011-ci il tarixdə qaraciyər xərçəngi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 151 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarış adlı sənəddə ünvan üzrə X40, Qızılgül Əhliman qızı və Təyar Əhliman oğlu adlı şəxslər qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1930-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal), Voroşilov (Səbail) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında Qurbanova (Əhlimanova) Vəsxanım Dəyar qızının təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 5 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda ünvan 6 ünvanında mülkiyyət hüquqları təsbit edilmiş şəxslər arasında Teyar Əhliman oğlunun 1/3 hissə payı göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə Teyar Əhliman oğlunun mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1930-cu il təvəllüdlü X30 xx.xx.1955-ci il tarixdən hazıradək ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X16 yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Vəsxanım X1 ilə nikahı və övladı Təyar Qurbanovun doğumu haqqında məlumatlar aşkar edilmişdir. Həmçinin informasiya sistemində Əhlimanov Təyar (Dəyar) Əhliman oğlunun (Teyar Əhliman oğlu) vətəndaşlıq vəziyyəti akt qeydləri barəsində hər hansı məlumat aşkar edilmədi. Məlumat verilir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar Qurbanova (Əhlimanova) Vəsxanım Təyar (Dəyar) qızının və Əhlimanov Təyar (Dəyar) Əhliman oğlunun (Teyar Əhliman oğlu) doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən bu barədə müvafiq məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur. Həmçinin bildirilir ki, əvvəllər qüvvədə olmuş “VVAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən siyahı”ya əsasən doğum haqqında tibbi şəhadətnamələr və onlara əlavə edilən digər sənədlərin saxlanma müddəti 1 il, nikahın bağlanması haqqında ərizələrin saxlanma müddəti isə 5 il idi. Eyni zamanda qeyd edir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin tərtib edilməsinə əsas olan sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində mühafizə edilməsi qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 67 saylı fərdi yaşayış evinin Teyar Əhliman oğlunun adına qeydiyyatdan keçməsinə əsas olan sənədlər arxivdə saxlanılmamışdır. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1930-cu illərə dair akt qeydləri şöbədə saxlanılmır. Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinə müraciət edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirir ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama apanlm.ç xx.xx.1930-cu il təvəllüdlü X8 ölüm akt qeydi aşkar edilməmişdir. Təqdim edilmiş foto-şəkildən görünür ki, Vəsxanım Təyyar qızına aid qəbir daşının üzərində 1930-1994 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci və 307.2.8-ci maddələrinə əsasən şəxslərin qohumluq münasibətlərinin və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Eyni qərara əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini və mülki işin materiallarını tədqiq edərək müəyyən etdi ki, Ərizəçi əri – X21 anası X22, babası (ana babası) isə X17r. Bu hal X31 və X12 məxsus doğum haqqında şəhadətnamələr ilə təsdiq olunur. Belə ki, iş materialları ilə X38 (Dəyar) qızının 1930-cu il təvəlüdlü olmaqla valideynlərinin X29 və X28 olmasına dair arxiv arayışı mövcuddur. Bu əsasla X10 X18 anası X6 atası olması və X18 babası olması faktı aydın olur. Digər sübutlardan və işin faktiki hallarından ölüm faktının müəyyən edilməsi xahiş olunan X10 qızı olan X6 özünün 1930-cu il təvəllüdlü olması və anası kimi göstərilmiş X3 1891-ci il təvəllüdlü olması nəzərə alınmaqla, X10 hazırda sağ olmasını demək mümkün deyil, bu hal o qənaətə gəlməyə əsas verir ki, X10 1951-ci ildə vəfat etməsi faktını müəyyən etmək mümkündür. Tərəfin və şahidin qeyd etdiklərinə əsasən və həmçinin qeyd edilənləri təkzib edən bir sübut mövcud olmadığından X10 1951-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi mümkün hesab edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən və X6 qəbirüstü abidənin fotoşəklindən müəyyən edilir ki, sonuncu xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Digər tələblə - ünvan 2 ünvanında 1/3 hissə ilə mülkiyyət hüquqlarına məxsus olan Teyar Əhliman oğlunun məhz X29 müəyyən edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, daşınmaz əmlakın mülkiyyətçisinin ad və soyadının yanlış yazılması hallarına kifayət qədər rastlanır. Məhkəmənin sorğusuna cavab olaraq müvafiq qeydiyyatı aparan orqan ünvan 2 ünvanında 1/3 hissə ilə mülkiyyət hüquqlarına Teyar Əhliman oğlunun adına qeydə alınmasına əsas olan sənədlərin qeydiyyat orqanında mövcud olmadığını bildirmişdir. Məhkəmə bu yerdə xatırladır ki, dövlət reyestrinin həqiqiliyi prezumpsiyası prinsipinə əsasən qeyd edilməlidir ki, qeyd edilən ünvanda ərizəçinin qeydiyyatda olmaqla yaşaması, şəxslər arasında qohumluq münasibətlərinin mövcudluğu onu deməyə əsas verir ki, sözügedən daşınmaz əmlak üzərində 1/3 paya sahib olan Teyar Əhliman oğlu məhz hazırki icraat çərçivəsində ərizəçi ilə qohumluq münasibətləri müəyyən edilməklə 1951-ci ildə ölməsi faktı müəyyən edilən X29 hesab edilməlidir. Odur ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Daşınmaz Əmlakın dövlət reyestrində 333 nömrəli reyestr kitabının 31091 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 2 ünvanında 1/3 hissə ilə mülkiyyət hüquqlarına məxsus olan Teyar Əhliman oğlunun X21 anası X6 atası və X21 babası olması faktı müəyyən edilsin. X10 (Teyar Əhliman oğlunun) 1951-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. 1930-cu il təvəllüdlü X6 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar