Məhkəmə qərarları › İş №e-2(006)-2912/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2912/2025

21.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2912/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 ərizəçinin ulu babası, yəni ərizəçinin babası X20 atası olmasına dair; X19 ərizəçinin ulu nənəsi, yəni X20 nənəsi olmasına dair qohumluq faktının müəyyən edilməsi, 2) X3 1918-ci ildə ölməsi; X19 1920-ci ildə ölmələrinə dair hüquqi əhəmiyyətli faktların müəyyən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi 124 saylı fərdi yaşayış evi ilkin qeydiyyat olaraq 4 nəfərin (ata-nənəsi və onun qardaşları) hər birinə ¼ hissə olaraq: (1880-1928) atasının dayısı-X5, (1885-1935) atasının dayısı Rüstəmov (Rüstəm-zadə) X12, (1875-1944) atasının dayısı X2 və nənəsi (1894-1977) atasının anası Rüstəmova (Mirzəyeva) X9 adlarına rəsmiləşmişdir. Sonralar 1928-ci ildə X5 vəfatından sonra onun payı həyat yoldaşı (1901-1962) X1 adına rəsmiləşmişdir. Nəsimi rayonu (keçmiş Həzi Aslanov- Petra Montin) indiki Ə.Quliyev küçəsi 124 saylı evin - atası (1931-2000) X20-anası (nənəsi) Rüstəmova (Mirzəyeva) X17 (1894-xx.xx.1977) 1 saylı DNK-da xx.xx.1976-cı il tarixli bağışlanma müqaviləsinə əsasən özünə məxsus ¼ hissəsini nəvəsi - Ərizəçi bağışlamışdır. Həmin hissəyə xx.xx.1977-ci il tarixli qanunla müvafiq qayda da çıxarış alınmışdır. Ərizəçinin məhrum nənəsinin dediyinə görə qardaşları müharibə qedən dövrlərdə vəfat ediblər. Əli Heydər və Süleyman qardaşı heç bir vaxt evli olmamışlar. Sadıx qardaşı isə evli olmasına baxmayaraq birgə nikahdan övladları olmamışdır. Ərizəsinin nənəsi (1894-xx.xx.1977) X17 - xx.xx.1930-cu ildə, babası (1890xx.xx.1974) X36 ilə nikaha girmişdir. Həmin nikahdan yeganə bir oğlu – ərizəçinin atası (xx.xx.1931-xx.xx.2000) X30 anadan olmuşdur. X13 xx.xx.1958-ci ildə anası-X27 ilə nikaha daxil olmuşdur. Həmin birgə nikahdan Ərizəçi xx.xx.1959-cu il tarixində yuxarıda göstərilən ünvanda anadan olmuşdur. Hal-hazırda övladları və nəvələri ilə birgə yuxarıda göstərilən və eyni zamanda pasport qeydiyyatında olduğu ünvanda yaşayırlar. Qohumluq (nənəsi və onun qardaşları) və ölüm faktına dair sənədlərin alınması ilə əlaqədar ərizəçi tərəfindən Arxiv və Qeydiyyat Şöbələrinə müraciət etdiyinə baxmayaraq heç bir sənəd əldə etmədiyinə görə Nəsimi rayon Məhkəməsinə «şəxsin qohumluq münasibətində olması və şəxsin ölüm faktlarının müəyyən olunması» tələbinə dair ərizə ilə müraciət etmişdir. Ərizə təmin olunmuşdur. Ərizəçi tərəfindən atası-X20 anası-X9 atası-(1839-1918) X3 və anası-(1857-1920) X19 ölüm faktlarını təsdiq edən hər hansı bir arayışın aşkar olunması ilə əlaqədar xx.xx.2021-ci il tarixli ərizə ilə maraqlı şəxslərə müraciət etmiş, lakin bu günə kimi heç bir cavab ala bilməmişdir. Nəhayət Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığıda həqiqətən qohumlarının (ata nənəsi və ata babası) dəfn olunduğu yer aşkarlanmış və dəfn olunmasına dair AR Bakı şəhəri Yasamal bələdiyyəsindən 1723 saylı 01 noyabr 2021-ci il tarixli arayış verilmişdir. Ərizəçinin ata babası X6-1839-1918 və ata nənəsi X29 1857-1920 vəfatı ilə bağlı 1 saydı Dağüstü qəbirstanlığından foto şəkil də təqdim olunur. Ərizəçinin atasının babası və nənəsinin ölum şəhadətnamələri olmadığı üçün onlara məxsus eyni zamanda hal hazırki günə kimi ərizəçinin istifadəsində olan torpaq sahələrinə vərəsəlik şəhadətnaməsi ala bilmədiyi səbəbindən «şəxslərin ölüm faktlarının müəyyən olunması» tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq ərizəçi bildirmək istəyir ki, atanənəsi X10 məxsus Nəsimi rayonu (keçmiş Petra Montin-Həzi Aslanov) indiki Ə.Quliyev küçəsi 124 saylı evin ¼ hissəsi bağışlanma müqaviləsinə əsasən 1 saylı DNK xx.xx.1976cı il tarixində adına rəsmiləşmişdir. Ərizəçinin ata-nənəsinin qardaşlarının hər birinə məxsus olan ( ¼ + ¼ ) hissəsi də onun adına 29 saylı DNK xx.xx.2021-ci il tarixində vərəsəlik şədadətnaməsinə əsasən rəsmiləşmişdir. Nəticə olaraq Mülkün ¾ hissəsi ərizəçinin, ¼ hissəsi isə digər qohumun adına rəsmiləşmişdir. Bundan başqa Sabunçu rayonu, Ləiş bağları ərazisində Ərizəçinin atası-X24 məxsus 731 saylı və ərizəçinin atababası X35 məxsus 732 saylı bağ sahələrinə də vərəsəlik şəhadətnaməsinə (Nəsimi rayon məhkəməsinin iş №2(006)-222/2021 xx.xx.2021-ci il tarixli qətnaməsi ilə «şəxslərin qohumluq münasibətində olması və şəxslərin ölüm faktlarının müəyyən olunması» tələbinə dair) əsasən rəsmiləşmişdir. Yuxarıda göründüyü kimiərizəçi qohumlarına (atası, nənəsi, nənəsinin qardaşları və onların valideynləri) məxsus olan miras qalmış torpaq və əmlakları faktiki və rəsmi olaraq qəbul etmiş və hal hazırda da həmin miras qalmış əmlak və torpaqlar ərizəçinin istifadəsindədir. Məhkəmə iclasında ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və ərizənin məzmununa uyğun izahat verdilər. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X32, anası X7r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1931-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X36, anası Mirzəyeva X11r. İş materiallarında olan Bakı VVADQ Bürosu tərəfindən verilmiş xx.xx.1939-cu il tarixli, 7392 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 1894-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, bu barədə Bakı şəhəri «Təzə» məscidinin akt qeydləri kitabında 1912-ci il tarixli, 269 №-li akt qeydi icra edilmişdir, atası X6, anası X45 qızı göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən vərəsəlik zamanı beşinci növbədə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin araşdırılmış hallarından görünür ki, ərizəçinin qohumluq faktının təsdiq edilməsinə dair müraciəti miras qalmış əmlakın vərəsəlik qaydasında həllini tapmasından ibarətdir. Belə ki, iş üzrə müəyyən olunur ki, X4 torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsi hazırda ərizəçinin sahibliyində və istifadəsindədir. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, Ərizəçi X13, X20 anası Mirzəyeva X17, sonuncunun atası-X8, anası isə X21r. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin ölüm faktlarının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, qəbir üstü abidədən çəkilməklə təqdim edilmiş foto şəkillərdə X8 1839-1918, X29 1857-1920-ci illərdə yaşadıqlarını müəyyən etmək olar. Qeyd olunan şəxslərin ölüm faktlarını başqa qaydada müəyyən etmək mümkün olmadığından, məhkəmə təqdim edilmiş fotoşəkilləri mötəbərli sübut kimi qəbul etməklə, X4-1918, X29 1920-ci ildə ölməsi faktını müəyyən etməlidir. Beləliklə, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilərək 1839-cu il tarixdə doğulmuş X4 1918-ci il tarixdə, 1857-ci il tarixdə doğulmuş X19 1920-ci il tarixdə ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, 1918-ci il tarixdə ölmüş X4 Ərizəçi ulu babası (X13nun ana babası), 1920-ci il tarixdə ölmüş X19 Ərizəçi ulu nənəsi (X13nun ana nənəsi), olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1839-cu il tarixdə doğulmuş X4 1918-ci il tarixdə, 1857-ci il tarixdə doğulmuş X19 1920-ci il tarixdə ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 1918-ci il tarixdə ölmüş X4 Ərizəçi ulu babası (X13nun ana babası), 1920-ci il tarixdə ölmüş X19 Ərizəçi ulu nənəsi (X13nun ana nənəsi), olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar